• Şikayət et

Almaniya Livandakı hərbçilərinin qalma müddətini uzadıb

Almaniya parlamenti hərbi qulluqçuların Livanda iştirak mandatının daha bir il uzadılması barədə qərar qəbul edib. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.

Deputatların böyük əksəriyyəti alman hərbçilərinin iştirakının uzadılmasına səs verib. Beləliklə, qarşıdakı il ərzində 300-ə qədər alman əsgəri Livanda yerləşdiriləcək. Missiyanın məqsədi Livana silah qaçaqmalçılığını dayan­dırmaq və bununla da Yaxın Şərq regionunda vəziyyəti sabitləşdirməkdir.

Xatırladaq ki, Livan Yaxın Şərqin ən zəngin ölkələrindən biri olsa da, son illər ərzində ölkədə dini və etnik zəmində tez-tez münaqişə və zorakılıqlar baş verir ki, bu da Livan iqtisadiy­yatına ağır zərbə vurur.

Livan qədim samin dillərində ağ deməkdir. XVI əsrin əvvəllərindən Birinci Dünya müharibəsinin sonunadək Livan Osmanlı immperiyasının tərkibinə daxil olmuşdur. 1918-ci ilin payızında ingilis-fransız hərbi qüvvələri ölkəni işğal etmişdir. 1920-ci ildən Livan Fransanın mandatı altında olan ərazi olmuşdur.

26 may 1926-cı ildə Livan müstəqil dövlət elan edilmişdir. Lakin Fransa Livanın xarici əlaqələr və müdafiəsi üzərində nəzarət hüququnu özündə saxla­mışdır. 22 noyabr 1943-cü ildə ölkənin suverenliyini məhdudlaşdıran konstitu­siyanın bəzi maddələrinə dəyişikliklər edildikdən sonra Livan rəsmi olaraq respubli­ka elan edilmişdir.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

Mənbə:
0
1085
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar