Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!".

Rusiya ordusu bu gün Ukraynanın Xarkov vilayətinin İzyum şəhəri üzərində nəzarəti ələ keçiriblər. Şəhər yerli satqınların hərəkətləri işğalçılar tərəfindən tam blokadaya alınıb. Bu barədə “RBK-Ukraina” İzyum Şəhər Şurasının departament rəhbəri Maksim Strelnikə istinadən xəbər verir.

Onun sözlərinə görə, martın 26-da yerli satqınlar Rusiya hərbçiləri şəhərin cənub hissəsinə aparıblar. Bu, İzyuma humanitar yardımın çatdırılması yolunun tamamilə blokadaya alınmasına və qəsəbə sakinlərinin təxliyəsinin mümkünsüzlüyünə gətirib çıxarıb.

“Həmçinin düşmən də bu vəziyyətdən istifadə edərək İzyumu tutmağa başlayıb. Belə bir təhlükəni nəzərə alan Ukrayna Silahlı Qüvvələri şəhərin blokadadan çıxarmaq üçün hərbi tədbirlər həyata keçirib”, - o deyib.

“Təəssüf ki, Rusiya işğalçılarının say üstünlüyü və yerli satqınların satqınlığı aprelin 1-də İzyum üzərində müvəqqəti düşmən nəzarətinin yaradılmasına gətirib çıxardı”, - Strelnik qeyd edib.

O vurğulayıb ki, şəhər uğrunda döyüş hələ başa çatmayıb və Ukrayna ordusu tezliklə İzyumu işğalçılardan azad edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında Türkiyədə keçirilən danışıqlarda düzgün ab-hava yaradıb. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Varşavada keçirdiyi brifinqdə bildirib.

“Türkiyə prezidentinə göstərdiyi səylərə görə minnətdarıq. Səmimi deyirəm ki, onun Ukrayna və Rusiya arasında danışıqlar məsələsinə şəxsən diqqət yetirməsi sayəsində bu danışıqları Belarusdan Türkiyəyə keçirmək mümkün oldu. Bu, birmənalı olaraq müsbət qərardır. Eləcə də onun, diplomatik dillə desək, danışıqlarda düzgün ab-hava yaratdığı qeyd olunmalıdır. Çünki Ərdoğan danışıqlar başlamazdan əvvəl iştirakçılara müraciət edib”, - Kuleba deyib.

O bildirib ki, Türkiyə diplomatiyasının bu uğurlarını nəzərə alsaq, Türkiyədə prezidentlər Zelenski və Putin arasında görüş təşkil oluna bilinəcəyi halda bu təşəbbüsü yalnız alqışlayacaqlar.

Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb. Yerli KİV-lər xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.

Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş qız uşağının meyiti aşkarlanıb.

Körpə meyitinin kimin tərəfindən küçəyə atıldığı hələlik bilinmir.

Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ukrayna və Rusiya arasında Zaporojye vilayətində əsirlərin mübadiləsi baş verib. 86 Ukrayna hərbçisi azad edilib. Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.

Timoşenkonun sözlərinə görə, 86 ukraynalı hərbçi Rusiya əsirliyindən azad edilib. Onların arasında 15 qadın var. O, həmçinin qeyd edib ki, azad edilmiş hərbçilər artıq təhlükəsiz yerdədirlər və hazırda onların həyatına heç bir təhlükə yoxdur.

virtualaz.org

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilir.

Komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə qaldırılıb.

Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.

Çətin keçiləbilən dağlıq ərazilərdə aşkar edilən şərti düşmənin terror qruplaşmaları xüsusi həmlə qruplarımız tərəfindən dronların və pilotsuz uçuş aparatlarının dəstəyi ilə məhv edilib və hakim yüksəkliklər ələ keçirilib.

Tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutan tank əleyhinə bölmələrimiz tərəfindən düzünə və yarımdüzünə tuşlama ilə şərti düşmənin zirehli texnikaları məhv edilib.

Aviasiya ilə qarşılıqlı əlaqə suallarının işlənildiyi təlimdə hava hücumundan müdafiə bölmələri şərti düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətləri icra ediblər.

Qərargahlar üçün əməliyyat şəraitinin daha da mürəkkəbləşdirilməsi məqsədilə əlavə qüvvələrin cəlb edildiyi komanda-qərargah təlimi davam edir.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı Ermənistan təmsilçisi Hraçya Poqosyan təxribata əl atıb.

Güləş Federasiyasından KİV-lərə verilən məlumata görə, məğlubiyyəti həmz edə bilməyən erməni idmançı Məmmədovun üzünə zərbə endirərək onu itələyib.

Belə ki, idmançımızın peşəkarlığı sayəsində təxribatın qarşısı alınıb. Qələbəmizi qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.

Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.

Ağ evin mətbuat katibi Cen Psaki yazda vəzifəsini tərk edərək MSNBC kanalına keçməyi planlaşdırır. Bu barədə ABŞ mətbuatı yazır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qlobal Yoluxucu Xəstəliklərə Hazırlıq Qrupu Covid-19-dan sonra baş verə biləcək epidemiyalarla bağlı xəbərdarlıq edib. ÜST-nın məlumatına görə, koronavirusdan sonra yeni epidemiya həşəratlar vasitəsilə yayılacaq. virtualaz.org xarici mətbuata istinadən xəbər verir ki, təşkilat milçək və gənə kimi həşəratlardan yayılacaq yeni xəstəliyin qlobal epidemiyaya çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Elm adamları Zika virusu və Denq qızdırması kimi xəstəliklərin yeni pandemiyaya səbəb ola biləcəyini qeyd ediblər. “Zika virusu kimi patogenlər yayıla bilər. Xəstəliklərin yayıla biləcəyi bölgələrdə 4 milyarda yaxın insan yaşayır”, - təşkilatın açıqlamasında deyilir.

Qlobal Yoluxucu Xəstəliklərə Hazırlıq Qrupunun direktoru Silvie Briand bildirib ki, koronavirus pandemiyasının yayılmasından iki il ötüb. Bu cür epidemiyalara hazırlıqlı olmamağın nəticələrini hamı izlədi: “2003-cü ildə Sars və 2009-cu ildə influenza virusu ilə birlikdə bu cür virusların yayılmasının şahidi olduq. Sıradakı pandemiyanın arboviruslardan olması böyük ehtimaldır. Ayrıca riskin artdığına dair bəzi işarətlər də var”.

Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Arbovirus Təşəbbüsünün açılışında çıxış edən Briand deyib ki, 2016-cı ildən bəri 89 fərqli ölkədə Zika virusu qeydə alınıb, sarı qızdırma xəstəliyinin də 2000-lərin əvvəlindən bəri artdığı müşahidə edilir. Mütəxəssislər sarı qızdırma və Zika virusu ilə birlikdə Chikungunya adı ilə tanınan daha bir xəstəliyin yayılacağından narahatdılar.

ÜST-nın yüksək vəzifəli şəxslərindən Mike Ryan isə bildirib ki, elimizdəki sistemləri gözdən keçirməli və xəstəlikləri yaxından izləməliyik.

virtualaz.org

Martın 5-6-da tam orta təhsil səviyyəsi (11 illik) üzrə keçirilən buraxılış imtahanında iki nəfər maksimal 300 bal toplayıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Qeyd edilib ki, maksimal bal toplayanlar - Bakı şəhəri 125 saylı məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı və paytaxtın 286 saylı orta məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğludur.

Məlumat üçün bildirək ki, onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 278.2 və 276 bal toplayıblar.

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Belqorod şəhərini atəşə tutması barədə rəsmi Moskvanın yaydığı məlumatı təkzib edib. Bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, həmin hadisədə Ukrayna Silahlı Qüvvələrinin iştirakı olmayıb. ("Segodnya”)

“Jerar Depardyenin Rusiya vətəndaşlığı ləğv edilməlidir”. Bunu Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev bildirib.

Məlumata görə, deputat fransalı aktyorun daşınmaz əmlakı və evinin müsadirə olunmasını təklif edib: “Ona Saransk və Qroznıda (Rusiyanın şəhərləridir - red.) iki mənzil hədiyyə edilib. Bu mənzilləri alıb yetim uşaqlara vermək lazımdır. Məsələ ilə bağlı bu, ən ədalətli qərar olardı”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Depardye Ukraynada baş verənləri tam başa düşmür: “Daha yaxşı başa düşməsi üçün lazım gələrsə, ona hadisələri danışıb izah etməyə hazıram”.

Qeyd edək ki, bir müddət əvvəl Jerar Depardye Rusiya prezidenti Vladimir Putinin əməllərinə görə rusiyalıların cavabdeh olmadıqlarını bildirmişdi.

Xatırladaq ki, Rusiya vətəndaşlığını qəbul edən Depardye ölkə lideri Vladimir Putinin əməllərinə görə rusların cavabdeh olmadığını bildirib. O, Fransa Baş nazirinə müraciətində “vətənsevərliyin köhnəldiyini” yazaraq Fransanın deyil, dünyanın vətəndaşı olduğunu vurğulamışdı.

Yeri gəlmişkən Jerar Depardye 2012-ci ildə vergidən yayınmaqda ittiham olunduğu üçün Rusiyaya sığınmışdı. 2013-cü il yanvarın 1-də Rusiya Prezidenti Vladimir Putinin 1 nömrəli sərəncamı ilə fransalı aktyora RF vətəndaşlığı verib.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi digər sahələrlə yanaşı, fitosanitar nəzarətinə dair normativ tənzimləməni, həmçinin fitosanitar nəzarəti sahəsində dövlət siyasəti və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmaqla, ölkədə bitki sağlamlığı sahəsində həyata keçirilən fəaliyyətlərin koordinasıyası, əməkdaşlığın təkmilləşdirilməsi və gücləndirilməsini hədəfləyir.

Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu nəzdində ictmai əsaslarla “Bitki sağlamlığı üzrə ekspertlər klubu”nun yaradılması planlaşdırılır. Klub bitki sağlamlığı sahəsində çalışan eskpertlərin fəaliyyətinin əlaqələndirilməsi, aparılan elmi araşdırmaların koordinasiyası və ictimai müzakirələrin həyata keçirilməsi məqsədi daşıyır. Belə ki, dünyada bitki mənşəli zərərli orqanizmlərin, o cümlədən xüsusi təhlükəli bitki viruslarının yayılması bitkiçilik məhsullarının məhsuldarlığına və beynəlxalq ticarətinə ciddi təhdid yaradır. Ölkəmizdə də kənd təsərrüfatı, meşələr və digər ekoloji sistemlərdə çoxsaylı zərərli orqanizmlərin yayılması riski mövcuddur və bu risklərin aradan qaldırılması üçün ölkədə fəaliyyət göstərən qurum və mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsinə, mövcud resurslardan istifadənin optimallaşdırılmasına ehtiyac var. Bu baxımdan, sözügedən klubun təşkili ilə Azərbaycanda bitki sağlamlığı ilə bağlı bütün maraqlı tərəflərin və mütəxəssislərin koordinasiyalı fəaliyyətini təmin etmək, əməkdaşlığı inkişaf etdirmək, prioritet məsələlər üzrə müzakirələr üçün ümumi platforma yaratmaq nəzərdə tutulur.

Klub üzvləri qarşısında duran başlıca vəzifələr ölkənin bitki sağlamlığı sahəsində önəmli olan istiqamətlərin müəyyənləşdirilməsi, tətbiqi elmi tədqiqat və tərəfdaşlıq tədbirlərinin planlaşdırılması, zərərvericilərin risk təhlili, erkən aşkarlama üçün müşahidələrin planlaşdırılması, zərərvericilərlə mübarizəyə töhfə vermək olacaq. Eləcə də bitki sağlamlığının müxtəlif aspektləri üzrə gənc tədqiqatçılara təlimlərin, ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasında bitki sağlamlığı sahəsində mövcud və hazırlanan qanunvericilik aktlarının ictimai müzakirəsinin təşkili, prioritet məsələlər üzrə tədqiqat layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi, əldə edilən elmi-tədqiqat və layihə nəticələrinin müzakirəsi yer alıb. Eyni zamanda Azərbaycanda nəşr olunmuş zərərli orqanizmlərlə bağlı elmi məlumatların toplanması, qiymətləndirilməsi və sistemləşdirilməklə məlumat bazasının yaradılması; ölkə üçün iqtisadi əhəmiyyətə malik kənd təsərrüfatı bitkilərində rast gəlinən zərərli orqanizmlər üzrə risk analizlərinin (ZRA) aparılması: zərərli orqanizmlərin diaqnostikası üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, klub üzvlərinin iştirakı ilə müxtəlif seminar, təlim və konfransların təşkili kimi istiqamətlər nəzərdə tutulur.

Qeyd edilənlər nəzərə alınaraq, bitki sağlamlığı sahəsində fəaliyyət göstərən ekspertlər, alimlər, mütəxəssislər “Bitki sağlamlığı üzrə ekspertlər klubu”na üzvlüyə dəvət edilir. Kluba üzv olmaq istəyən ekspertlər müvafiq tələblərə uyğun olmalıdır. Belə ki, üzvlük üçün aqronomluq, biologiya və ya aqrokimya ixtisası üzrə ali təhsil, eyni zamanda bitki sağlamlığı sahəsi üzrə ən azı 5 il peşəkar təcrübə tələb olunur. “Bitki sağlamlığı üzrə ekspertlər klubu”na üzv olmaq istəyən şəxlər CV-lərini [email protected] ünvanına göndərə bilər.

İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə dinləmələrində ona rüşvət vermiş daha bir neçə nəfər şahid qismində dindirilib. virtualaz.org xəbər verir ki, şahid ifadələri keçmiş icra başçısının yoxsullara yardım üçün ayrılan pullara belə göz dikdiyini, həmin vəsaitin cüzi hissəsini yardıma ehtiyacı olanlara verib qalanını özünə götürdüyü, şəhid ailələri üçün tikilən yaşayış binasından mənzillərin verilməsi üçün şəhid yaxınlarından da rüşvət aldığı üzə çıxıb.

“Nazim müəllim gəldi, dedi tikinti dayandırılmalıdır...”

Əvvəlcə şahid qismində iş adamı, İmişli rayon sakini Həsən Zahidov dindirilib. O, ifadəsində deyib ki, rayonda sərəncam əsasında tikinti işləri aparırdı, amma günlərin birində icra hakimiyyətinin arxitektura şöbəsinin müdiri gələrək tikintini dayandırıb.

“Sərəncamı əvvəlki icra başçının vaxtında almışdım. Arxitektura şöbəsinin müdiri Nazim müəllim gəldi, dedi ki, tikinti dayandırılmalıdır. Səbəbini soruşanda pul vermək lazım olduğunu dedi. İcra başçının adından məndən 2 min manat istədi, məcbur olub pul tapıb verdim. Əgər verməsəydim polis göndərib tikintini dayandıracaqdılar. Bilirəm ki, o pulu verməməli idim. Amma məcbur idim, tikməliydim, dolanışığım ordan çıxırdı”,-sahibkar deyib.

Kasıba 6 min yardım ayırdı, cəmi min manat verdi

Digər şahid isə İmişlinin yoxsul sakinlərindən Teymur Quliyev olub. O, məhkəmədə deyib ki, maddi vəziyyəti ağır olduğu üçün 2019-cu ildə İmişli rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciət əsasında ona yardım qismində 6 min manat pul ayrılıb, amma həmin puldan cəmi 1000 manat veriblər. “Atam ağır xəstə idi, atam rəhmətə gedəndə dəfn etməyə imkanım olmadığından yardım üçün icra hakimiyyətinə müraciət etdim. Mühasib Cəmil Musayev dedi ki, sənə yardım olunacaq, amma bizə də verməlisən. Altı min manatdan mənə min manat verdilər”,-o deyib.

Digər rayon sakini Xəyyam Məmmədov da analoji ifadə verib. İşsiz olduğunu deyən X.Məmmədov yardım xahişi ilə İmişli rayon icra hakimiyyətinə müraciət etdiyini, ona 7 min manat yardım ayrıldığını bildirib: “Bankdan götürdüyüm pulun hamısını maliyyə şöbəsinə verdim. Çünki İcra Hakimiyyətinin maliyyə şöbəsində tapşırmışdılar ki, pulu bankdan götürüb ora vermək lazımdır. Həmin puldan mənə cəmi 100-200 manat verdilər, qalanını özlərinə götürdülər”.

Kafe işlədəndən 1500 manat

Qardaşı ilə birgə İmişli-Beyləqan yolunun kənarında yeməkxana işlədən şahid Habil Cəfərov da Vilyamın kassasına pul verənlərdən biridir. O, deyir ki, obyekti bir qədər genişləndirmək qərarına gəlmişdi. Arxitektura şöbəsinin müdiri isə onlara əlavə tikinti aparmaq üçün pul ödəmək lazım olduğunu bildirib: “Nazim Rəsulov dedi ki, icra başçısına pul verməlisiniz. Mən də 1500 manat verdim, tikintiyə icazə verdilər”.

V.Hacıyevin vəkili şahiddən rüşvət tələb olunması ilə bağlı nə səbəbə görə məhkəməyə müraciət etmədiyini soruşub. Şahid deyib: “Bilirəm, rüşvət vermək cinayətdi, amma neyləyim, ailəmi dolandırmalıyam”.

JEK müdiri Fəxrəddin: “Mən savadsız adamam, belə şeyləri bilmirəm...”

İmişli rayon Mənzil Təsərrüfatı Birliyinin sədri Fəxrəddin Qarayev də məhkəmədə dindirilib, o, rayon ərazisində keçirilən tədbirlərə görə icra hakimiyyətinə rüşvət verdiyini deyib: “Tədbirlər olanda pul istəyirdilər. Müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul vermişəm”.

Şahid yaxın qohumuna rayon ərazisində tikilən binalardan üçotaqlı mənzil almaq üçün baş mühasib Cəmil Musayevə 12 min manat verdiyini də açıqlayıb: “Cəmildən xahiş etdim. Bunun üçün 12 min manat vermək lazım olduğunu dedi. Həmin məbləği verdik, qohumuma mənzil verdilər”.

Vəkil:

-12 min manatı verdiyinizi niyə rəsmiləşdirmədiniz?

Şahid:

-Ağlım kəsmədi, mən orta təhsilli adamam, belə şeylərdən başım çıxmır.

Vəkil:

-JEK rəisi işləmisiniz, amma ağlınız kəsməyib?

Şahid bu deyilənə reaksiya verməyib, susub.

Əvvəllər “Azərişıq” ASC-nin Aran regional idarəsində, hazırda isə Qarabağ regional şöbəsində işləyən Canəhməd Əhmədov isə ev almaq üçün baş mühasib Cəmil Musayevə 10 min manat verdiyini, mənzilin sənədlərini aldığını, ödənişlə bağlı çek istəsə də, vermədiklərini deyib.

İmişlidə seçki: “Səs yığsan da xeyri yoxdu, pul verməsən qoymazlar...”

İmişli şəhər bələdiyyəsinin sədri Babək Kazımov isə məhkəmədə daha maraqlı fakt açıqlayıb. Bildirib ki, bələdiyyə sədri olmaq üçün icra başçısına 30 min manat rüşvət verib. "Vilyam Hacıyev mənə xəbər göndərdi ki, pul verməsən, bələdiyyə sədri ola bilməyəcəksən. Mən də həmin pulu Cəmil Musayevə verdim. Çünki pul verməsən xeyri yoxdu, səs toplasan da seçilməyə qoymurlar. Seçiləndən sonra da məndən pul aldılar, şirinlik üçün 5 min manat verdim",-o deyib.

Amma bələdiyyə sədri iddia edib ki, seçkilərdə səs toplayıb, yəni qanuni seçilib, pulu isə seçkinin nəticələrini “legitimləşdirmək” üçün verib.

Vəkil bu yerdə ondan soruşub:

-Qanuni yolla seçilmişdinizsə, niyə 35 min manat verirdiniz?”

Bələdiyyə sədri:

Çünki maneə törədənlər olurdu...

Amma şahidin məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyyət yaranıb. B.Kazımov istintaqa verdiyi ifadəsində deyir ki, 2015-ci ildə bələdiyyə sədri seçilmişdi, 2020-ci ildə yenidən seçilmək istəyəndə icra başçısı ona “pul verməsən, seçilməyəcəksən” xəbərini yollayıb. Yenidən bələdiyyə sədri olmaq üçün isə 30 min manat istəyib. O, da həmin pulu baş mühasibə çatdırıb. “Pul verməsən, səs toplasan da seçilməyə qoymurdular. Seçilsən də, imkan vermirdilər işləməyə. Məcbur olub pulu seçkinin reallaşması üçün vermişəm”,-bələdiyyə sədri istintaqa ifadəsində belə deyibmiş.

Vilyam bu yerdə dözmədi, şahidə qışqırdı: “Allahın olsun...”

Daha sonra prosesdə İmişli rayon Mədəniyyət Şöbəsinin müdiri Nazim Əzimov dindirilib. O, ifadəsində 2016-cı ildən bu vəzifədə işlədiyini, müəssisənin təmiri üçün ayrılan vəsaiti - cəmi 31 min 276 manat pulu icra hakimiyyətinə verdiyini bildirib.

Şahidin ifadəsi sabiq icra başçısını qəzəbləndirib:

-Özün ol, Allahın olsun. Səni müdir təyin etmişəm. Ömür boyu səndən pul istəməmişəm. Allah qarşısında cavab verəcəksən”.

Şahid isə İcra Hakimiyyətinə çatdırdığı ümumi məbləği nəzərdə tutduğunu bildirib, pulları şəxsən Vilyama vermədiyini desə də muhasibə verdiyini təsdiqləyib.

Vilyam Hacıyev şahidə etirazını davam etdirib:

-Bunlar muhasiblə əlbir olub öz aralarında cinayət ediblər, mənim xəbərim olmayıb, özləri yeyib, bölüb, dağıdıblar. Yalan danışırsansa Allah sənə qənim olacaq!

Məhkəmə isə bu gərginlikdən sonra digər şahid Mütəllim Qədirovun ifadəsi ilə davam edib. O bildirib ki, rayonda şəhid ailələri üçün tikilmiş binadan mənzil almaq üçün müraciət edib. Və İcra Hakimiyyətində şəhid yaxını kimi ona 2 otaqlı mənzil verməyə razılaşıblar, amma 10 min manat “şirinlik” almaqla.

Məhkəmə prosesi aprelin 4-də davam edəcək.

İnarə Rafiqqızı

Virtualaz.org

15:35

Bakıda çoxmərtəbəli binanın eyvanından özünü atan gənc qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, 2006-cı il təvəllüdlü yeniyetmə reanimasiyaya yerləşdirilib: “Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır”.

14:55

Bakıda daha bir intihar faciəsi baş verib. Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 52 ünvanında yerləşən çoxmərtəbəli binanın 4-cü mərtəbəsindən gənc qız özünü aşağı atıb həyətdə dayanan avtomobillərdən birinin üzərinə düşüb. Onun çoxsaylı xəsarətlər aldığı bildirilir. Səhiyyə Nazirliyindən verilən məlumata görə intihara cəhd edən gənc qız Kliniki Tibbi Mərkəzə aparılıb. Məlumata görə həmin qız binada anası ilə birlikdə kirayədə yaşayırdı.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirir ki, ötən sutka ətrafında 30-a yaxın yaşayış məntəqəsi işğalçılardan azad edilib. Eyni zamanda Baş qərargah Rusiya qoşunlarının Kiyev ətrafından geri çəkilərək Şərqdə, Donbass istiqamətində hücum əməliyyatlarına başlamaq üçün yenidən qruplaşdırdığını bildirir.

Məlumatda deyilir ki, Ukrayna ordusu Kiyev ətrafındakı Demidov, Dımer, Litvinovka, Qavrilovka, Jivotneve də daxil olmaqla 16 yaşayış məntəqəsini azad edib. Şimal istiqamətində isə düşmən Çerniqov şəhərini blokadada saxlamaqda davam edir. Eyni zamanda Rusiya qoşunlarının Kiyev ətrafından qismən çəkilməsi nəticəsində 15-ə yaxın yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətinə keçib.

“İşğalçı qoşunların Polesye və Şimal istiqamətlərindən qismən geri çəkilməsi müşahidə olunur. Eyni zamanda düşmən Ukrayna ərazisində hərbi əməliyyatlara cəlb etmək üçün Şərq hərbi dairəsinin ehtiyat bölmələrini gətirməyə hazırlaşır. Düşmən yenidən qruplaşır və çox güman ki, əsas səylərini Şərq əməliyyat zonasında hücumlara cəlb edəcək”, - məlumatda deyilir.

Baş qərargah onu da bildirir ki, Slobajansk istiqamətindən düşmən Xarkovu blokadada saxlamaqda və atəşə tutmaqda davam edir. Ələ keçirdiyi mövqelərdə möhkəmlənməyə və hücum əməliyyatlarını bərpa etməyə çalışır. “İzyum istiqamətində isə Rusiya işğalçıları İzyum şəhərinin özünə və Şimali Don çayı üzərindəki körpüyə nəzarət etməkdə, hücum əməliyyatlarının davam etdirilməsini təmin etmək üçün hazırlıqlar görməkdədir”, - məlumatda deyilir.

virtualaz.org

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukrayna ətrafındakı vəziyyəti, həmçinin Minsk və Moskva arasında münasibətlərin inkişafını müzakirə ediblər.