"Bu, Azərbaycan Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyişdir", - paylaşımda deyilir.
"Rusiya prezidenti Vladimir Putin Ukraynada öz məqsədlərinə çatmayıb".
Publika.az "Ukrinform"a istinadla xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Rusiya Ukraynada öz məqsədlərinə çatmayıb. Qısamüddətli hərbi əməliyyat planı var idi, lakin Rusiya üçün çox baha başa gələn müharibə baş verdi", - baş katib qeyd edib.
Stoltenberq bildirib ki, Putin qoşunları Kiyevdən və ölkənin şimalından çıxarmaq məcburiyyətində qalıb: “Rusiya qoşunları Xarkov vilayətindən çıxarılır, Donbasdakı hücum isə çox ləng gedir”.
Baş katib hesab edir ki, Putin strateji səhv edib:
“Mən əminəm ki, Ukraynaya edilən bu işğalın məqsədlərindən biri NATO-nun Rusiya sərhədlərində mövcudluğunu azaltmaq idi. Rusiya prezidentinin dekabr ayında NATO-ya göndərdiyi və bizim imzalamamızı istədiyi hüquqi qüvvəyə malik sazişdə də açıq-aydın yazılıb: daha NATO-nun genişlənməsi yoxdur. İndi o, NATO-nun mövcudluğunu genişləndirir”.
Xatırladaq ki, bundan öncə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib ki, Putinə bütün Ukrayna lazımdır, lakin rusları kiçik nailiyyətlər arxayınlaşdıracaq.
İraqın şimalında həyata keçirilən "Pençe Kilit" əməliyyatı bölgəsində terrorçularla qarşıdurma zamanı 4 əsgər şəhid olub, 3 əsgər isə yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaralı əsgərlərdən mütəxəssis çavuş Bican Kapilayın həyatını bütün müdaxilələrə baxmayaraq, xilas etmək olmayıb.
Allah rəhmət eləsin!
1974-cü il təvəllüdlü Samir Məmmədov Bakıda doğulub. 1998-ci ildə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsilini tamamlayıb. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsilini başa vurub.
2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil alıb və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.
1993-1998-ci illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışıb.
1998-ci ildə “Unocal Khazar Ltd.” neft şirkətində xüsusi layihələr üzrə koordinator vəzifəsində işləyib.
1998-1999-cu illərdə “Mobil Exploration & Producing Azerbaijan Inc.” şirkətində menecer vəzifəsində çalışıb.
2008-2017-ci illərdə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.
2017-2019-cu illərdə Bakı Mühəndislik Universitetində işləyib, 2019-cu ildə “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.
2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Rus və ingilis dillərini bilir. Ailəlidir.
Nazir müavini təyin edilən Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb.
F. Əhmədov 2000-2004-cü illərdə "Ədalət" hüquq firmasında hüquqşünas, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
O, 2009-2011-ci illərdə Oksford Universitetinin "Foreign Service" proqramında magistratura pilləsində beynəlxalq hüquq fənni üzrə seminar müəllimi, 2011-2015-ci illərdə ADA Universitetində hüquq sahəsi üzrə baş müəllim olub.
2015-2017-ci illərdə "Azərbaycan" Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
2021-ci ildən nazir Rəşad Nəbiyevin müşaviridir.
“Bu xanım Zər Əmir İbrahimi (keçmişdə Zəhra) iranlı aktrisadır. 16 il öncə gənc bir qız idi. Naməlum şəxslər tərəfindən, şəxsi və xüsusi həyatından (sevişməsindən) bir video yayımlandı. İnanılmaz bir sürətlə bütün ölkəyə yayıldı. Hər disk satan onu müştəriyə təklif edirdi, xalq da böyük həyəcanla onu almağa cəhd göstərirdi. Beləliklə, sadəcə bu gənc aktrisanın sənət həyatına son qoyulmadı, onun həyatı alt-üst oldu.
Qəzetlər hər gün onun intihar xəbərini yayırdı. Hər yerdə onun yataq otağının filmini kim çəkib və yayıb mövzusu müzakirə olunurdu. Xalq həyasızca videonu alıb izləyir və müzakirə edirdi.
Kino həmkarları və bir çox aktrisalar “lənətə gələsə,n bizi də rüsvay etdin “ deməklə ondan üz çevirdilər. Zəhra ölkəni tərk etmək məcburiyyətində qaldı.
16 ildən sonra o bu gün xaricdə yaşayan iranlı rejissor Əli Abbasinin “Müqəddəs hörümçək“ filmi ilə kino həyatına geri qayıdır. Həm də Kann Film Festivalında və onun gəncliyini məhv edən xalqın qarşısında dayanır, gülür və rəqs edir”.
Qeyd edək ki, Əli Abbasinin “Müqəddəs hörümçək” filmi festivalın əsas müsabiqə bölməsində yarışır.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.
Publika.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Prezident İlham Əliyev Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncamda deyilir:
"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Publikla.az xəbər verir ki, sərəncamda deyilir:
"Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
"Oxfam" qida və enerji sektorundakı milyarderlərin sərvətlərini hər iki gündə 1 milyard dollar artırdıqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, Britaniyanın beynəlxalq humanitar təşkilatı "Oxfam"ın “Ağrıdan qazanc əldə etmək” başlığı ilə dərc etdiyi hesabata deyilir ki, epidemiya dövründə hər 30 saatda 573 nəfər "yeni dollar milyarderi" olub.
Əsas əmtəələrin dəyəri əvvəlki illərə nisbətən xeyli sürətlə artsa da, qida və enerji sektorunda fəaliyyət göstərən milyarderlər hər iki gündə sərvətlərini 1 milyard dollar artırıblar.
Epidemiyanın ilk 24 ayında milyarderlərin sərvəti son 23 ili cəmindən çox artıb.
Beləliklə, dünya milyarderlərinin ümumi sərvəti qlobal ümumi daxili məhsulun (ÜDM) 13,9 faizinə çatıb.
Digər tərəfdən, bu il hər 33 saatda 1 milyon insan olmaqla 263 milyondan çox insan həddindən artıq yoxsulluqla üzləşə bilər.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına icazə verilmir. Hər dəfə bir bəhanə gətirilərək jurnalistlər məhkəmə zalına buraxılmır.
Mayın 24-də keçirilən prosesdə 6 saylı notariat kontorunda notarius vəzifəsində işləmiş Ərəstun İmanov ifadə verib. O bildirib ki, 2012-ci ilin may ayından 6 saylı notariat kontorunda notarius vəzifəsində işləyib.
Ərəstun İmanovun sözlərinə görə, “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevlə tanışlığı olub: “Notariat kontorunun depozit hesabı həmin bankın “Paytaxt” filialında yerləşib. “Texnikabank” ASC-nin fəaliyyəti dayanmasından sonra notariatın depozit hesabı “Bank Respublika” ASC-nin Nəsimi filialına köçürüldü. 2012-ci ilin sentyabrın əvvəllərində Etibar Əliyevin oğlu Kəramət onun iş yerinə gəlib, bir obyektin alqı-satqısını etmək istədiklərini, lakin bunun üçün atasının razılıq ərizəsi alınmalı olduğunu bildirdi. Dedi ki, atası MTN-də saxlanılır, imkanı varsa, orada atasından notarial qaydada ərizə alaq”.
Ərəsun İmanov bildirib ki, həmin vaxt MTN ilə yolları kəsişməməsi üçün Kəramətə dərhal razılıq verə bilməyib: “1-2 gün sonra iş yerimə orta boylu, dolu bədənli, bığsız bir mülki geyimli şəxs gəldi. Həmin şəxs dedi ki, MTN-nin istintaq şöbə rəisi Vüsal Ələkbərovdur”.
Bu zaman şahid məhkəmə zalında olan təqsirləndirilən şəxs Vüsal Ələkbərovu işarə verərək həmin şəxs olduğunu söyləyib: “Vüsal Ələkbərov bildirdi ki, Etibar Əliyevin barəsində cinayət işinin istintaqını apardığını, Etibar Əliyevə köməklik məqsədi ilə obyektinin satılması lazım olduğunu dedi. Ona görə də Kəramətlə birlikdə idarəyə gəlib, Etibar Əliyevdən ərizə qəbul etməsini istədi. Vüsal Ələkbərov gedəndən sonra Kəramət məni MTN-nə apardı. Vüsal Ələkbərovun qəbuluna yazıldıq, içəri apardılar. Vüsal Ələkbərov öz iş otağında məni Etibar Əliyevlə görüşdürdü. Etibar Əliyevdən əmlakın arvadı tərəfindən satılmasına razılıq ərizəsini aldıq, 7-E reyestr kitabında müvafiq qeydiyyat apardıqdan sonra öz iş yerimə qayıtdım. Ərizəni Kəramətə verdim. Bir neçə gündən sonra Kəramət obyektin alqı-satqısına başlamaq istədiyini dedi. Kəramət həmin əmlakın mülkiyyət hüququnu təsdiq edən bütün sənədləri, o cümlədən çıxarışın əslini gətirdi. Mən də obyektin alqı-satqı sənədlərini hazırlayaraq Kəramətə anasını müqavilənin imzalanması üçün gətirməsi dedim. Obyekti alan şəxs obyekti almaq üçün verdiyim məktub əsasında notariat kontorunun depozit hesabına 3 milyon manat pulu keçirdi, bu barədə sənədi mənə gətirən kimi müqaviləni imzalamağa hazır olduğunu bildirdim. Təklifim ilə Kəramət Əliyev anasını gətirdi, müqaviləni həm alan, həm satan tərəf mənim iştirakım ilə imzaladılar. Dərhal Kəramətin anasının bankdan pulunu ala bilməsi üçün adına çek yazaraq verdim. Bundan sonra həmin alqı-satqının taleyindən xəbərim olmayıb”.
Təqsirləndirən şəxs Vüsal Ələkbərov şahid Ərəstun İmanova bir neçə sual verib.
-Siz məni tanıyırsız?
Şahid:
-Bəli.
-Məni haradan tanıyırsız?
-Siz işlədiyim notariat kontora gəlmişdiz. Etibar Əliyevin MTN-də razılığının alınmasının rəsmiləşdirilməsini xahiş etmişdiz. Bundan sonra da sizin iş yerinizdə həmin alqı-satqı rəsmiləşdirildi.
Daha sonra zərərçəkmiş şəxs qismində sərbəst ifadə verən Etibar Vahid oğlu Cəfərovun sözlərinə görə, 2005-ci ildən “Sədərək” Ticarət Mərkəzində sahibkarlıqla məşğul olub, kosmetika və parfümeriya malları satıb: “Seyran Nəcəfov, Elman Əhmədov və digərləri ilə birlikdə Çindən mal sifariş edib, hər birinin malı bir konteynerdə gəlib. 2013-cü ilin avqust ayının 29-da konteyneri gömrükdən qəbul edərək Seyranın anbarına boşaldan zaman MTN əməkdaşları tərəfindən saxlanıldıq. Malların qaçaqmalçılıq olması əsası ilə məni, Seyran Nəcəfovu, Balaşirin Babayevi, Elman Əhmədovu, Elvar Əliyevi, Natiq Teymurovu MTN-nin binasına aparardılar. Orada səhərə qədər orada saxladılar. Saxladıqları müddətdə məndən ilkin olaraq 500 min manat istədilər. Pulu verə bilmədiyim üçün bizdən qısa izahatlarımız alındı və səhərə yaxın evə buraxıldıq”.
Zərərçəkmişin sözlərinə görə, sentyabrın 5-də yenə MTN-nin binasına çağırılıb və İstintaq Baş idarəsinin müstəntiqi Elmar tərəfindən şübhəli şəxs qismində tutularaq 2 gün təcridxanada saxlanılıb, sonra Səbail rayon məhkəməsi tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “İstintaq qrupunun rəhbəri Fuad Məmmədov olub. 5 noyabr 2013-cü ildə özüm də səbəbini bilmədən sərbəst buraxıldım. Çıxandan sonra atamdan “nə əcəb məni buraxdılar” deyə soruşdum. Atam azadlığa buraxılmağım üçün külli miqdarda pul verdiyini bildirdi. Həbsdə olduğum müddətdə stress, əsəb keçirdiyimdən səhhətini pisləşdi. Düşündüm ki, şikayət etsəm, məni həbs edə bilərlər. Buna görə də heç yerə şikayət etməmədim və hər şeyi unutmağa çalışdım”.
Zərərçəkmiş deyib ki, 2015-ci ilin oktyabrında MTN-də həbslər baş verəndən sonra qardaşı Vüqardan azadlığa buraxılması üçün MTN müstəntiqinə nə qədər pul verildiyini soruşub: “Hər şeyi danışmasını istədim. Vüqar da həmin pulu atam ilə birlikdə MTN-nin müstəntiqi Fuad Məmmədova verdiyini bildirdi. Həmin gün axşam tərəfi mən, atam və qardaşımla birlikdə oturaraq söhbət etdik. Atama və qardaşıma bununla bağlı ifadə verməli olduqlarını, hər şeyi necə olubsa, dəqiqliklə deməli olduqlarını bildirdim. Bu söhbətdən sonra atam mənə baş verənləri danışdı. Dedi ki, xəstəliyimə görə mənə düzünü deməyiblər ki, çox fikir etməyim. Atamı “biz MTN-nın müstəntiqi Fuad Məmmədova 210 min manat vermişik” dedi. Həmin an şoka düşdüm, nə etmişəm ki, bu qədər pul aldıqlarını soruşdum. Atam azadlığa buraxılmağım üçün 300 min manat pul tələb etdiklərini, lakin 210 min manat pula gücünün çatdığını, həmin pulu Gürcüstan Respublikasında yaşayan dost, tanış, qohum, əqrabadan topladığını və MTN-nin müstəntiqi Fuad Məmmədova verdiyini bildirdi”.
Daha sonra zərərcəkən qeyd edib ki, onu MTN-dən buraxandan sonra barəsində cinayət işi Qaradağ rayon məhkəməsinə göndərilib: “Məhkəmədə əməlim qaçaqmalçılıq maddəsindən keyfiyətsiz malların gətirilməsi maddəsinə keçirildi, sonradan zərərcəkənlərin iştirakı ilə ərazidən boş qutuları bir yerə yığmaqla yandırlar. Elə həmin gün mallar özümüzə qaytarıldı və məhkəmədə cərimə olunmaqla azad edildik”.
Bundan sonra Etibar Cəfərovun atası Vahid Cəfərov sərbəst ifadə verib. O deyib ki, oğlu Etibar Cəfərov 5 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən tutulub: “Həbsindən təxminən 1 ay keçdikdən sonra oğluma yemək aparanda kiçik pəncərədən mənə kağız verildi. Həmin kağızda “Fenozepam”, “Renalum” adlı dərman adları yazıldı. Kağızı verən MTN əməkdaşı dərmanları alaraq oğlum üçün gətirməyimi tapşırdı. Etibarın səhhətindəki problemlərin baş qaldırmasını başa düşdüm və pis oldum. Həmin gün dərmanları taparaq gətirdim. Daha sonra digər oğlum Vüqar və Etibarın vəkili Qubadla birlikdə MTN-nin binasının qarşısında olan yolun digər tərəfınə, Fəxri Xiyaban tərəfə keçdik. Piyada gəzərkən Qubaddan “Etibarın işi necə olacaq” deyə soruşdum. Qubad isə Etibarın azadlığa buraxılması üçün 300 min manat pul istədiklərini dedi. Mən də oğlumun nə etdiyini soruşdum. Qubad isə bir nömrə verərək “mən bilmirəm, mənə nə deyiblər, onu deyirəm, bu nömrə, bu da sən, özün zəng elə, danış. Mənlik heç nə yoxdur” dedi. Həmin nömrəyə zəng etdim. Telefonla danışan adam özünü müstəntiq Fuad Məmmədov kimi təqdim etdi. Fuad danışıq zamanı mənə a hər şey yaxşı olacaq dedi, Etibarın azadlığa çıxması üçün 300 min manat pul istədi. Fuad Məmmədovla uzun-uzadı söhbət edəndən sonra mənə 3 gün ərzində pulu çatdırmalı olduğumu bildirdi”.
Şahidin sözlərinə görə bundan sonra dost, tanış, qohum-əqrabadan borc pul istəyib: “Etibarın Rusiya Federasiyasında yaşayan, bir neçə sexi olan xalası oğlu Nurman Qaraqaşov və Rusiya Federasiyasının Sverdlovsk vilayətində yaşayan və sexi olan Məsmalı Musayev pul göndərdilər. Bundan başqa əmim nəvəsi Qnyaz Cəfərovdan 40 min manat, qardaşım oğlu Eldar Cəfərovdan 30 min manat, əmim qızı Telnaz İsgəndər qızından 20 min manat borc pul aldım. Mərhum həyat yoldaşımdan qalmış külli miqdarda qızıl-ziynət əşyalarını 80 min manata satdım.3 gün ərzində ümumilikdə 210 min manatın topladım və Fuad Məmmədova bu haqda məlumat verdim. Fuad Məmmədov isə ona bir qədər sonra zəng edərək MTN-nin binasının arxa tərəfində, sovqat verilən yerə yaxın olan yerdə gözləməyimi, orada görüşəcəyini dedi. Oğlu Vüqarla Mərkəzi Xəstəxananın yanında, MTN-nin binasının arxasında, sovqat verilən yerə yaxın gəldik. Fuad Məmmədovla əlaqə saxladıq.15 dəqiqə sonra Fuad Məmmədov mülki geyimdə gələrək pulu məndən aldı. 3-4 gün sonra isə oğlum Etibar azad olundu”.
Məhkəmədə təqsirləndirilən şəxs Mövlam Şıxəliyevin vəkili vəsatətlə çıxış edib. O, Mövlam Şıxəliyevin Akif Qurbanovla söhbəti olan səs yazısının dinlənilməsini istəyib.
Məlum olub ki, Mövlam Şıxəliyev azadlıqda olarkən restoranda Akif Qurbanovla görüşüb və həmin görüş zamanı gizli şəkildə onun səsini yazıb.
Hakim vəkilin vəsatətini təmin edib və səs yazısı məhkəmə zalında dinlənilib. Mövlam Şıxəliyevin vəkili səs yazısını müvəkkilinin zərərçəkmiş şəxs Akif Qurbanov tərəfindən şantaj yolu ilə ondan pul tələb etməsi kimi təqdim edib.
Akif Qurbanovun sözlərinə görə, iş materialları ilə də şantaj olunan tərəf özü olduğun sübut olunub: “Vəkil yalan danışır. Mövlam Şıxəliyev bu cür üsullarla MTN-dəki şantaj mövqeyini bir daha ortaya qoyur”.
Akif Qurbanov Mövlam Şıxəliyevə deyib ki, səs yazısını kəsib, məhkəmədə dinlətməklə heç nəyə nail ola bilməyəcək: “Qeyrətin varsa, səs yazısını tam olaraq məhkəməyə təqdim elə. Bura sənin üçün MTN-dəki kabinetin deyil. Sən dustaqsan, səni mən tutdurmuşam, səni türmədə mən çürədəcəyəm. Daha o quldur yuvası yoxdur, möhtərəm Prezident həmin yuvanı başınıza uçurub. Sənin başında dayan da, gəlin bizim qarşımızda sənin kimi dustaq olacaq. Səbrli ol, görəcəksən, şantajlarını da özünə saxla”.
Akif Qurbanov bildirib ki, Mövlam Şıxəliyevin ortaya saldığı adamların təşəbbüsü ilə onunla görüşüb: “Həmin görüş zamanı Mövlam Şıxəliyev məndən və Vüsal Ələkbərovdan şikayət etməməyim üçün MTN-də alınan 1 milyon manatın müqabilində 300 min manat təklif etdi. Əvvəlcə razılıq versəm də, sonradan razılaşma pozuldu”.
Akif Qurbanovun vəkili Osman Kazımov səs yazısının tam olaraq məhkəməyə təqdim olunmasını, bu səs yazısının bir neçə saatlıq söhbətdən 10 dəqiqəlik fraqment olduğunu nəzərə çatdırıb. Vəkil vəsatətində məhkəməyə təqdim olanan SD diskin fonoskopik ekspertizaya göndərilməsini istəyib.
Vəkil bildirib ki, Mövlam Şıxəliyev səs yazısını montaj etməklə özünü təmizə çıxarmaq istəyir. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı keçirib.
Qeyd olunub ki, N.Paşinyan mayın 22-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişel ilə üçtərəfli görüşü müsbət qiymətləndirib.
"Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin həlli, regional kommunikasiyaların açılması, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Baş nazir Paşinyan mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı təəssüratlarını bölüşüb, görüşün ümumilikdə müsbət keçdiyini vurğulayıb", - məlumatda deyilir.
Məlumatda vurğulanıb ki, Blinken hökumətin regionda sabitlik və sülhün bərqərar olması istiqamətində səylərini, həmçinin ölkədə demokratik islahatlar prosesini yüksək qiymətləndirib:
"Dövlət katibi ABŞ-ın Ermənistanda demokratik islahatlara, Qarabağ münaqişəsinin həllinə, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasına və regionda kommunikasiyaların açılmasına dəstəyi davam etdirməyə hazır olduğunu təsdiqləyib".
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.
Bu barədə Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumatda deyilir.
Bildirilir ki, tərəflər dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər.
Qeyd edək ki, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.
Sosial şəbəkələrdə İmişli rayonunun sabiq icra başçısı, hazırda məhkəməsi gedən Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta Hacıyevanın adına rəsmiləşdirilmiş mənzil, mülk və avtomobillərin siyahısı yayılıb.
Publika.az həmin siyahını təqdim edir:
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində (Milyonerlər Məhəlləsi) yerləşən fərdi ev (orta bazar dəyəri - 1 852 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat)
- Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili
- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat)
Qeyd edək ki, sözügedən siyahıda sosial şəbəkələrdə maraqla qarşılanıb.
Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
İstintaq orqanı tərəfindən sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib.
Hazırda iş üzrə mahkəmə prosesləri davam edir.
24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.
Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.
Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.