• Şikayət et

Günün transfer xəbərləri: "Qalatasaray"dan yeni transfer

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"Atletiko Madrid" klubunun mətbuat xidməti: 30 yaşlı müdafiəçi Stefan Saviç (Stefan Savic) "Atletiko Madrid"lə müqaviləsini 30 iyun 2024-cü ilə qədər uzadıb

Canluka Di Martsio idman jurnalisti: Romelu Lukaku və agenti Federico Pastorello "Çelsi" ilə müqavilə bağlamaq üçün Fransadan Londona uçub.

"Football London" idman xəbəri agentliyi: "Arsenal" klubu "Şeffild Yunayted"dən 23 yaşlı qapıçı Aaron Ramsdeyli (Aaron Ramsdale) 30 milyon funt sterlinqə transfer etməyə yaxındır.

Baş tutmuş transfer xəbərləri:

 

Mateus Enrike (Mateus Enrique) (23 yaşlı braziliyalı futbolçu)

"Qremio"dan (Braziliya) "Sassuolo"ya (İtaliya) keçidi baş tutub.

Satınalma hüququ ilə 3 illik icarə əsasında oynayacaq.

Ruan Tressoldi (22 yaşlı braziliyalı futbolçu)

"Qremio"dan (Braziliya) "Sassuolo"ya (İtaliya) keçidi baş tutub.

Transfer məbləği 5 milyon avro olan futbolçu 2025-ci ilə qədər müqavilə imzalayıb.

Viktor Nelsson (Victor Nelsson) (22 yaşlı danimarkalı futbolçu)

"Kopenhagen"dən (Danimarka) "Qalatasaray" (Türkiyə) klubuna keçib.

Transfer məbləği 7 milyon avro olan futbolçu klubla 5 illik müqavilə bağlayıb.

Emin Şəmsiyev

Mənbə:
0
3746
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar