Şuşada ermənilər Atatürkün silahdaşının da evini dağıdıblar-VİDEO

Bu gün, mayın 19-u türk-islam dünyasının böyük mütəfəkkiri Əhməd bəy Ağaoğlunun anım günüdür. Azərbaycan Xalq cümhuriyyəti süquta uğrayandan sonra mühacirət etməyə məcbur olan Əhməd bəyin türkçülük ideyaları tez bir zamanda Atatürkün diqqətini çəkir və o, Mustafa Kamal bəyin silahdaşına çevrilir, Türkiyədə yüksək vəzifələrdə çalışır. Köhnə şuşalılardan olan və hazırda Şuşada fəaliyyət göstərən çörək sexinin sahibi Qəzənfər Qasımov bildirir ki, Şuşa işğal altında olarkən şəhərin bir çox binaları kimi Əhməd bəy Ağaoğlunun böyüdüyü ev də dağıdılıb. Yazıçı-publisit və əslən şuşalı olan Kərim Kərimlinin versiyasına görə isə Əhməd bəy Ağayevin evi Şuşanın başqa yerində yerləşib və tam dağıntılara məruz qalmayıbdır.

Mənbə:
0
819
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar