Türkiyədəki meşə yanğınları təxribatdırmı? - AÇIQLAMA

Türkiyədə son 2 gündə baş verən yanğınlarda şübhəli məqamların olduğu bildirilir.

Yeniavaz.com "Hürriyyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar danışıb:
"Bundan əvvəl də Türkiyənin müxtəlif bölgələrində müxtəlif vaxtlarda meşə yanğınları baş verib. Sonda həmin hadisələrin təxribat olduğu ortaya çıxıb. Bu yanğınlar da onlara çox bənzəyir, amma rəsmi bir izahat verilmir. Dövlət bu kimi məsələlərdə cəmiyyətdə artan qütbləşmədən narahat olaraq bunun qarşısını almağa çalışır".
Qeyd edək ki, Türkiyədə baş verən yanğınlar zamanı şübhəli bilinərək, nəzarətə götürülən şəxslər var. Həmçinin bir sıra sosial şəbəkə hesablarında da bu hadisələrin təxribat xarakterli ola biləcəyi ilə bağlı məlumatlar yayılır.
 

Mənbə:
0
109
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar