• Şikayət et

Naxçıvanda şəhidlərin anım günü keçirilib

Naxçıvan şəhərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 gün davam etmiş Vətən müharibəsi şəhidlərinin anım günü keçirilib.

Mərasimdə qəhrəman oğullarımız – kapitan Aşur Bəybala oğlu Cəmiyevin, mayor Sadiq Əli oğlu Həsənovun, baş leytenant Raqib Adil oğlu Hüseynovun, baş leytenant İsmayıl Mehman oğlu Vəliyevin, baş leytenant Elnur Elsevər oğlu Zeynalovun, baş leytenant Fuad Nazim oğlu Əlizadənin, leytenant Vəli Vəli oğlu Quliyevin, İbrahim Etibar oğlu İbrahimovun və Xansu Elsevər oğlu Qurbanovun xatirələri ehtiramla yad edilib.

Anım günündə Milli Məclisin deputatı Eldar İbrahimov, Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, şəhidlərin doğmaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Naxçıvan şəhər Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət olunaraq qəbirləri üstünə əklil, gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, şəhidlərimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa olunması zamanı gedən döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunublar.

Mənbə:
0
2729
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar