İran Bağdaddakı terror aktına münasibət bildirdi

Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə İraqdakı bazarda baş verən terror aktını kəskin şəkildə qınayıb.

Xətibzadə bu vəhşi hücumun terrorçuların çirkli senarilərinin davam etməsi istiqamətində həyta keçirildiyini və bunun iraqlıların Qurban bayramını xoşagəlməz hala gətirdiyini söyləyib.

Terror hücumunda həlak olanlara Allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyən Xətibzadə İraq xalqına və hökumətinə də başsağlığı verib.

Xətibzadə İranın İraqdakı terror aktlarına qarşı Bağdad hökuməti ilə əməkdaşlıq etməyə hazır olduğunu da sözlərinə əlavə edib.

Dünən İraqın paytaxtı Bağdadda Sədr bölgəsindəki ictimai bazarda partlayış baş vermişdi.

Mənbə:
0
162
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar