BMT baş katibi Bağdaddakı terror aktına münasibət bildirdi

Eastnews.org-un verdiyi xəbərə görə, BMT-nin baş katibi Antoniu Quterreş İraqın paytaxtı Bağdaddakı bazardakı terror aktını kəskin şəkildə qınayıb.

Baş katibin mətbuat xidməti verdiyi açıqlamada Quterreşin mülki insanları hədəf alan dəhşətli hücumu kəskin şəkildə qınadığını və qurbanlarının ailələrinə, İraq hökumətinə və xalqına başsağlığı verdiyi ifadə edilib.

Cinayəti törədənlərin ən qısa zamanda ədalətə mühakimə olunmalı olduğu qeyd edilərək, "Qurban bayramı öncəsi baş verən bu ölümcül hücum terror bəlasının sərhəd tanımadığını hamımıza xatırladır", - deyə bildirilib.

Mənbə:
0
142
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar