• Şikayət et

Toy görüntülərini bu səbəbdən paylaşmır

Ötən həftə İstanbul Polis İdarəsinin Asayiş Şöbə Müdiri Şinasi Yüzbaşıoğluyla nikah masasına əyləşən türkiyəli aparıcı Müge Anlı açıqlamasıyla gündəmə gəlib.

Axşam.az xəbər verir ki, aparıcı İnstaqram hesabında özəl günündən görüntüləri paylaşmamasının səbəbini açıqlayıb:

"Dəyərli dostlar bilirəm ki, nikah günüylə bağlı görüntüləri maraqla gözləyirsiniz. Bununla bağlı çox sayda ismarışlar alıram. Gizli saxlamağımın səbəbi sosial şəbəkələrdə adıma açılan saxta hesabların olması və insanların yanlış yönləndirilməsidir. Hesablar bağlandıqdan sonra görüntüləri paylaşacağam".

Qeyd edək ki, Çırağan Sarayda baş tutan nikah mərasimindən Mügenin rəfiqələri Zahide Yetiş, Zuhal Topal və Şəbnəm Bursalı da iştirak ediblər.

Mənbə:
0
105
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar