Prezident İlham Əliyev Aşqabadda Vladimir Putin ilə görüşüb - VİDEO
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Yaponiya Çinə etiraz etdi
Yaponiya Şərqi Çin dənizindəki qaz yatağında yeni dəniz platformasının tikintisi ilə bağlı Çinə etiraz edib.
Bu barədə çərşənbə günü Yaponiya Xarici İşlər Nazirliyi məlumat verib və özünümüdafiə qüvvələrinin müvafiq tikinti işlərinin başa çatdığını təsdiqlədiyini bildirib.
"Çin tərəfinin Yaponiyanın dəfələrlə etirazlarına baxmayaraq, müəyyən iqtisadi zonalar və kontinental şelflərin demarkasiyası aparılmadığı bir şəraitdə Şərqi Çin dənizi akvatoriyasında birtərəfli qaydada abadlıq işləri aparması son dərəcə təəssüf doğurur".,- deyə Yaponiya XİN bəyan edib.
Qeyd edək ki, Çin Yaponiyanın iki ölkənin iqtisadi zonalarının sərhədlərini müəyyən etmək üçün çəkdiyi xətti tanımır və onun daha çox şərqə - demək olar ki, Yaponiyanın cənubundakı Okinava adasına doğru irəliləməli olduğunu bildirir. Beynəlxalq hüquqa görə, bu qəbildən olan mübahisə iki ölkə arasında razılaşma yolu ilə həll edilə bilər./Oxu.az
Fransada əhaliyə ərzaq talonları paylanacaq
Fransada təxminən 9 milyon insan ərzaq talonu alacaq.
Tədbir ən aşağı gəlirli ölkə sakinlərinə dəstək məqsədilə həyata keçiriləcək.
Bu barədə dövlət katibi Oliviya Qrequar məlumat verib.
"Biz hər ailəyə 100 avro və hər uşaq üçün əlavə 50 avro məbləğində təcili ərzaq yardımı göstərmək istəyirik", - deyə o, bildirib.
Qrequar həmçinin xatırladıb ki, iyulun 6-da hökumət fransızların alıcılıq qabiliyyətinin qorunmasına dair qanun layihəsini təqdim edəcək ki, bu da xüsusilə "yüksək keyfiyyətli yerli məhsulların əldə edilməsi üçün ixtisaslaşdırılmış yoxlamaların tətbiqini" nəzərdə tutur.
Qeyd edək ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatıına görə, bu ilin yazında ölkədə inflyasiya 80-ci illərin ortaları səviyyəsinə çatıb. Bu, xidmətlər və ərzaq məhsullarının qiymətlərinin artması nəticəsində baş verib. Ən çox artım isə balıq və tərəvəzin qiymətlərində qeydə alınıb./oxu.az
Bill Qeyts şahzadə ilə 170 milyona saray aldı
"Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeyts Səudiyyə kralının qardaşı oğlu, şahzadə Əl-Valid bin Talal Al Səudla birgə yeni layihəyə imza atacaq.
Qeyts malikanəni "Four Seasons" hotelinə çevirmək üçün əlavə 120 milyon dollar xərcləməyi planlaşdırır. 1650-ci ildə məşhur memar və heykəltəraş Covanni Lorenzo Bernini tərəfindən inşa edilən saray 100 otaqlı lüks hotelə çevriləcək.
Qeyd edək ki, Qeytsin mehmanxanalar şəbəkəsində hazırda dünyanın 47 ölkəsində 122 otel və istirahət mərkəzi, 48 yaşayış obyekti var. 50 yeni layihə isə hazırlanır.
49 yaşlı kişi onu sancan ilanı yedi
Hindistanlı kişi onu dişləyən zəhərli ilanı kəsərək yeyib
Hadisə Uttar-Pradeş ştatının Banda şəhərində baş verib.
Kişi tarlada işləyərkən onu zəhərli ilan sancıb.
Bundan sonra o, ilanı parçalara ayıraraq yeyib.
Evə qayıdan hindistanlının ailəsi onu xəstəxanaya aparıblar.
Həkimlər xəstənin vəziyyətini stabil qiymətləndirib.
"Space" TV əməkdaşlarının yığılan maaşlarını ödədi
"Yüzlərlə "Space"çinin gözlədiyi gün gəldi. Bəzilərinin "batdı" dediyi yığılıb qalan əmək haqlarımızı aldıq".
Bu sözləri Space TV-nin əməkdaşı olan Rahib Səfərov öz "Facebook" profilində paylaşıb.
O bildirib ki, uzun müddətdir yığılan maaşlarını nəhayət ki alıblar.
Paylaşımı təqdim edirik:
"Nəhayət, yüzlərlə "Space"çinin gözlədiyi gün gəldi. Bəzilərinin "batdı" dediyi yığılıb qalan əmək haqlarımızı aldıq. Müşfiq Hətəmov "Space TV"yə rəhbərlik etdiyi dövrdən bu kanal yenidən dirildi və heç kəsin zəhməti batmadı. Bundan sonra da kanal yeni-yeni layihələrlə qarşınızda olacaq və biz "Space"çilər də daha əzmlə çalışacağıq"./Oxu.az
İddiaçılar turniri: Rəcəbov Nepomnyaşi ilə heç-heçə etdi
İspaniyanın paytaxtı Madriddə azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri davam edir.
Şahmatçımız 10-cu turda turnirin lideri Yan Nepomnyaşiyə (Rusiya) qarşı qara fiqurlarla çıxış edib. 37-ci gedişdə oyun heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, iki dövrəlik yarışda səkkiz qrossmeyster dünya tacı uğrunda görüşdə oynamaq hüququ uğrunda mübarizə aparır.
Hazırda turnir cədvəlində vəziyyət aşağıdakı kimidir: Nepomnyaşi - 6,5, Karuana - 5,5, Nakamura, Dinq Liren - hərəyə 4,5, Rəcəbov, Rapport, Firuzja - hərəyə 4, Duda - 3,5 xal./Oxu.az
Ərdoğan Baydenlə görüşdü – YENİLƏNİB + VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasındakı görüş başa çatıb.
Ərdoğan uzun fasilədən sonra yenidən ABŞ prezidentilə görüşməkdən məmnun olduğunu bildirib.
Bayden isə öz növbəsində taxıl dəhlizinin formalaşdırılması istiqamətində, eləcə də İsveç və Finlandiyanın NATO üzvlüyünə yol açdığı üçün Türkiyə dövlət başçısına təşəkkür edib. /Oxu.az
20:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.
Danışıqlar bu gün İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammiti çərçivəsində baş tutub.
Görüşün bir saata yaxın davam edəcəyi bildirilir./Oxu.az
Fermerlər inəklərilə birgə etiraza çıxdılar - VİDEO
Niderlandlı fermerlər hökumətin azot tullantılarına məhdudiyyət tətbiq etmək planlarına cavab olaraq parlament binası qarşısında qeyri-adi etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, atmosferə azot tullantılarının əsas mənbələri mal-qara və gübrələrdən istifadədir. Niderland 2030-cu ilə qədər emissiyal həcmini iki dəfə azaltmağı planlaşdırır ki, bu da bəzi fermerləri işsiz qoyacaq.
Zibillikdən 2 min dollara yaxın pul tapıb
Miqrant Moskva zibilxanasında yüz min rubldan çox (təminən 1970 dollar) pul tapıb və polisə müraciət edib.
Milli.Az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, Yujnıy Medvedkovo rayonunda məktəbdə xadimə işləyən Qırğızıstan əsilli şəxs zibillikdə 10 ədəd 100 dollarlıq əskinas, 15 ədəd 5000 rublluq əskinas, min rublluq 5 əskinas və 50 rubl olan palto və corab olan çanta tapıb. Həmin şəxs pulu götürərək əmanətin sahibini təkbaşına tapmağa çalışsa da, bir müddət sonra polisə müraciət edib. Faktla bağlı yoxlama başladı./milli.az
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub
Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunlar "Həvəskar Universal Döyüş Federasiyası" İB, "Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası" İB, "Azərbaycan Peşəkar Boks Federasiyası" İB-nin federasiya statusu dayandırılıb.
Bununla yanaşı, iclasda nazirliyin 2022-сi ilin IIk yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra tədbirlərin təqdimatı müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
Nəhayət, Ceyhun Ənvər oğlu Məmmədəliyevə, Tural Rafiq oğlu Vəlibəyova və Xalid Zahid oğlu Atababayevə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" fəxri adının verilməsi barədə qərar qəbul edilib.
Sumqayıtda qadını itələyən sürücü saxlanılıb
İnsident nəticəsində sərnişin Sənubər Baxışəliyeva yüngül bədən xəsarətləri alıb.
Avtobusun sürücüsü Adil Kosayev isə hadisədən sonra işdən çıxarılıb.
"Sumqayıt Nəqliyyat-1" MMC-nin şöbə müdiri Dildar Hümbətova bildirib ki, baş verən hadisənin araşdırılması və qanuni tədbir görülməsi üçün aidiyyati qurumlara müraciət edilib. /Oxu.az
ABŞ-da meymunçiçəyinə qarşı peyvənd paylanacaq
ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkədə meymunçiçəyi xəstəliyinin yayılmasına cavab olaraq on minlərlə doza peyvəndi paylamağa başlamağı planlaşdırır.
Mənbələr bildiriblər ki, peyvəndin dozaları ən çox təsdiqlənmiş halların olduğu ştatlar arasında paylanacaq.
Plana görə, Havay, Massaçusets, Yuta, İllinoys, Nyu-York, Rod Aylənd, Kaliforniya, Kolorado, Florida və Vaşinqton ştatları peyvəndi alan ilk ştatlar arasında olacaq.
Meymunçiçəyinin qarşısını almaq üçün federal tənzimləyicilər tərəfindən xüsusi olaraq təsdiqlənmiş yeganə peyvənd olan "Jynneos"un 25 000-30 000 dozasını ayırmaq plana daxildir.
Rəsmi məlumatlara görə, indiyədək ABŞ-da meymunçiçəyinə 306 yoluxma hadisəsi qeydə alınıb. Lakin ekspertlər daha çox real halların olduğuna inanırlar./Oxu.az
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq
Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Ərdoğan - Bayden görüşü başladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.
Danışıqlar bu gün İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammiti çərçivəsində baş tutub.