"Taliban" atəşkəs təklifini ləğv etdi

Eastnews.org-un verdiyi xəbərə görə, "Taliban" qruplaşmasının Əfqanıstandakı hücumları davam edərkən bir müddət əvvəl təşkilat tərəfindən verilən atəşkəs təklifinin ləğv edildiyi bildirilib.

Qurban bayramı zamanı özlərini müdafiə etmək üçün mübarizə aparacaqlarını bildirən "Taliban" sözçüsü AFP-yə verdiyi açıqalamada "Qurban bayramı zamanı müdafiə vəziyyətində olduğumuzu təsdiq edə bilərəm", - deyib.

"Taliban"ın bu açıqlaması prezident Əşrəf Qəninin "Taliban"ın "sülh üçün heç bir istək və niyyətləri olmadığını sübut etdiklərini” söyləməsindən sonra verilib.

Dünən Qəni və ətrafı bayram namazını qılarkən prezident sarayının ətrafına raketlər atılmışdı, lakin İŞİD hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.

Mənbə:
0
133
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar