Öldürülmüş Haiti prezidentinin ailəsi ölkəni tərk edib

Öldürülmüş Haiti Prezidenti Covanel Moisenin xanımı Martin Moise uşaqları ilə birlikdə ölkəni tərk edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Aiti-24" xəbər portalı məlumat yayıb. Prezidentin ailəsi ABŞ-ın Florida ştatına köçüb. Martin Moise burada həmçinin müalicəsini davam etdirəcəyi bildirilib.
Qeyd edək ki, Haiti prezidenti Covanel Moise və xanımı Martin Moise ilə birgə iyulun 7-də prezident iqamətgahında silahlı hücuma məruz qalmışdı. Prezidentin həyatını qurtarmaq mümkün olmasa da, Martin Moise vaxtında xəstəxanaya çatdırılmış və həyatı xilas edilmişdi.

 

Mənbə:
0
136
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar