Sürücü Ekologiya postunun yanında maşını qəsdən vurub qaçdı- VİDEO

Yolda qaydaları pozan sürücü qəza törədərək hadisə yerindən yayınıb. Avtosfer.az xəbər verir ki, sözügedən video oktyabrın 20-də Bakı-Sumqayıt yolunda qeydə alınıb. Belə ki, Ekologiya postu istiqamətində hərəkət edən 99-PC-742 qeydiyyat nişanlı “VAZ-Priora” markalı avtomobilin sürücüsü təhlükəsizlik adacığının üzəri ilə hərəkət edərək görüntünü qeydə alan sürücünü sıxışdırmağa başlayıb. Ona şərait yaradılmadığından qəzəblənən sürücü tuneldə ötmə edərək maşının güzgüsü ilə görüntünü qeydə alan sürücünün avtomobilini vurub. Günahı ola-ola özünü haqlı sayan sürücü “sən məni sıxdın, ona görə vurdum” deyərək hadisə yerindən yayınıb.

Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi həmin sürücünün məsuliyyətə cəlb olunması istiqamətində araşdırmaya başlayacaq.

 

Təbriz

Mənbə:
0
51
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar