Gələn il “Böyükşor” gölündə üzən günəş elektrik stansiyası istismara veriləcək

“Böyükşor” gölündə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində 100 kVt gücündə üzən günəş elektrik stansiyasının tikilməsinə başlanılıb.

Bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

Energetika naziri qeyd edib ki, stansiyanın növbəti ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Ümumilikdə, “Böyükşor” gölündə 50 MVt gücündə üzən fotovoltaik stansiya üçün texniki-iqtisadi əsaslandırma, biznes modellərin seçilməsi və bərpaolunan enerji mənbələri üzrə tarifin qiymətləndirilməsi hesabatları hazırlanıb. Bununla yanaşı, gələcəkdə su obyektləri üzərində irihəcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır. Bu məqsədlə ölkə üzrə su hövzələrinin məlumat bazası yaradılıb və 19 su obyektinin enerji potensialı hesablanıb.

Mənbə:
0
60
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar