• Şikayət et

Bakıda güclü yanğın - Avtomobillər zərər gördü - VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərində çoxmərtəbəli binaya bitişik yarımtikilidə baş verən yanğınla bağlı açıqlama verib.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, yanğın nəticəsində 19 mərtəbəli yaşayış binasının ərazisində 10 kvadratmetr sahə yanıb:

“Eyni zamanda, sahədə məişət tullantıları, yaxınlıqda sahəsi 20 kvadratmetr olan vinil materialdan ibarət reklam lövhəsi, BMW və “Hyundai” markalı minik avtomobillərinin ön hissələri yanıb. Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər nəqliyyat vasitələri və bina yanğından mühafizə olunub. Yanğın qısa zamanda söndürülüb”.

Hadisə ilə bağlı görüntüləri oxu.az-a istinadən təqdim edirik:

 

 

Mənbə:
0
241
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar