“Alanyaspor”un prezidenti Hasan Çavuşoğlu "Qarabağ"ı ziyarət edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı olan Hasan Çavuşoğlu klubun bazasında baş məşqçi Qurban Qurbanov və komanda üzvləri görüşüb.
"Qarabağ"ın idarə heyətinin üzvü Fevzihan Aras, direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov Hasan Çavuşoğluna klubu ziyarət etdiyi üçün təşəkkür edib.
Görüşdə klublar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.Çavuşoğluna “Qarab ağ”ın forması hədiyyə olunub.
Ötən mövsümün çempionu "Neftçi" cari ili titulsuz başa vurdu.
Ölkə çempionluğunu "Qarabağ"a təhvil verən "ağ qaralar, ölkə kubokunda da "Zirə"yə təslim olaraq mübarizəni dayandırdı.
Baş məşqçi Samir Abasov isə bunu hər dəfə gah heyətin kasad olmasına, gah yerli futbolçu qıtlığına, gah da büdcə azlığına bağlamağa cəhdlər etdi.
Bəzən haqlı səbəblər gətirdiyi kimi, Abasovun kökündən yalan olan arqumentləri də az olmadı. Məsələn, son turun "Qarabağ"la baş tutan və darmadağınla (1-4) başa çatan qarşılaşmasından sonra olduğu kimi.
Belə ki, gənc mütəxəssis ikinci yeri böyük uğur kimi qələmə verərək, titulun əldən çıxmasını ötənilki heyəti saxlamamaqla əlaqələndirib.
Sitat: "Bugünkü situasiyanın acı nəticəsi həmin heyəti əlimizdə saxlamamağımız idi. Çempion olan heyətdən 5 nəfər qalmışdı. Bu da təsirsiz olmaya bilməzdi. Ötənilki tempi saxlamaq mümkünsüz idi".
Hə, ola bilər ki, Abasov həmin heyəti saxlasa yenə çempion olacaqdı. Bununla işimiz yoxdur. Gələk çalışdırıcının danışdığı yalana.
Əvvəla, heyət qorunub saxlanmayıbsa, günahkar məşqçidir. Yox, rəhbərlik buna cəhd etməyibsə, ərizəni yazıb, çempion titulu ilə "Neftçi"dən ayrılardınız. Daha urvatlı, daha abırlı. İndiki kimi yox...
O ki, qaldı çempion heyətdən cəmi 5 futbolçunun qalmasına, vallah-billah kökündən yalan informasıyadır.
Ki, Aqil Məmmədov, Mert Çelik, Voislav Stankoviç, Ömər Buludov, İsmayıl Zülfiqarlı, Yusuf Laval, Vüsal Əsgərov, Emin Mahmudov, Mirabdulla Abbasov, Mamadu Mboç ötənilki uğurun aktiv iştirakçılarıdır. Gördüyünüz kimi say Samir müəllim deyəndən 2 dəfə çoxdur.
Hə, Vüsalı gənc, Mirabdullanı, Öməri qovulan kimi qələmə vermək olar. Amma yenə say 5-ə düşmür axı. Maraqldır, Abasov siyahıdakı başqa kimləri futbolçu saymır?
Ps: Hələ qışa kimi komandada olan Sabir Buqrin və Mamadu Kanedən danışmırıq.
XANOĞLAN İMANOV
"Milan"ın baş məşqçisi Stefanı Piolinin çempionluğu qeyd edərkən itirdiyi qızıl medalı tapılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
3 nəfər kişi medalı stadiondan tapdıqlarını iddia edərək onu polisə təhvil veriblər.
Daha əvvəl Piolinin medalının oğurlandığı deyilirdi. A seriyası isə sonradan məqşçiyə yeni medal veriləcəyini açıqlamışdı.
"Milan" 2021/22 mövsümündə 86 xal toplayaraq A seriyasının çempionu olub.
"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo az xəbər verir ki, Münhen təmsilçisi "Ayaks"la müqaviləsi başa çatan Nussayr Mazruini rənglərinə baglayıb.
Azad agent statusu ilə "Bavariya"ya keçən 24 yaşlı futbolçu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
Nuussayr Mazrui "Ayaks"ın yetirməsidir. Mərakeş millisinin üzvü cari mövsümdə Amsterdam klubunun heyətində meydana çıxdığı 34 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Şamaxı" Stanislav Namaşko ilə müqavilənin müddətini uzadıb.
Klubun İdarə Heyəti 36 yaşlı qolkiperin sözləşməsinin daha 1 il artırılması barədə qərar verib.
Moldova millisinin üzvü 2019-cu ildən "Şamaxı"da çıxış edir. Namaşko 2020/2021 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
Qapıçı Azərbaycanda qalmaq üçün maliyyə şərtlərini yumşaldıb. Yeni razılşmaya əsasən, aylıq 4000 dollar qazanacaq və bu da ötən ilin müvafiq vaxtı ilə müqayisədə 2000 dollar azdır.
SPORTİNFO.AZ
Əziz oxucular!
"Sportinfo"nun "Youtube" kanalı artıq fəaliyyətini bərpa edib.
Azərbaycanın tanınmış jurnalistlərindən Elçin Cəfərovun təqdimatında bir-birindən maraqlı layihələrlə görüşünüzə gəlməyi planlaşdırırıq.
Sizdən aşağıdakı linkə daxil olaraq, "Sportinfo TV"nin "Youtube" səhifəsinə abunə olmağınızı xahiş edirik.
Cavid Hüseynov “Cəbrayıl”ı tərk etməyə hazırlaşır.
Başa çatan mövsümdə işğaldan azad olunmuş rayonun komandasını Region Liqasının qalibi edən Hüseynov məşqçilikdə təcrübə toplamaq üçün peşəkar statuslu klubda çalışmaqda israrlıdır.
Əldə etdiyimiz məlumata görə, ona növbəti mövsümdə I Divizionda “İmişli”ni çalışdırmaq təklif olunub. Hətta Premyer Liqada köməkçi-məşqçi kimi işləməsi də istisna olunmur.
Cavid bəy saytımıza açıqlamasında xəbəri təsdiqləyərək ətraflı izah verib:
“Bu dəqiqə hansısa klubun adını çəkməyim doğru olmaz. Çünki heç kimlə konkret söhbətim olmayıb. Danışıq olandan, razılıq əldə olunandan sonra nəsə deyə bilərəm.
Bəli, əsas hədəflərimdən biri məşqçi kimi daha çox təcrübə toplamaq, peşəkar klubda çalışmaqdır.
Əlbəttə, bu, “divizion”da baş məşqçilik də ola bilər, Premyer Liqada köməkçi-məşqçi də. Elə insan deyiləm ki, deyim, yox, köməkçi işləmərəm.
Öz doğma “Cəbrayıl”ımızda keçirdiyim 1 il mənim üçün həm xoş anlarla yadda qaldı, həm də məşqçilikdə müəyyən təcrübə qazandım.
Amma Region Liqasında həftədə 3 dəfə məşq edən komandayla peşəkar komandanı bir tutmaq olmaz. Mən də daha çox inkişaf etmək, öyrənmək və irəli boylanmaq istəyirəm”.
Sözügedən klubun təsisçisi, prezidenti və baş məşqçisi olan Cavid Hüseynov hazırda məşqçilər üçün nəzərdə tutulmuş B kateqoriyasına sahibdir.
O, “A”ya sahib olmaq üçün bu ilin payızında təşkil olunacaq seminara qatılmaqla bağlı AFFA-ya müraciət edib.
HƏBİB / SPORTİNFO.AZ
44 günlük Vətən Müharibəsi zamanı Ermənistan baş naziri Nikol Paşinyana müraciəti ilə məşhurlaşan əsgərin videosunu çoxları görüb.
Videoda əsgər Paşinyana müraciət edərək, "Nə oldu, bəs yol çəkirdin?" deyərək gündəmə gəlmişdi.
Vətən Müharibəsindən sonra həmin görüntülər sosial şəbəkədə də paylaşılmışdı. Ötən gün həmin görüntülərin qəhrəmanı olan 1996-cı il təvəllüdlü Rüstəmov Elməddin Rəfail oğlu onu təəccübləndirən video ilə üzləşib.
BAKU.WS-ə açıqlama verən Rüstəmov Elməddin ona məxsus görüntülərin başqasına nisbət verildiyini və haqqına girildiyini bildirib.
"Tiktok"a yerləşdirilən videodan məlum olur ki, tədbirlərin birində naməlum gənc dağa çıxarkan Paşinyana müraciət edən şəxs kimi təqdim olunub.
Lakin həqiqətdə həmin görüntülərdəki şəxs Rüstəmov Elməddindir. Amma nədənsə gənc özünü həmin görünütlərin qəhrəmanı kimi təsdiqləyir.
Görüntülərin əsl qəhrəmanı hazırda Abşeron rayonu Mehdiabad qəsəbəsindəki restoranların birində ofisiant işləyir. O, Vətən Müharibəsi zamanı Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib.
Sabah”u Boyan Letiçlə müqavilənin müddətini uzadıb.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 30 yaşlı müdafiəçi ilə 1+1 illik yeni sözləşmə imzalanıb.
Bosniya və Herseqovinadan olan oyunçu fevralda "Sabah"a keçib. Boyan Letiç cari mövsüm 11 oyunda iştirak edib və 1 qola imza atıb.
Boyan Letiç karyerası ərzində ölkəsnin “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib.
Onun bura gələnə kimi son klubu İspaniyada “Mirandes” (2020-2022) olub.
Növbəti avrokubok mövsümündə ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qəbələ” güclənmə əməliyyatına start verib.
Bölgə təmsilçisinin ilk transferi İlkin Qırtımov olub.
“Şamaxı”dan ayrılan 32 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.
“Qəbələ” yay fasiləsinin ilk transferini sosial şəbəkə hesablarında paylaşıb ki, Qırtımovun “qırmızı-qaralar”a keçidi heç də xoş qarşılanmayıb.
Bölgə təmsilçisinin azarkeşləri İlkinin transferindən məyusluğunu müxtəlif əsaslarla dilə gətirib:
“Daha “Sabah” gedirdə də Konfrans Liqasına”.
“Lazım deyildi, amma yenə də xeyirli olsun”.
“Ürfan Abbasov xeyli vaxt müalicə olunacaq deyə alıblar. Məncə, bunun yerinə Rüfət Əhmədov, Məqsəd İsayev və ya əvəzedici heyətdən kimsə oynasaydı daha yaxşı olardı”.
“Çox nahaq yerə”.
“Günah bunda deyil, “Qəbələ” rəhbərliyindədir. Azarkeşləri dolayıblar lap”.
“Komandaya güc qatacaq transfer deyil”.
“Çox pis! “Qəbələ” azarkeşi kimi bu transferə etiraz edirəm. “Şamaxı”nın artığı bizə lazım deyil. Oynayan idisə elə orada oynayardı da”.
“İndi buna da buraxacaqsınız avrokubok oyununa, hə?”
“İlkin Qırtımov kimi yararsız oyunçudansa elə akademiyadan gəncləri gətirib şans verərdiniz. Çox pis və yersiz transferdir”.
“Ay da...”
İlkin Qırtımov 2009-2015-ci illər aralığında “Simurq”un, 2015-2018 və 2019-2022-ci illər aralığında “Şamaxı”nın, 2018-ci ildə “Neftçi”nin, 2018-19 mövsümündə isə “Zirə”nin şərəfini qoruyub.
Azərbaycan millisinə də dəvət alan müdafiəçi 2014-cü ildən dəvət aldığı yığmada 5 oyunda meydana çıxıb.
HƏBİB / SPORTİNFO.AZ
“Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynov AFFA-ya mesaj verib.
O, ötən ilin yayında yaratdığı klubun bir daha Region Liqasında çıxış etməyəcə yini açıqlayıb.
Çempionatın gümüş medalını qazanan cənub təmsilçisinin sahibi sosial şəbəkə vasitəsilə federasiyaya öz sözünü çatdırıb:
“Çünki biz bir sezona 620 min manat xərcləmişik. Bu pulu bir də bu liqaya xərcləməyə maraqlı deyilik.
"Araşdırdım, "Mingəçevir"in I Diviziona gəlməyinə "Energetik" varislik edib, bizə də "Qobustan" varislik edir. Buraxın Diviziona, vəssalam!".
SPORTİNFO.AZ
Azərbaycanda koronavirusa 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Sportinfo.az xəbər verir ki, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 964 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 49 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 793, bu günə qədər isə ümumilikdə 6 877 141 test icra olunub.
"Alanyaspor"un prezidenti Hasan Çavuşoğlu "Neftçi"nin qonağı olub.
Sportinfo.az türkiyəli funksioner həmkarı Kamran Quliyevlə görüşüb.
Super Liqa təmsilçisinin rəhbəri bakılıların vitse-prezidenti Elnur Eyvazov, idman direktoru Zaur Əzizov və mətbuat katibiRüstəm Allahverdiyevlə söhbətdə gələcəkdə komandalar arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.
Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.
Uğursuz mövsüm keçirən "Sumqayıt" son tur ərəfəsində Vurğun Hüseynov və Vüqar Mustafayevlə yeni müqavilə imzaladı.
Digər təcrübəli sima Elvin Məmmədovun komandadan ayrılması da an məsələsidir.
Amma cavabsız qalan suallar daha çoxdur. Məsələn, yaxşı təklifləri olan Höccət Haqverdi və Rəhim Sadıxovla yollar ayrılacaqmı?
Ukraynadakı vəziyyətlə bağlı Sumqayıt təmsilçisinə köç edən Anatoli Nuriyev və Andrey Popoviçin aqibəti necə olacaq?
Yeni mövsüm legioner futbolçuların transferi planda olacaqmı?
Bu xüsusda daha neçə suallar var ki, cavab tapmaq üçün üz tutduq "kimyaçılar"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova.
Amma klub rəsmisi hələ bir neçə gün də səbr etməli olduğumuzu bildirdi. Ki, bu həftə klub rəhbərliyi və məşqçilər korpusu arasında görüş keçiriləcək.
Məhz həmin görüşdə yuxarıda sadaladığımız və digər bütün suallara onda aydınlıq gələcək. Gözləyək...
XANOĞLAN / SPORTİNFO.AZ
Bakıda və Abşeron yarımadasında mayın 24-ü gecəyə doğru, mayın 25-i gecə və səhər saatlarında arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehimalı var.
"Real"ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin hücumçusu Kilian Mbappenin Fransa klubu ilə başa çatacaq müqaviləsini uzatmaq qərarına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, italyan deyib:
“Bizə aydındır ki, biz öz işlərimizi düşünməliyik. Heç vaxt başqa komandaların oyunçuları haqda danışmamışıq.
Hər kəsə, hər qərara, hər kluba hörmət edirik. Biz işimizi görməliyik. İndi nəyi düşünməli olduğumuz aydın və başa düşüləndir, yəni Çempionlar Liqasının finalına hazırıq.
Mən heç vaxt "Real"da oynamayan oyunçular haqqında danışmamışam və danışmayacağam da".
Mbappe Madrid təmsilçisinə keçməkdən imtina edərək PSJ ilə müqaviləsini 2025-ci ilin yayına kimi uzadıb.
"Atletik” (Bilbao) baş məşqçisi Marselino Qarsiya Toralla yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytı məlumat yayıb.
57 yaşlı mütəxəssis öz istəyi ilə postunu tərk edib.
Daha əvvəl Toralla klub rəhbərliyi arasında münaqişə olduğu yazılmışdı.
“Atletik” son mövsümdə La Liqanı 55 xalla 8-ci pillədə başa vurub.
Aftandil Hacıyevin “Səbail”dən ayrılması şok effekti verdi.
Ona görə yox ki, onun komandadan ayrılması “dənizçiləri” uçuruma aparacaq və yaxud da əvəzolunmaz məşqçi idi.
Ona görə ki, Hacıyev klub rəhbərliyi ilə növbəti mövsümlə bağlı müzakirələrdən sonra daha 1 il qalmağa “hə” demişdi və bu barədə mayın 13-də ictimaiyyətə məlumat verilmişdi.
Cəmi 10 gün əvvəl yeni anlaşmaya imza atan məşqçinin “gedirəm” deməsi və ya göndərilməsi maraq doğurmaya bilməz.
Həm şübhəli məqama aydınlıq gətirmək, həm də Aftandil Hacıyevin “Səbail”dən ayrılmasının səbəbini öyrənmək üçün Bayıl təmsilçisinin icraçı direktoru Fərəc Əliyevi aradıq.
Klub rəsmisi baş məşqçinin gedişi ilə bağlı bunları dedi:
“Bəli, Aftandil Hacıyevlə 1 illik yeni anlaşma əldə olunmuşdu və bununla bağlı saytımız vasitəsi ilə ictimaiyyətə məlumat verilmişdi.
Sadəcə, sonrakı mərhələdə fikirlər üst-üstə düşmədi deyə belə alındı. Nə demək istədiyinizi başa düşürəm. Amma futbolda bu cür fors-major hallar qaçılmazdır.
Hacıyevin gedişi ilə bağlı yalnız onu deyə bilərəm ki, klub rəhbərliyi ilə baş məşqçi arasında gedən söhbətlər zamanı yeni mövsümlə bağlı fikirlər üst-üstə düşmədi.
Belədə qarşılıqlı razılıq əsasında yollar ayrıldı. Nə rəhbərlik Aftandil müəllimi yola salıb, nə də Hacıyev özü gedib. Ümumi söhbətdən və razılıqdan sonra hər iki tərəfin qərarı bu oldu”.
2018-ci ildən “Səbail”i çalışdıran Aftandil Hacıyev bu müddətdə bayıllılara çempionatın bürünc medalllarını qazandırıb.
HƏBİB / SPORTİNFO.AZ
"Bursaspor"un aşağı liqaya düşməsində komandanın bəzi futbolçuları günahlandırılır.
Sportinfo.az xəbər verir ki, həmin oyunçulardan biri də Azərbaycan millisinin vingeri Namiq Ələskərovdur.
Bəzi jurnalistlər və "ağ-yaşıllar"ın azarkeşləri I Liqanın 35-ci turunun "Bandırmaspor"la oyunundan iki gün əvvəl komandanın bir neçə üzvünün gecə klubuna getdiyini yazıblar.
İddiaya görə, Burak Altıparmak, Enver Cenk Şahin, Hasan Ayaroğlu, Kubilay Sönmez və Namiq Ələskərov komandanın liqada qalmaq üçün son şansı olan matçdan əvvəl səhərə kimi klubda əyləniblər.
"Bursaspor" həmin qarşılaşmada "Bandırmaspor"a 2:4 hesabı ilə məğlub olaraq II Liqaya düşüb.
Namiq Ələskərov cari mövsümdə "Bursaspor"un heyətində meydana çıxdığı 33 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
3 klub “Neftçi”yə müraciət edib.
“Səbail, “Turan Tovuz” və “Şamaxı” İsmayıl Zülfüqarlını icarəyə götürmək məqsədilə “ağ-qaralar”ın qapısını döyüb.
Paytaxt təmsilçisi yetirməsinə görə aldığı təklifləri geri çevirib.
“Neftçi” rəsmiləri 2001-ci il təvəllüdlü yarımmüdafiəçini əsas heyətdə gördüklərini bildiriblər.
SPORTİNFO.AZ
EFA-nın (European Football Academy) yetirməsi Nicat Quliyev gələn ay “Peruca”ya yollanacaq.
Daha əvvəl akademiyanın U-15 komandasından Toğrul Haqverdiyev və Aydın Ələsgərlinin baxışa yollanacağını xəbər vermişdik.
EFA ilə “Peruca” Futbol Akademiyası arasında əldə edilmiş razılaşmaların reallaşdırılması istiqamətində əməli addımların atılmasına başlanılıb.
Ümumiyyətlə, 5 azərbaycanlı gənc futbolçu İtaliyaya - məşhur klubun düşərgəsinə üz tutacaq. “Peruca”nın seçmələri 20-25 iyun aralığında keçiriləcək.
25-29 aprel tarixində “Peruca” Futbol Akademiyası ilə keçirilən görüşlərdə alınan razılaşmalara əsasən, EFA-nın yetirmələri İtaliyada klubunda çıxış edə biləcək.
SPORTİNFO.AZ