Türkiyə Qarabağ şəhidlərini “Karabağ Cup” ilə andı - FOTOLAR

1-11 iyun tarixlərində İstanbul Taç Spor Klubunun kortlarında dostluq və qardaşlığa həsr olunan "Karabağ Cup” veteranlar arasında tennis turniri keçirilib.

Sport7.az xəbər verir ki, turnirdə 420 tennisçi iştirak edib. Yüksək səviyyədə keçirilən turnirin qaliblərinə verilən kuboklar da öz qeyri adiliyi ilə seçilib. Belə ki, kuboklar, Azərbaycan xəritəsini və Qarabağın Azərbaycana qayıtdığını özündə əks etdirir. Bu kubokların hər biri əl işi olub və müəllifliyi həmyerlimiz rəssam Ağarzayeva Vüsalə xanıma məxsusdur.

Taç Spor Klubunun rəhbəri Mustafa Ergin bəy öz çıxışında bunları deyib: "İdman dostluq, qardaşlıq və barışdır. Bunları gerçəkləşdirdiyimiz yarışlar üçün darıxmışıq. Hər kəsə centlmencə mübarizə ve belə anlamlı bir yarışa qatıldıqları üçün təşəkkür edirəm".

Mükafat təqdimatı mərasimi Qarabağ şəhidlərinin və yaxın keçmişdə dünyasını dəyişmiş Türkiyə tennisin böyük siması Can Ünerin xatirəsinə bir dəqiqəlik sükut ilə başlayıb.

Ənənəvi turnir halına gətirilməsi planlaşdırılan "Karabağ Cup" bizim tennisçilər üçün də gələcəkdə maraqlı ola bilər və əlbəttə iştirak da arzu ediləndir. Turnirdə 24 kateqoriyada qaliblər müəyyənləşib. Yığıt Günay, Işıl Gülfer Azkara, Bilgin Tekin, Ümmü Gökçe Kozak, Erhan Andıç, Deniz Bayar, Sedat Yöngel, Pınar Açıldı, Uğur Özgür, Esra Ballı, Aydın Kuntay, Hürmüs Atar, Bahadır Gezici, Havva Türedi, Akif Aydın, Mustafa Rıza Çanga, Muhammed Enes Saka, Burcu Engin, Bilgi Tekin/Batıkan Çolpan, Aslı Yıldırım/Hürmüs Atar, Can Özyurt/Stefan De Jong, Maksut Erkam Abdik/Petek Naz Yaver, Mehmet Arda/Nilay Akun, Şenel Ergün/Canan Yalazı kubokları başları üzərinə qaldırıblar.
 
Təşəkkürlər Türkiyə!
 
Heydər Rzayev
Sport7.az
Mənbə:
0
507
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar