Türkiyə Silahlı Qüvvələri şəhid verib. Metbuat.az xəbər verir ki, “Pəncə-Kilid” əməliyyatında terrorçularla baş verən qarşıdurmada 5 əsgər şəhid olub, 2-i yaralanıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda, leytenant Abdulkadir Gülər, çavuş Onur Doğan, çavuş Hüseyin Çankaya, çavuş Bican Kapılay və müqaviləli əsgər Celal Tekederelinin Meluni dağı yaxınlığında terrorçularla qarşıdurma zamanı şəhid olduqları qeyd olunub.Sosial mediada şəhid olan əsgərlərin birlikdə çəkdirdikləri son foto paylaşılıb.
75-ci Kann Film Festivalında iranlı rejissor Əli Abbasinin “Müqəddəs hörümçək” filmi təqdim olunub. Təqdimatdan öncə filmin yaradıcı heyəti festivalın qırmızı xalçasında ənənəvi fotosessiyada iştirak edib. Bütün nəzərlər filmdə baş rolu ifa edən Zər Əmir Ebrahimiyə yönəlib.Metbuat.az Teleqraf.com-a istinadla xəbər verir ki, Cənubi Azərbaycandan olan rejissor Rza Siyami feysbuk hesabında aktrisa ilə bağlı maraqlı faktlara toxunub:
<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>“Bu xanım Zər Əmir İbrahimi (keçmişdə Zəhra) iranlı aktrisadır. 16 il öncə gənc bir qız idi. Naməlum şəxslər tərəfindən, şəxsi və xüsusi həyatından (sevişməsindən) bir video yayımlandı. İnanılmaz bir sürətlə bütün ölkəyə yayıldı. Hər disk satan onu müştəriyə təklif edirdi, xalq da böyük həyəcanla onu almağa cəhd göstərirdi. Beləliklə, sadəcə bu gənc aktrisanın sənət həyatına son qoyulmadı, onun həyatı alt-üst oldu.Qəzetlər hər gün onun intihar xəbərini yayırdı. Hər yerdə onun yataq otağının filmini kim çəkib və yayıb mövzusu müzakirə olunurdu. Xalq həyasızca videonu alıb izləyir və müzakirə edirdi.Kino həmkarları və bir çox aktrisalar “lənətə gələsə,n bizi də rüsvay etdin “ deməklə ondan üz çevirdilər. Zəhra ölkəni tərk etmək məcburiyyətində qaldı.16 ildən sonra o bu gün xaricdə yaşayan iranlı rejissor Əli Abbasinin “Müqəddəs hörümçək“ filmi ilə kino həyatına geri qayıdır. Həm də Kann Film Festivalında və onun gəncliyini məhv edən xalqın qarşısında dayanır, gülür və rəqs edir”.
Qeyd edək ki, Əli Abbasinin “Müqəddəs hörümçək” filmi festivalın əsas müsabiqə bölməsində yarışır.<iframe width="100%" height="480" src="//player.bax.tv/embed/158393.html" frame scrolling="no" allowfullscreen="">
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Metbuat.az xəbər verir ki, məktubda deyilir:<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>"Möhtərəm cənab Prezident.Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.Müstəqilliyinin bərpasından ötən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olan Azərbaycan Respublikası Zati-alinizin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmiş və regionun lider ölkəsinə çevrilmişdir.Ölkənizin, regionun və bütün Türk dünyasının tarixində yeni səhifə açan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, birliyi və bərabərliyi ilə parlaq Zəfərin qazanılması bir daha göstərdi ki, məqsədyönlü və ardıcıl siyasətiniz sayəsində Azərbaycan durmadan güclənir və inkişaf edir, beynəlxalq münasibətlər sistemində tutduğu layiqli yerini daha da möhkəmləndirir.Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istərdim ki, Türk dövlətləri arasındakı əməkdaşlıq daha da dərinləşəcək və təşkilatımız yeni-yeni uğurlara imza atacaqdır.
Bu əlamətdar gün münasibətilə yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, tərəqqi və xoşbəxtlik diləyirəm".
Azərbaycanda qadın televiziya efirinə çıxaraq ərini axtardığını deyib.ARB TV-də yayımlanan "Səni axtarıram" verilişinə gələn qadın altı aydır, yoldaşı olan Məmmədov Emil Ərşad oğlu ilə münasibətinin soyuq olduğunu və may ayının 6-dan ərinin yoxa çıxdığını deyib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Qadın ərinin rayonda mağazada işləyən qadınla birgə yoxa çıxdığını iddia edib və qeyd edib ki, onlar əvvəllər də sevgili olublar.Dörd yaşlı qız övladı olduğunu vurğulayan qadın əvvəllər yoldaşı ilə münasibətlərinin çox yaxşı olduğunu, lakin sözügedən xanımla yoldaşının münasibəti yarandığı vaxtdan əri ilə münasibətinin pozulduğunu və uşağı ilə maraqlanmadığını bildirib.Son olaraq qadın ərini boşanmaq üçün axtardığını vurğulayıb.
Daha ətraflı süjetdə:<iframe width="100%" height="480" src="//player.bax.tv/embed/158392.html" frame scrolling="no" allowfullscreen="">
"Bu, Azərbaycan Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyişdir", - paylaşımda deyilir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.Metbuat.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Müəyyən edilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Samir Məmmədov və Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Metbuat.az yeni təyin edilən nazir müavinlərinin dosyesini təqdim edir:
Samir Məmmədov
Samir Məmmədov 1974-cü ilin iyun ayının 15-də Bakı şəhərində anadan olub. O, 1993-1998-ci illərdə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.2010-2016-cı illərdə isə Şotlandiyanın Edinburq Universitetində təhsilini davam etdirib və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.
1999-2006-cı ilərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru vəzifəsində işləyib.
<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunub.
2008-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.
2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Fərid Əhmədov
Fərid Turab oğlu Əhmədov 1979-cu ilin iyul ayının 14-də Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pilləsi üzrə bitirib.
2002-2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.
2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.
2004-2006-cı illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
2007-2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb.
2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində işləyib.
2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 15 noyabr 2021-ci ildə isə "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin olunub.
Azərbaycan, rus və ingilis dillərini bilir.
Prezident İlham Əliyev Cavid Qurbanovla bağlı daha bir sərəncam imzalayıb.Metbuat.az xəbər verir ki, sərəncama əsasən, Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Metbuat.az xəbər verir ki, sərəncamda deyilir:<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>"Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Meyvə-tərəvəz piştaxtalarında yaz aylarının gəlişini müjdələyən bu meyvə qəbizlik problemini aradan qaldırır, xroniki öskürəyə qarşı savaşır, ağciyər xərçənginə qarşı bədəni qoruyur. Həmçinin ürək xəstəlikləri, xolesterol və damar tıxanmalarının qarşısını alır. Maddələr mübadilənizi sürətləndirib, sağlam çəki atmağınızı təmin edir. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script> Yaşıl möcüzə adlandırılan bu meyvə ilə bağlı daha ətraflı: 
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.Bu barədə Xarici İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumatda deyilir.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Bildirilir ki, tərəflər dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər.
Qeyd edək ki, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.
Sosial şəbəkələrdə hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən əsgərin görüntüləri yayılıb.
Metbuat.az qafqazinfo-a istinadən xəbər verir ki, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə "TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Soltanpaşa Məlikovun, həm də bizneslə məşğul olduğu bildirilir.
Xatırladaq ki, DYP-nin yaydığı məlumatda qeyd olunur ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.Hadisə ilə bağlı Müdafiə Nazirliyi də məlumat yayaraq əsgərin hərbi hissəni özbaşına tərk etdiyini və barəsində cinayət işi qaldırıldığını bildirib.Fotoda: Əziz Məlikov və Soltanpaşa Məlikov
Müğənni Kəmalə Qaramollayevanın sinə dekoltesinə görə ifası yarımçıq kəsilib.Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ARB TV-də yayımlanan "Həmin Zaur" axşam şousunda baş verib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Kəmalənin ifası zamanı pencəyin önü açıq qaldığından, müğənninin korseti ön plana çıxıb.Bu zaman verilişin aparıcısı Zaur Kamal müğənniyə "göz-qaşla" pencəyinin yaxa hissəsini bağlamağı işarə edib. Qaramollayeva isə bunu görməzdən gəlib. Nəticədə müğənninin ifası yarımçıq kəsilərək "hava məlumatı"na keçid olunub.Veriliş yayıma qayıtdıqdan sonra isə Kamalənin pencəyinin ön hissəsini bağlanmış vəziyyətdə olub.
Ətraflı süjetdə:<iframe width="100%" height="480" src="//player.bax.tv/embed/158387.html" frame scrolling="no" allowfullscreen="">
“NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması müharibə ehtimalını artırır”. Metbuat.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu belə açıqlama verib. O bildirib ki, Avropanın şərqində təhlükəsizlik problemləri ciddiləşib. Sergey Şoqyunun sözlərinə görə, NATO Avropanın şərqindəki təsirini artıraraq, bölgəyə hücum silahları yerləşdirib. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
“Rusiyanın səylərinə baxmayaraq Qərb ciddi narahatlıqları nəzərə almadı. NATO sərhədlərimizə yaxınlaşdı və müharibə ehtimalı ciddi dərəcədə artdı” - deyə Şoyqu bildirib.
Milli Məclisin deputatı Cavanşir Paşazadə Baku TV-nin suallarını cavablandırıb. 
Metbuat.az xəbər verir ki, millət vəkili bir neçə gün əvvəl Azərbaycanda özünü milyarder elan edən şəxsin olmaması ilə bağlı verdiyi açıqlamasının təfərrüatlarından danışıb. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
 O qeyd edib ki, “AZAL” kimi böyük şirkətlər özlərini milyoner, ya da milyarder elan edə bilər. Lakin yəqin ki, hələ milyardları olmadığı üçün çəkinirlər. C.Paşazadə vəzifəli şəxslərin mal-dövlətinin mənbəyinin göstərilməsi məsələsinə də aydınlıq gətirib. “Hər seçkidən qabaq millət vəkilləri mal varlığı ilə bağlı hesabat verir. Həmin hesabatda nəyim varsa, göstərilib”, - deyə deputat qeyd edib.
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Metbuat.az-a məlumat yayıb.
Bildirilib ki, onlardan ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılan şəxslər birbaşa olaraq Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirən şəxslər olublar.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Rusiya və Çinə məxsus hərbi təyyarələr Asiya-Sakit okeanı bölgəsində birgə patrul uçuşları həyata keçirib.
 Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, təyyarələr Yapon dənizi və Çin dənizinin şərqində uçublar. Məlumata görə, bu zaman Yaponiya və Cənubi Koreyaya məxsus hərbi təyyarələr də Çin və Rusiya təyyarələrinin uçuşlarını izləyib. Uçuşlar zamanı heç bir ölkənin hava sərhədi pozulmayıb. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv edib.Metbuat.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Hökumət başçısının digər qərarına əsasən isə, Nazirlər Kabinetinin “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 25 yanvar 2007-ci il tarixli qərarından dövlət rüsumu ilə bağlı müddəa çıxarılıb.
"Bu həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək. Bu da özünü həm küləyin mülayimləşməsində, həm də temperaturun tədricən yüksəlməsində və əsasən yağmursuz keçməsində göstərəcək".Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>O qeyd edib ki, bu ilin may ayı hava şəraiti ilə əlaqədar çoxtəzadlılığı ilə seçilib: "Ötən illərlə müqayisədə bu ay daha çox dəyişkən keçir, yerləşdiyimiz coğrafi mövqeyə xarakterik olmayan hava şəraiti qeydə alınır. Siklonların növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində təzyiq və temperatur kontrasları yaranıb".Onun sözlərinə görə, may ayının keçən günlərinin havasının təhlili göstərir ki, 11 gün ərzində havanın temperaturu iqlim normasından 3 dərəcəyədək aşağı olub: "Yağıntılı günlərin nisbətən çox olması keçən ilin müvafiq dövrü ilə müqayisədə çaylarda daha yüksək sululuğa səbəb olub. Bəzi yerlərdə düşən yağıntının miqdarı, məsələn Bakıda 29 faiz, Qubada 132 faiz, Şəkidə 57 faiz, Şamaxı və Lerikdə 72 faiz, Balakəndə 80 faiz, Kürdəmirdə 39 faiz iqlim normasından çox qeydə alınıb. Dağətəyi rayonlarda dolu düşüb, dağlıq rayonlarda 8 gün ərzində qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 18 sm, Qrızda 15 sm, Xınalıqda 14 sm olub”.
O bildirib ki, küləkli günlərin sayına görə birincilik həmişə Abşeron yarımadasında olub: "Lakin son zamanlar bu sanki regionlara da keçib. Belə ki, ölkə ərazisinin bəzi yerlərində mayın 24-ü günündən 17-si küləkli olub. Küləyin maksimal sürəti isə mayın 7-də 35 m/s-ə çatıb. Nisbətən sərin keçən may ayı sanki qlobal istiləşmə mənzərəsinə uyğunlaşmır. Lakin bu, aldadıcıdır. Məhz fəsilə uyğun olmayan atmosfer proseslərinin, əlverişsiz hava hadisələrinin bütün dünya üzrə daha tez-tez müşahidə edilməsi həmin iqlim dəyişmələri anlayışının təzahürüdür. Lakin təbiətdə hava qədər dəyişkən müqayisə olunası heçnə yoxdur”.