Türkiyədə 3D printer texnologiyası ilə ev inşa edildi - VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı “İSTON” (İstanbul Beton Elemanları ve Hazır Beton Fabrikaları) şirkəti 3D printer texnologiyasından istifadə edərək 4 otaqlı ev inşa edib.
Yeniavaz.com "ntv.com.tr" saytına istinadən xəbər verir ki, Türkiyədə ilk dəfə İstanbulun Tuzla bölgəsində inşa edilən ev bir həftəyə tamamlandı. Bina inşa edilərkən Türkiyənin yerli məhsulu olan 3D printer robotdan istifadə edildi.
3D printer texnologiyası ilə inşa edilən evlər ekoloji cəhətdən daha təmiz hesab edilir. Bu zaman divar və qəlib ustalarının əməyinə ehtiyac duyulmadığı üçün ənənəvi tikinti işləri ilə müqayisədə vaxt və maddi xərclər baxımından daha sərfəlidir. 3D printer texnologiyası ilə evlər inşa edilərkən iki və ya üç nəfərdən ibarət texniki qrupların olması kifayətdir.
“İSTON” təmsilçisi Ziya Gökmen Togayın qeyd etdiyinə görə, 3D printer texnologiyası ilə ev inşa edərkən burada ən önəmli məsələ bu texnologiyanın şərtlərinə cavab verən sementə sahib olmaqdır. Şirkət təmsilçisi bu minvalla 3D printer texnologiyası üçün xüsusi bir sement istehsal etdiklərini qeyd edib.

Mənbə:
0
128
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar