Mikroavtobus “Shacman”a çırpıldı, sürücü komaya düşdü 

"Ölkə.az" APA-ya istinadən xəbər verir ki, hadisə Yevlaxın Mərkəzi Xəstəxanasının yaxınlığından keçən magistral yolda baş verib.

Kiçik tutumlu “Ford” markalı mikroavtobus “Shacman” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü, 1994-cü il təvəllüdlü Qəbələ rayon sakini Əzizli Vüsal Qüdrət oğlu ağır kəllə-beyin travması alaraq komaya düşüb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə:
0
131
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar