Rusiya, Azərbayca və Ermənistan prezidentlərinin birgə bəyanatı yayımlanıb

Cənubi Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyi möhkəmləndirmək məqsədilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin gələcək demarkasiyası üçünə delimitasiyası üzrə birgə komissiya yaradılıb, bu barədə sosial şəbəkədə yer alan Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın birgə bəyanatında bildirilir.


Bəyanatda həmçinin deyilir ki, Ermənistan və Azərbaycan hökumətləri 2021-ci il mayın 31-ə kimi komissiya çərçivəsində milli nümayəndə heyətlərini formalaşdırmalıdırlar. Rusiya milli nümayəndə heyəti isə Komissiya çərçivəsində məşvərətçi rolunda çıxış edəcək.


Nümayəndə heyətlərinə Azərbayca, Ermənistam və Rusiya qanunvericiliyinə uyğun olaraq xüsusi səlahiyyətləri olan nümayəndələr rəhbərlik edəcək.


Komissiya 2021-ci il iyunun 30-da ilk toplantısını keçirəcək. Həmin toplantıda görüləcək işlərin əsas istiqamətləri və iş qaydası müəyyənləşəcək, o cümlədən əkspert qrupları təsdiqlənəcəkdir.


Ekspert qrupları Komissiyanın iclasından sonra bir ay ərzində öz səlahiyyətləri daxilində tədbirlər plannı təqdim edəcəklər.


Bu Bəyanatdan irəli gələn bütün msələlər müstəsna olaraq siyasi-diplomatik yolla üçtərəfli razlaşla əsasında yerinə yetirilməlidir.


Ermənistanın baş naziri Nikol Paşinyan dünən sosial şəbəkədə mövcud olan bu bəyanatın həqiqiliyini təsdiq edib. Bu barədə RİA Novosti agentliyi xəbər yayıb.


Rəsmi Bakı və Kreml isə bəyanatla bağlı hər hansı məlumat yaymayıbdır.
 

Mənbə:
0
747
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar