MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində geniş məruzə ilə çıxış edib və gənc alimlərə, ziyalılara, tələbələrə çağırış səsləndirib.
Ötən il böyük şair Nizami Gəncəvinin 880 illiyi, Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar Azərbaycan və Özbəkistanda yüksək səviyyədə tədbirlərin keçirilməsi, dövlət başçılarımız tərəfindən ötən il Azərbaycanda Nizami ilinin, Özbəkistanda isə Nəvai ilinin elan edilməsinin önəmi barədə danışan Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva türk dünyası gəncliyini hər iki dahi şəxsiyyəti yaxşı öyrənməyə, onların düşüncələrinə daha çox sahiblənməyə və bütün dünyada daha geniş anlatmağa çağırıb. Bu gün dünyanın Böyük Nizami və ustad Nəvainin düşüncələrinə böyük ehtiyacı var deyən Q. Paşayeva gənclərlə bu mövzuda müzakirələrin daha da artmasının önəmini də xüsusi vurğulayıb. Daşkənd Dövlət Pedaqoji Universitetinin 1947-ci ildən böyük şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşımasının böyük məmuniyyət doğurduğunu deyən Q. Paşayeva Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinin böyük tarixi, bu istiqamətdə önəmli xidmətlər göstərmiş böyük ziyalılar barədə danışıb və hətta sovet işğalında yaşadığımız dönəmlərdə belə bu əlaqələrin dayanmadığı deyərək gənclər şair, yazar, aydın və alimlərimizin müstəqil dövlətlərimizin vətəndaşları olaraq bu istiqamətdə daha çox çalışmaq üçün böyük imkanlara malik olduqlarını xüsusi vurğulayıb. Türk dövlətləri birliyinin önəmi varədə geniş fikirlərini bölüşən Q.Paşayeva türk dövlətlərinin daha da güclənməsinin yolunun birliyimizi möhkəmləndirməkdən keçdiyini deyən Q.Paşayeva gəncləri bu birlik üçün çalışmış böyük şəxsiyyətlərin həyat yolundan örnək götürməyə çağırıb.
Qənirə Paşayeva xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. O deyib ki, Azərbaycan və özbək xalqlarının böyük oğlu, şair və tərcüməçi Maqsud Şeyxzadə ömrünün sonunadək bu universitetdə dərs deyib, özbək dramaturgiyasının inkişafına böyük töhfə verib. Yazıçının “Mirzə Uluqbəy”, “Manquberdi” dramları, “Daşkəndnamə” poeması məşhurdur.
Özbək alimlərin Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şöhrət Siracəddinov və dosenti Gülbahar Aşurovanın müəllifi olduğu və Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın önəmi barədə də danışan Q.Paşayeva müəlliflərə dərin təşəkkürünü bildirib və gəncləri, tələbələri bu kitabı oxumağa çağırıb.
Komitə sədri vurğulayıb ki, Özbəkistan 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. Komitə sədri deyib ki, işğaldan azad olunan Şuşa şəhəri bu il Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, gələn il isə Türk dünyasının mədəniyyət paytaxtı olacaq.
Universitetin rektoru, professor Abduqaffor Kırqızbayev açaraq bu ali məktəbin tarixi haqqında məlumat verib, universitetin 1947-ci ildən böyük Nizami Gəncəvinin adını daşıdığını bildirib, Azərbaycan-Özbəkistan əməkdaşlığı və ədəbi əlaqələr haqqında çıxış edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, türk dünyası bəşəriyyətə böyük alimlər, filosoflar, şairlər, yazıçılar bəxş edib və belə görkəmli mütəfəkkirlərin siyahısında Azərbaycan xalqının fəxri Nizami Gəncəvi və özbək ədəbiyyatının dahi şairi Əlişir Nəvainin adları fəxrlə çəkilir. S. Abbasov dahi mütəfəkkir şairlər Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olduğunu qeyd edərək onların irsinin öyrənilməsi, tədqiq edilməsi və yeni, sanballı mənbələrin üzə çıxarılmasının vacib olduğunu vurğulayıb. O, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şöhrət Siracəddinov və dosenti Gülbahar Aşurova tərəfindən hazırlanan monoqrafiya haqqında fikirlərini bölüşüb, Nizami irsinin təbliği və tədqiqi istiqamətində Özbəkistanda aparılan işlər haqqında məruzə edib.
Millət vəkili Müşfiq Cəfərov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğuna toxunaraq qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələrin həyata keçirilməsindən bəhs edib. O belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda reallaşmasının vacibliyini söyləyib.
Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində multikulturalizm ideyalarının ön plana çəkilməsi haqqında söhbət açıb. Kitabın əhəmiyyəti haqqında söhbət açan A.Marifli bildirib ki, Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovun imzası ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin rektoru Abduqaffor Kırqızbayev "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanına layiq görülüb. Sonra xatirə nişanı və vəsiqə rektora təqdim edilib.
Professorlar Nurbay Cabbarov, Niqina Şermuxammedova, Gəncə regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, alim Kərimulla Məmmədzadə, "Nəfəs"İB-nin sədri Firəngiz Balakişiyeva ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından, təqdim olunan kitabın əhəmiyyətindən danışıblar.
Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva və "Nəfəs" İB-nin sədri Firəngiz Balakişiyeva universitetə Qarabağ motivli əsərlər, xatirə hədiyyələri, tanınmı. rəssamımız Sakit Məmmədovun "Azərbaycan qızı və Özbəkistan qızı" əsərlərini, Azərbaycan mədəniyyətinə, tarixinə aid kitablar hədiyyə ediblər. Ziyarətdə bir qrup azərbaycanlı ziyalılar, fəal qadınlarımızı, QHT təmsilçiləri də iştirak ediblər.
Onkoloji xəstələrin və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Musavat.com xəbər verir ki, bu, “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, “Onkoloji yardım haqqında” qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var. Layihəyə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Hazırda qüvvədə olan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna (9-cu maddə) görə da əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Dəyişikliyə görə, əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Musavat.com
Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olanları təslim olmağa çağırıb. Bəyanda deyilir ki, bu gün-aprelin 17-də saat 06:00-dan (Moskva vaxtı ilə) “Azovstal”da blokadaya alınanlar bütün döyüş əməliyyatlarını dayandırmağa və canlarını xilas etmək zəmanəti ilə təslim olmağa dəvət olunurlar.
Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev belə bir qərarın “Azovstal”dakı Ukrayna qoşunlarının vəziyyəti və humanizm prinsipləri nəzərə alınaraq qəbul edildiyini bildirib. Müdafiə Nazirliyinin təklifinə əsasən, Moskva vaxtı ilə saat 05:00-dan etibarən tərəflər tərəflərin əlaqələri qurulur, saat 05:30-dan etibarən tam sükut rejimi fəaliyyətə başlayır, 06:00-dan etibarən siqnal bayraqları asılır və bütün Ukrayna silahlı qüvvələrinin çıxışı həyata keçirilir. Təslim olmaq üçün saat 13.00-a qədər vaxt verilib.
Məlumta görə, silahlılar Kiyevdən təslim olmaq üçün icazə tələb ediblər, lakin rədd cavabı alıblar. Yada salaq ki, aprelin 13-də Ukrayna Müdafiə Nazirliyinə tabe 36-cı briqadadan 1026 ukraynalı dəniz piyadası, o cümlədən 162 zabit könüllü təslim olub. Onların arasında iki ingilis muzdlu da var.
Qeyd olunur ki, Mariupolda “Azovstal” zavodunun ərazisində Ukrayna qoşunlarının bölmələri və milli batalyonlar qalır. Daha əvvəl “DXR” hökuməti başçısının müşaviri Yan Qaqin bildirmişdi ki, zavoda hücum onun altında böyük kommunikasiyaların olmasını çətinləşdirir. Bir gün əvvəl isə Ukrayna prezidenti Vladimir Zelenski Mariupolda mühasirəyə alınan əsgərlərin məhv ediləcəyi təqdirdə Ukraynanın Rusiya ilə danışıqları dayandıracağını bildirib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Ukrayna ordusunun itkilərini açıqlayıb. Rusiya tərəfinin iddiasına görə, ölənlərin sayı 23 367 nəfərdir.
Konaşenkov Ukrayna prezidenti Vladimir Zelenskinin Qərb mediasına Rusiyanın xüsusi əməliyyatı zamanı ukraynalı hərbçilərin itkilərinin 2,5-3 min nəfər təşkil etməsi ilə bağlı son açıqlamalarını “yalan” adlandırıb.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi “Ukrayna ordusunun, Milli Qvardiyanın və xarici muzdluların həqiqi itkiləri haqqında etibarlı məlumatlara malikdir”. Ukrayna prezidenti Zelenski isə bu rəqəmi Ukrayna xalqına səsləndirməkdən qorxur. Təkcə Mariupolda Ukrayna hərbi qrupunun itkiləri dörd mindən çox döyüşçü təşkil edib.
Bildirilir ki, Rusiya Donbasın sərhədlərinə çıxaraq, Mariupolu da tam ələ keçirəndən sonra müharibəni dayandırmağı düşünür. Mariupol ona görə mühümdür ki, Rusiya Ukraynanın Azov dənizinə çıxışını bağlayır və Krıma quru yolu açmış olur. Zelenski bu səbəbdən Mariupolu müharibənin ürəyi adlandırır…
Orxan ƏLİYEV,
Musavat.com
Ermənistanın Atom Elektrik Stansiyasının (AES) ikinci enerji bloku illik profilaktik təmir (PPR) üçün dayandırılıb.
“Report” xəbər verir ki, stansiyanın yeganə işləyən enerji blokunda təmir işləri 73 gün davam edəcək.
Cari ildə nüvənin qismən yüklənməsi ilə reaktorun təmiri, 4 və 5 nömrəli baş sirkulyasiya nasoslarının təmiri, 1 və 6 nömrəli əsas sirkulyasiya nasoslarının cari təmiri, 4 və 5 nömrəli buxar generatorlarının əsaslı təmiri, turbogeneratorların orta təmiri nəzərdə tutulub.
İşə yerli işçilər, o cümlədən Rusiya, Xorvatiya, Slovakiya, Çexiya və digər ölkələrdən AES sistemlərinin və avadanlıqlarının təmirində böyük təcrübəyə malik olan mütəxəssislər cəlb olunub. İkinci enerji blokunun istismara verilməsi 28 iyun 2022-ci il tarixinə planlaşdırılır.
Ermənistan AES-i İrəvandan təxminən 30 km qərbdə, Metsamor şəhəri yaxınlığında yerləşir. O, VVER-440 reaktorları olan iki enerji blokundan ibarətdir. Stansiya 1979-cu ildə istismara verilib və 1989-cu ildə Spitak zəlzələsindən sonra fəaliyyətini dayandırıb. 1995-ci ildə Rusiya mütəxəssislərinin iştirakı ilə AES yenidən işə salınıb, bundan sonra stansiyanın ikinci enerji blokunun sənaye istismarı bərpa edilib.
Atom elektrik stansiyası Ermənistanda bütün elektrik enerjisinin təxminən 40%-ni istehsal edir. 2021-ci ilin noyabrında 2 nömrəli enerji blokunun genişmiqyaslı modernləşdirilməsi üzrə işlər başa çatdırıldı ki, bu da onun istismar müddətini 2026-cı ilə qədər uzatmaq imkanı verdi.
Lakin görünən odur ki, modernləşdirmə işləri yalnız sənədlərdə göstərilir və müəyyən qurumlar üçün görünüş xətrinə edilir. Çünki, 2021-ci ildə bütün avadanlıqları yenilənən AES-in bir il ərzində köhnəlməsi inandırıcı deyil. “Metsamor” AES texniki və mənəvi cəhətdən köhnəlmiş və bütün regiona yüksək təhlükə potensialını yaradan stansiyadır.
Ermənistan təhlükəli “Metsamor” stansiyasının istismarını uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər. Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar “Metsamor” AES-in bağlanması ilə bağlı Ermənistana siyasi təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdırlar.
Bu gün Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, məsələ barədə XİN açıqlama yayıb.
Bildirilib ki, gəminin heyəti arasında iki Azərbaycan vətəndaşı olub:
“Gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb.
Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir”.
Musavat.com
Bu gün Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, məsələ barədə XİN açıqlama yayıb.
Bildirilib ki, gəminin heyəti arasında iki Azərbaycan vətəndaşı olub:
“Gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb.
Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir”.
Musavat.com
Xaçmazda xuliqanlıq edən şəxs həbs edilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə Xaçmaz şəhəri ərazisində rayon sakini Sahil Əzizov aralarında yaranmış mübahisə zamanı həmyerlisinə bıçaqla xəsarət yetirib. S.Əzizov bununla yanaşı ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ucadan nalayiq söyüşlər ifadə edib.
Hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən Sahil Əzizov Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Musavat.com
Bakı sakinini döyərək quldurluq edən şəxslər saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbərinə görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsi ərazisində 3 nəfərin xuliqanlıq zəminində qəsəbə sakini R. Süleymanovu döymələri barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Muradov, Hafiz Mustafayev və Lerik rayon sakini Mahir Əhmədov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin R. Süleymanovu döyərək 500 manat pulunu almaları da müəyyən olunub.
E. Muradov şübhəli şəxs qismində tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanılıb.
Maraqlıdır, bəs, prokurorluğun Çubaya hansı sualları ola bilər?
Orxan ƏLİYEV,
Musavat.com
"Moskva heç vaxt ATƏT-in Minsk Qrupunun həmsədrlik formatında işləməkdən imtina etməyib".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli mediaya verdiyi müsahibəsində deyib.
"Mən deməzdim ki, Rusiya bunu şübhə altına alır. Biz həmişə bu formatı dəstəkləmişik, orada fəal işləmişik və heç vaxt deməmişik ki, ondan imtina edirik. Nazirimizin (Sergey Lavrov-red.) dediyi kimi, problem bizim fransalı və amerikalı tərəfdaşlarımızın bu formatdakı mövqeyi ilə bağlıdır. Hansılar ki, indi Rusiya ilə həmsədrlik formatında işləməkdən imtina edirlər. Burada məsələ daha çox Rusiya ilə bağlı deyil", - Kopirkin söyləyib.
Səfirin sözlərinə görə, Qərb ölkələrinin bu məsələdə mövqeyi Rusiyanın iştirakı olan digər beynəlxalq formatlara yanaşmaya bənzəyir.
"Bu yanaşma əlbəttə ki, təəssüf doğurur. Çox təəssüf ki, bu halda region ölkələrinin sülh və təhlükəsizlik maraqları geosiyasi və digər ambisiyalara qurban verilir", - səfir vurğulayıb.
"Bu formatın gələcəyi varmı?" sualına isə Rusiya səfiri onun işinə mane olanlardan soruşmağı təklif edib.
Bu il 11-ci sinif şagirdlərinin imtahan nəticələri 2019-cu ilin imtahanı ilə müqayisədə müsbət mənada bir az dəyişib.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, imtahan nəticələrinin 2022-ci illə müqayisə edilməməsinin səbəbini izah edib:
“Bu il məzunlarının sayı keçən ildən 12 min çoxdur və bu il imtahanda açıq suallar daha çoxdur. Bu il keçirilən imtahanı 2019-cu ilin imtahanı ilə müqayisə olunmalıdır”.
M.Abbaszadə qeyd edib ki, bu il 150-200 bal nəticə göstərən şagirdlərin sayı keçən illə eynidir:
“Bu il 150-50 arasında bal toplayanların sayı əvvəlki illərdən çoxdur”.
Zelenski “Moskva”nın vurulmasından DANIŞDI
Azərbaycan İrəvanda gözlənilən qiyam və hərbi çevrilişə HAZIR OLMALIDIR
Paşinyandan “Qarabağ klanı”nın “sülh” planını alt-üst edən ETİRAFLAR
Kiyevə raket zərbələri endirildi
"Sülhün başlanması birbaşa Ukraynaya verilən dəstəyin miqdarından asılıdır" - Zelenski
“Heç nə ABŞ-ı Ukraynaya hərbi yardım göstərməkdən çəkindirə bilməz” - ABŞ Rusiyaya cavab verib
Zelenski Baydendən Rusiyanı terroru maliyyələşdirən ölkələr siyahısına salmağı xahiş edib
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Səhər Xəbər”də izləyə biləcəksiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com
Aprelin 15-də Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində hərbi jurnalist, “Poliqon” (“Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun (1982-2020) anadan olmasının 40-cı ildönümü münasibətilə açıq havada tədbir keçirilib.
APA xəbər verir ki, Dövlət himni səsləndirildikdən və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan edilib.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və “Poliqon” jurnalının dəstəyi ilə keçirilən tədbir çərçivəsində Rəşad Süleymanovun xatirəsinə ithaf olunan fotosərgi təqdim olunub.
Sərgidə 702 saylı briqadanın veteranı, hərbi fotoqraf Nurəhməd Vəliyevin Birinci və İkinci Qarabağ müharibələrində Füzuli rayonunda gedən döyüşləri əks etdirən fotoları nümayiş etdirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, jurnalistlər, veteranlar, dövlət və qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçılarının çıxışları, məktəblilərin vətənpərvərlik mövzusunda şeirləri dinlənilib.
Tədbirdə çıxış edən Rəşad Süleymanovun müəlliməsi Həqiqət Rzayeva mərhum şagirdinin bilik və bacarığından söz açıb, onu məktəblilərə ən bariz nümunə kimi göstərib. Çıxışın sonunda Rəşad Süleymanovun ona illər öncə yazdığı məktubu oxunub.
Xocavənd rayon prokuroru Kamran Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Rəşad Süleymanov hərbi jurnalist kimi Azərbaycanı xarici ölkələrdə keçirilən müdafiə sənayesi sərgilərində layiqincə təmsil edib: “Rəşad dövləti, bayrağı və xalqı üçün yaşadı”.
Hərbi fotoqraf Nurəhməd Vəliyev bildirib ki, Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Rəşad Süleymanovun informasiya cəbhəsində müstəsna xidmətləri olub.
Rəşad Süleymanovun hərbi jurnalist fəaliyyətindən söz açan Kürdəmir Regional Mədəniyyət İdarəsinin müdiri Faiq Xudanlı mərhumun ekspert kimi hərbi təhlillərini yüksək qiymətləndirib: “Rəşad kimi yaşamaq, onun kimi jurnalist olmaq çox çətin olduğu kimi, Rəşad kimi yaşamaq və onun kimi jurnalist olmaq da çox şərəflidir”.
Tədbirdə iştirak edən qazilər Rəşad Süleymanovun vətənpərvərliyindən danışıblar. Onun fəaliyyətinin Azərbaycanın müdafiə sənayesi üçün yüksək töhfə olduğunu bildiriblər.
Füzuli Rayon Ağsaqqallar Şurasının sədri həkim Zülfüqar Əliyev Şura adından mərhumun yaxınlarına başsağlığı verib və qeyd edib ki, Rəşad Süleymanovu qısa zamanda hərbi jurnalist kimi dünya tanıdı, qısa ömrü ilə bütövlükdə Azərbaycanın övladı oldu.
Tədbir çərçivəsində Rəşad Süleymanovun adına sinif otağının açılışı olub. Rəşad Süleymanovun keçdiyi mənalı həyat yolu və yaradıcılığından bəhs edən “Rəşad xatirələrdə” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra “Poliqon” jurnalının hazırkı baş redaktoru Zaur Babaşov həmkarı Rəşad Süleymanov ilə keçən tələbəlik illərindən, iş fəaliyyətindən, jurnalın necə ərsəyə gəlməsindən və müdafiə sənayesindəki rolundan söz açıb.
Tədbirin bədii hissəsi qiraət ustalarının çıxışları ilə davam edib.
Sonda qonaqlarla birgə Rəşad Süleymanovun qəbri ziyarət olunub, məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Bu barədə "MailOne"-da məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, "Moskva" hər biri bir ton ağırlığında olan 2 raketlə vurulub, lakin bu hücumda türk pilotsuz təyyarələrinin də rolu olub. Ukrayna Ordusu gəminin ekipajını və radar sistemini yanıltmaq üçün "Bayraktar"dan istifadə edib.
Belə ki, gəmi ekipajı diqqəti yayındırmaq üçün buraxılan Türkiyə istehsalı "Bayraktar TB2" dronunu izləyiblər və gəmiyə doğru gələn bir cüt "Neptun R360" gəmi əleyhinə raketdən xəbər tutmayıblar.
Qəfil hücum nəhəng döyüş gəmisi Odessadan 60 mil cənubda olarkən baş verib. Hər biri 1 ton ağırlığında olan raket gəmini şiddətlə silkələyib və partlayışa səbəb olub. Gəmi yanmağa başlayıb.
"Moskva"nın göyərtəsində xeyli sursatın olduğu qeyd edilib.
Musavat.com
Musavat.com bildirir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenində Azərbaycan Ordusunun Ağdərə istiqamətində irəliləməsi haqqında məlumat əksini tapıb.
Xəbəri Ermənistana və Qarabağdakı separadçı quruma aid telegram kanalları tirajlayır və təsdiqləyirlər. Bəzi məlumatlara görə, artıq Tərtər rayonunun Yarımca kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib və bu da Ağdərə istiqamətinə alverişli çıxışa şərait yaradır.
Xatırladırıq ki, Ağdərə rayonu, Yarımca və başqa kəndlər Azərbaycan ərazisidir. Azərbaycan Ordusu BMT-nin tanıdığı Azərbaycan ərazisinin sərhədi daxilindədir. Azərbaycan öz ərazisində hərbi, yaxud xüsisi əməliyyatı həyata keçirmək hüququna malikdir və bunun üçün heç bir yerdən icazə almamalıdır.
Əlavə məlumat olarsa, bildirəcəyik.
Musavat.com
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə son illər geniş miqyas alan, konkret nəticələrə yönələn sosial islahatlar, həmin islahatlardan irəli gələn müsbət trendlər bu ilin ilk rübündə də davam edib. Mühüm nailiyyətlərdən biri də sosial islahatların beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsi olub.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə cari ilin birinci rübünün yekunlarına dair keçirilən kollegiya iclasında bildirib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, “Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik”. Ölkə Prezidentinin sosial sahəyə, həssas əhali qruplarına xüsusi qayğısı, imzaladığı fərman və sərəncamlar nəticəsində 2022-ci ilin əvvəlindən Azərbaycanda yeni ciddi sosial irəliləyişlərə imkan verən növbəti islahatlar həyata keçirilib.
Qeyd olunub ki, illik maliyyə dəyəri 2,1 milyard manatdan çox olan bu yeni islahat paketi 3,4 milyon insanın rifahına dəstək olub. Həm əməkhaqlarında, həm də sosial təminat növləri üzrə ödənişlərdə yeni artımlar edilib.
Bu ilin ilk rübündə DOST Agentliyi Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülüb. Bu günlərdə isə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanıb. Dövlət Sosial Müdafiə Fondu da Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb. Bütün bunlar Prezident İlham Əliyevin tapşırıqları əsasında sosial sahədə ölkəmizdə aparılan islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini bir daha təsdiq edir.
Azərbaycan minimum pensiyanın nominal və alıcılıq qabiliyyəti indeksinə görə MDB-də birinci sıraya yüksəlib. Sosial-iqtisadi islahatlar, məşğulluq imkanlarının və əməkhaqlarının mütəmadi artımı, əmək münasibətlərində leqallaşmanın genişlənməsi nəticəsində sosial sığorta daxilolmalarında son üç ayda da artım baş verib. Bu artım 152 milyon manat və ya 17 faiz təşkil edib.
Sosial ödənişlərin hər ay vaxtlı-vaxtında həyata keçirilməsi təmin edilib. Artım dinamikası ünvanlı sosial yardımları da əhatə edib. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 21 faiz artaraq 300 manata çatıb.
Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 4 mindən çox şəxs özünüməşğulluq proqramına, 4,7 mindən çox şəxs peşə hazırlığı və peşəyönümü məsləhət tədbirlərinə cəlb edilib. 11 mindən çox şəxs münasib işlərlə təmin edilib. DOST mərkəzlərində 155 mindən çox və ümumilikdə fəaliyyət dövründə 806 mindən çox vətəndaşa xidmət göstərilib.
Şəhid ailələrinə və müharibə əlillərinə bu ilin ilk rübündə daha 200 mənzil, postmüharibə dövründə 3200, ümumilikdə cəmi 12500-dən çox mənzil və ya fərdi ev verilib. Bu il 1500 şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təminatı nəzərdə tutulub.
İclasda nazirliyin fəaliyyət sahələrində cari ilin ilk rübündə görülən işlərin nəticələri ətraflı təhlil olunub.
ABŞ-da Aya göndəriləcək kosmonavt namizədlərindən birinin azərbaycanlı olduğu məlum olub.
APA TV xəbər verir ki, o 42 yaşlı Ələkbər Tərlan oğlu Mirqədirovdur. Ələkbərin Amerikada adı Allendir.
Ələkbər Mirqədirov Bakıda doğulub və 45 saylı tam orta məktəbi bitirib. 1991-ci ildə isə ailəsilə birlikdə Amerikaya köçüb. O, ABŞ-ın bir neçə ştatında, o cümlədən Arizonada, Havayda, Koloradoda, Kaliforniyada və Merilenddə yaşayıb.
Mirqədirov San-Dieqo universitetini Aerodinamika üzrə bitirib. 10 ildir ki, ABŞ Kosmik Hərbi Qüvvələrində çalışır.
Ələkbər 2014-cü ildən həm Marsa, həm də Aya göndəriləcək kosmonavtlar siyasındadır. Həmvətənimiz Amerika Hərbi Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi alıb. O, 2010-cu ildə isə NASA-nın orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunub.[
2014-cü ildə Ələkbər (Allen) və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən təcrübə üçün seçilib. Təcrübədə Allen avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun işlək vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıb. Ümumi vəzifələrdən başqa, onun öz təcrübəsi də olub. O, uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması ilə məşğul olub.
Mirqədirovun sözlərinə görə, onun həyatına Yuri Qaqarinin həyat yolu böyük təsir edib. O, futbol, üzgüçülük və basketbol həvəskarıdır. Azərbaycan və Rusiya mətbəxini sevir.
Həmvətənmiz barədə vikipediya məlumatlarında qeyd olunur ki, onun sevimli yazılı əsərlərinə Lev Tolstoyun "Dirilmə", Daniel Defonun "Robinzon Kruzo", Aleksandr Puşkinin şeirlərinin tam külliyyatını və Molla Nəsrəddinin lətifələrindən ibarət seçmələr daxildir.
Musavat.com
Kremlin mətbuat katibi Dmitri Peskov Qara dənizdə batan “Moskva” kreyseri ilə bağlı suallara cavab verməkdən çəkinib.
APA-nın Moskva müxbiri xəbər verir ki, o, “Moskva” kreyseri ətrafında baş verənlərlə bağlı suallara cavabında deyib ki, bu məsələ hərbçilərin səlahiyyətindədir.
Qeyd edək ki, dünən Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı hesab olunan “Moskva” raket kreyseri batıb. Ukrayna tərəfi kreyseri raketlə vurduğunu açıqlayıb. Rəsmi Moskva isə bunu təkzib edərək, ilk öncə kreyserdə yanğın baş verdiyini, lakin hərbi gəminin işlək vəziyyətdə olduğunu açıqlayıb. Aprelin 14-də axşam saatlarında Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserinin yedəkdə sahilə aparılarkən dənizdə tufan şəraitində batdığı barədə məlumat yayıb.
Prezident İlham Əliyev Aygün Attarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, A.Attar Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun "Media sahəsində islahatların hüquqi əsasları" mövzusunda görüş keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Əhməd İsmayılov bildirib ki, özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərib. O, media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbə-jurnalistləri məlumatlandırıb.
Xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.
Sonra Əhməd İsmayılov “Media haqqında” Azərbaycan Respublikasının Qanununun əsas müddəalarını şərh edərək, jurnalistlər üçün əhəmiyyətini vurğulayıb. Medianın bugünki problemləri, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.
İnteraktiv formada keçirilən görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun ştat sayı” təsdiq edilib.
Musavat.com xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, İşçi qrupu Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati ərazisində yerləşdirilməklə, onun maddi texniki təminatı, maliyyə əməliyyatlarının aparılması, işçilərinin sosial müdafiəsi və kadr qeydiyyatının həyata keçirilməsi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin ediləcək.
Müəyyən edilib ki, İşçi qrupunda çalışan rəhbər və digər işçilərə iş stajına, xüsusi lazımlı işlərin yerinə yetirilməsinə görə əlavələr, maddi yardım və mükafatlar “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə” qərar ilə müəyyən edilmiş qaydada ödənilir.
İşçi qrupu üçün 1 (bir) xidməti minik avtomobili nəzərdə tutulur.
Maliyyə Nazirliyi İşçi qrupunun saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etməlidir.