• Şikayət et

"Sabah"dan iki rekord birdən

"Sabah” tarixinin iki rekorduna imza atıb.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istibadən xəbər verir ki, paytaxt klubu Premyer Liqada ən böyükhesablı qələbəsini qazanıb, həmçinin özünün ən yüksək məhsuldarlığını nümayiş etdirib. Bu, XXIV turun "Şamaxı” ilə ev görüşündə gerçəkləşib.

5:1 hesabı ilə qalib gələn bakılılar indiyədək heç vaxt 3-dən çox qol vurmamışdı. 12 qarşılaşmada üç top vuran və bunların altısında 3:0 hesabı ilə qalib gələn "Sabah” həm ilk dəfə 4 top fərqi ilə qalib gəlib, həm də ilk dəfə 4 və ya daha çox – 5 qol vurub.

Bu, klub tarixinin Premyer Liqadakı yubiley – 100-cü matçında qeydə alınıb. "Sabah” bu oyunlarda 30-cu qələbəsini qazanıb. Zurab Oçiqava komandasının ikinci qoluna imza atmaqla bakılıların Premyer Liqadakı 100-cü qolunu vurub. Bu, 50-ci ev matçındakı 15-ci qələbə kimi tarixə düşüb.
 
Səbuhi Həsənov
Mənbə:
0
1873
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar