• Şikayət et

Mübariz Mənsimov azərbaycanlı tələbələrə təqaüd verəcək

“Palmali” Şirkətlər Qrupu Türkiyədə oxuyan 100 azərbaycanlı tələbəni dəstəkləmək üçün təqaüd proqramına davam etdiyini elan edib.

Bu barədə holdinqdən açıqlama yayılıb.

Bildirilib ki, təqaüdlər 2022-2023-ci il tədris ilini əhatə edəcək.

Bu təqaüd proqramının əsas məqsədi hazırki bakalavr və magistratura tələbələrinə maliyyə dəstəyi göstərmək, layiq olan tələbələrin təhsillərini davam etdirməsini təşviq etməkdir.

2022-2023 tədris ilinin ümumi bölgüsü Təqaüd Komitəsi tərəfindən təqdim olunan müraciətlərin qiymətləndirilməsi əsasında müəyyən edilir.

Təqaüd üçün 100 azərbaycanlı tələbə bu meyarlarla seçiləcək:

* Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən tələbələr

* Şəhid ailəsinin üzvləri olan tələbələr

* Qarabağ müharibə veteranlarının ailəsindən olan tələbələr

* Maddi vəziyyəti çətin olan tələbələr.

“Palmali”nin yeni təqaüd proqramına qeydiyyat 2022-ci il aprel ayının 1-30 tarixləri arasında aparılacaq.

Proqramda iştirak etmək istəyən tələbələr tələb olunan sənədləri [email protected] elektron poçtuna göndərməlidirlər. Sənədlərin yoxlanmasından sonra seçilmiş 100 tələbəyə təqaüd verilməsi növbəti tədris ilində başlayacaq.

Xatırladaq ki, bu, “Palmali Holdinq” tərəfindən azərbaycanlı tələbələrə verilən ilk təqaüd proqramı deyildir

Mənbə:
0
2155
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar