Ruslar sentyabr ayında Donetsk vilayətinin ilhaqı ilə bağlı “referendum” keçirməyə hazırlaşırlar.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bunu Mariupol merinin müşaviri Petr Andryuşşenko deyib:
"Donetsk vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendum 2022-ci il sentyabrın 11-nə təyin edilib. İşğalçı administrasiyalar seçki komissiyalarının hazırlanması ilə bağlı göstərişlər alıb".
Qeyd edək ki,Rusiya prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərində də sentyabrın 11-də separatçı respublikaların yaradılması ilə bağlı “referendumlar” keçirməyi planlaşdırır.