Xudafərini azad edənlərin “Behrəngi” marşı

Ordumuzun Cəbrayıl rayonunun Xudafərin körpüsünü əhatə edən ərazisini azad etməsi çox böyük hadisədir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi analitik Turab Rzayev oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələrinin Xudafərin körpüsünü azad etməsinin bir ilinin tamam olması münasibətilə deyib. Azerforum.com o müsahibəni təqdim edir:

Siyasi analitikin sözlərinə görə, Xudafərin körpüsü Azərbaycan dövləti və milləti üçün xüsusi məna daşıyır:

“Bu hadisənin mahiyyəti yalnız torpağın azad edilməsində deyil, rəmzi mənasındadır. Eyni zamanda Xudafərin körpüsünün azad edilmə tarixi 18 oktyabra təsadüf etdi. Bu tarixdə Xudafərin körpüsünün azad olunması Azərbaycan xalqı üçün bir mesaj idi. Məhz Müstəqillik Günündə Xudafərin körpüsündə bayrağımız dalğalandı. Xudafərin körpüsü Azərbaycanın birlik və bərabərlik simvoludur.

Nəzərə alsaq ki, sərhəd bölgəsi ərazilərində əməliyyatlar həm də Sərhəd Qoşunları tərəfindən keçirilirdi, daha sonra Azərbaycanın Qələbə günündə Sərhəd Qoşunlarının “Səməd könlümdədir” mahnısı ilə hərbi addımlaması təsadüfi sayılmamalıdır. “Səməd könlümdədir” şeiri dünya şöhrətli cənubi azərbaycanlı yazıçı Səməd Behrənginin ölümünə həsr edilmiş şeir və mahnıdır. Əgər xatırlayırsınızsa, Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanın Araz çayı ilə bağlı səsləndirdiyi şeir və bu gün Müstəqilliyin Bərpası Günü ilə bağlı Türkiyə səfirinin Məhəmməd Hüseyn Şəhriyardan bir şeir paylaşması bütün dünya azərbaycanlılarında vahid millət təsəvvürlərini daha da gücləndirir”.

0
7767
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar