• Şikayət et

Serj Sarkisyan da “Hayastan” fondundan imtina etdi

Bu gün Ermənistan Prezident sarayında “Hayastan” Ümumaməni Fondunun Himayəçilər Şurasının 31-ci iclası keçirilir.

Redaktor.az xəbər verir ki. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, iclasda prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, maliyyə naziri Tiqran Xaçatryan, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan və digərləri iştirak edir.

Fondun 2021-ci il üzrə hesabatı müzakirə olunur.

Xatırladaq ki, fondun Himayəçilik Şurasının sonuncu iclası 2021-ci ildə, noyabrın 27-də keçirilib.

Bu gün məlum olub ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Hayastan” Ümumerməni Fondunun Himayəçilər Şurasının iclasına qatılmaqdan imtina edib.

O, qurumun üzvü olmaq barədə rəsmi təkliflə razılaşmadığını bildirib. Bu barədə Ermənistan Sarkisyanın ofisi məlumat yayıb.

İyunun 24-də eks-prezident Robert Köçəryan da fondun Himayəçilik Şurasında yer almaqdan imtina edib.

Mənbə:
0
219
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar