Serxio Ramos “Real Madrid”dən ayrıldı - RƏSMİ

0:00
0:00

Madrid “Real”ı müdafiəçi Serxio Ramosla yollarını ayırır.

Sports.ru xəbər verir ki, bu barədə klub tərəfindən məlumat yayılıb.

Məlumata əsasən, iyunun 17-də “Real”ın prezidenti Florentino Peresin iştirakıyla mətbuat konfransı keçiriləcək. Tədbirdə Ramosun gedişi barədə rəsmi məlumat veriləcək.

Qeyd edək ki, müdafiəçi 2005-ci ildən kral klubunun şərəfini qoruyur. 35 yaşlı Ramos karyerası ərzində 5 dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqası və dörd dəfə İspaniya Superkubokunun qalibi olub.  

0
75
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar