Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Marja xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər sərəncam ilə, Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Həmçinin, Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər sərəncam ilə, Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) İtaliyanın “Iveco Truck & Bus” şirkətinin Asiya bölgəsi üzrə rəhbəri Koray Kurşunoğlu, şirkətin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Roman Smirnov və digər əməkdaşları, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Az-Tex-Import” MMC-nin direktoru Samir İbadullayevlə görüş keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, görüşdə Sumqayıt Kimya Sənaye Parkında “IVECO” markalı yüngül, orta, ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
Qeyd: Bu ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilən “Az-Tex-Import” MMC Parkın ərazisində “IVECO” markalı yüngül, orta, ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsini həyata keçirəcək.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) Azərbaycan-İspaniya Ticarət Assosiasiyasının prezidenti Fərid Mustafayev, İspaniyanın “Factorenergia S.A.” şirkətinin baş icraçı direktoru Emili Rousaud Pareslə görüş keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, görüşdə İspaniya şirkətlərinin sənaye zonalarında investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
İZİA-nın İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, mövcud imkanlar, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə yaradılan sənaye parklarının iqtisadi, nəqliyyat-tranzit potensialı barədə məlumat verib, İspaniyadan olan iş adamlarını sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanmağa dəvət edib.
Qeyd edək ki, “Factorenergia S.A.” şirkəti 1999-cu ildə təsis edilib və İspaniyanın ilk müstəqil enerji satışı müəssisəsidir. Hazırda şirkət enerji xidmətlərinin göstərilməsi, günəş panellərinin və batareyalarının, təbii qaz və elektrik şarj cihazlarının istehsalı ilə məşğul olur.
"Aqroservis" ASC 50 ədəd taxılyığan kombaynın (xırdalayıcı ilə) satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, qalib şirkət "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyidir.
"Aqroservis" qalib şirkət ilə məbləği 9 milyon 500 min manat olan müqavilə imzalayıb.
Mayın 24-də Bakı Biznes Mərkəzində akademik Ziyad Səmədzadənin bu günlərdə işıq üzü görən “Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinin təqdimatı keçirilib.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
Tədbirə moderatorluq edən UNEC-in rektoru professor Ədalət Muradov “Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyini Azərbaycan iqtisad elmi üçün fundamental, dəyərli mənbə adlandırıb, yeni nəşrin əhəmiyyətindən, özəlliklərindən söz açıb.
Professor bildirib ki, müəllifin uzunillik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsi olan bu topluda Azərbaycan iqtisadiyyatının son 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir. Azərbaycan iqtisadiyyatının yüzillik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib. Müəllif Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə informasiyaları, müqayisələri həm də cədvəllər və qrafiklər əsasında oxucuya çatdırır. Beşcildlikdə zəngin arxiv materialları əsasında 400-dən artıq cədvəl və qrafik yer alıb. Bütövlükdə isə nəşrdə 1000-dən artıq mənbəyə istinad olunub. Kitabın hər bir cildi ilə tanışlıq göstərir ki, Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılması işindəki boşluğu doldurmaq üçün olduqca əhatəli və səmərəli iş aparıb. Beşçildlikdən əlavə mündəricat da nəşr edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan, analitik ruhu, faktoloji zənginliyi, aktuallığı, tarixi proseslərə obyektiv yanaşması ilə diqqəti çəkən beşcildlik Azərbaycanın sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğuracaq.
Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə bildirib ki, beşcildliyin ərsəyə gəlməsində əsas məqsəd ulu öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olub. 2001-ci il dövlət müstəqilliyimizin bərpasının 10 illiyinə həsr olunmuş mərasimdə Ümummilli Liderimiz diqqəti bir daha bu məsələyə cəlb etdi. Çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərkən ulu öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti, ötən əsrin 70-ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçilməsini şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyinin, milli maraqlarının qorunması, iqtisadiyyatın strukturunun şaxələndirilməsi, tarazlı inkişafın, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə taleyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri, qarşıya qoyduğu məqsəd və vəzifələr ən vacib metodoloji baza kimi götürülüb.
AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, Milli Məclisin deputatı Eldar İbrahimov, Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, professorlar Qorxmaz İmanov və Məhiş Əhmədov, iqtisad elmləri doktoru Qüdrət Kərimov və digər çıxış edənlər “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin işıq üzü görməsi münasibətilə müəllifi təbrik edib, kitabı müasir Azərbaycan iqtisad elminin mühüm nailiyyətlərindən biri kimi qiymətləndiriblər. Bildirilib ki, dəyərli elm adamı, iqtisadçı kimi Ziyad Səmədzadənin təqdim etdiyi, nəzərdən keçirdiyi 100 ildən çox olan bir dövrdə ölkəmizin yaşadığı sadə olmayan mərhələlərin təhlili inkişaf tariximizdə olan boşluğu doldurmağa imkan verəcək, cəmiyyətdə Azərbaycan xalqının keçdiyi yol, onun sosial-iqtisadi tərəqqisi və gələcək inkişafının əsasları barədə qərəzsiz, obyektiv təsəvvürlərin formalaşmasına kömək edəcək.
Diqqətə çatdırılıb ki, kitabın I və II cildləri Azərbaycan iqtisadiyyatının sovet dövründə - müstəqilliyimizin bərpasına qədər olan mərhələdəki inkişaf yoluna və məsələlərinə həsr edilib. İkinci cilddə XX əsrin ikinci yarısında Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında baş verən dəyişikliklər, Azərbaycan iqtisadiyyatının maddi-texniki bazasının yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi məsələlərə nəzər salınıb. Kitabın III və IV cildlərində müstəqillik illərində respublikamızda yeni iqtisadi sistemin yaradılması, yeni neft strategiyası, özəl sektorun, sahibkarlığın, əlverişli investisiya mühitinin formalaşması, Azərbaycan iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks amillər, eləcə də respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər şərh edilir. Oxucu SSRİ-nin dağılması ərəfəsində və ölkəmizin ilk müstəqillik illərində iqtisadi vəziyyətin nə dərəcədə ağır olması barədə kifayət qədər məlumatlar, sənədlərlə tanış olur. Nəşrin IV cildində bütün bunlar barədə, xüsusilə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan dövlətinin inkişaf siyasətinə sadiqlik nümayiş etdirən, müstəqilliyimizin qorunması, əbədi olması üçün müstəqil iqtisadi siyasət yürüdən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illərdə ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks məsələlər - istehsal və sosial infrastruktur problemlərinin həyata keçirilməsi, sənayeləşmə siyasəti, qeyri-neft sektorunun inkişafı və onun quruluşunun təkmilləşdirilməsi, regional siyasət, demoqrafik inkişaf və məşğulluq problemləri, ordu quruculuğu, iqtisadi təhlükəsizliyi, enerji təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, keyfiyyətli həyat səviyyəsini təmin edən amillər, icra edilən proqramlar, respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər açıqlanır.
Qeyd edilib ki, müəllif kitabın beşinci cildini Qarabağ mövzusuna həsr edib. Bu cilddə XIX əsrdən başlayaraq indiyədək Azərbaycan ərazilərində gedən proseslər Azərbaycanın bu dövrdə üzləşdiyi milli və siyasi ədalətsizliklər, torpaqlarımızın işğalı və Vətən müharibəsində qazanılan Zəfərin tariximizdəki rolu kontekstindən nəzərdən keçirilir. Bu kitab Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi, o cümlədən iqtisadi fəaliyyətin təkmilləşdirilməsi işinə böyük töhfədir. Çünki beşcildlikdə bütün bunlarla bağlı zəngin materiallar var.
SOCAR-ın Türkiyədə fəaliyyət göstərən “Star” neft emalı zavodunun Davos Dünya İqtisadi Forumunun “Global Lighthouse” şəbəkəsinə daxil edilməsi ilə bağlı mükafat Azərbaycan nümayəndə heyətinin tərkibində Forumda iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim olunub.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, mükafata görə təşəkkürünü bildirən iqtisadiyyat naziri SOCAR-ın ikinci müəssisəsinin bu mükafata layiq görülməsindən qürur duyduğunu ifadə edib.
Müşahidə Şurasının sədri deyib ki, SOCAR-ın əsas məqsədi dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, bu dəyişikliklərin önündə getməkdir.
SOCAR-ın milli şirkət olaraq strategiyasında sosial məsuliyyətə də böyük önəm verdiyini söyləyən nazir şirkətin korporativ strategiyasının Dünya İqtisadi Forumunun və “Global Lighthouse” şəbəkəsinin ideyaları ilə eynilik təşkil etməsinin məmnunluq doğurduğunu vurğulayıb.
Qeyd edək ki, “Star” neft emalı zavodu “Global Lighthouse” şəbəkəsinə müasir texnologiyaları tətbiq etməsi, bu sahəyə böyük sərmayələr yatırması və bu kimi digər önəmli amillər nəzərə alınmaqla daxil edilib.
Ən qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələrin yer aldığı bu şəbəkəyə 2019-cu ildə SOCAR-ın törəmə müəssisəsi olan “Petkim” də daxil edilib.
2022-ci il iyunun 1-dən 4-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək. Müasir zamanda enerji sahəsində mövcud tendensiyaları nəzərə alaraq, Azərbaycanda Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirdi - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.
Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunur. Bu il sərgilərdə və forumda öz iştirakını 30 ölkədən 249 şirkət iştirak edəcək. Ölkələrin arasında: ABŞ, Almaniya, Azərbaycan, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan.
Tədbirə ənənəvi olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.
Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir:
ACWA Power, bp, Equinor, Masdar, INPEX, Turkiye Petrolleri, Baker Hughes, Microsoft, PASHA Bank, TechnipFMC, Tenaris, TotalEnergies, Uniper, Azeri MI Drilling, AZFEN, Baku Steel Company, Equinor, Caspian Drilling, Caspian Marine Services Limited, Ernst & Young, Global Energy Azerbaijan Management, Tekfen.
İştirakçılar arasında Bos Shelf, Gazprombank, Equinor, Schlumberger və digər şirkətlər çıxış edəcək.
Bakı Enerji Həftəsinə yüksək rütbəli qonaqların gəlməyi gözlənilir:
Serbiya Respublikasının Baş nazirinin müavini (dağ-mədən sənayesi və energetika naziri); Moldovanın Baş nazirin müavini (infrastruktur və regional inkişaf naziri); ABŞ-ın Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini; Avropa Komissiyasının Energetika üzrə Baş İdarənin direktoru; Rumıniya, Bolqarıstan, Qazaxıstanın Energetika nazirləri; İran İslam Respublikasının neft naziri; Beynəlxalq Enerji Forumun baş katibi; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi; İtaliyanın Ekoloji keçid nazirliyinin dövlət katibinin müavini; İndoneziyanın Neft və qazın baş direktoru (Energetika və Mineral Ehtiyatlar Nazirliyi); Hindistan Respublikasının Enerji Nazirliyinin əlavə katibi; İdarə Heyətinin üzvü və İcraçı direktor (Bulgargaz EAD); TANAP Konsorsiumunun Baş direktoru.
Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramını çərcivəsində ənənəvi olaraq İkitərəfli Biznes Görüşləri (B2B) keçiriləcək. Aktual mövzuları keçiriləcək sessiyalar əhatə edəcək: “Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər”, “Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti”, Energy Talks, Energy Talks sessiyaları: "Women in power", «Bizimkilər», Müştərilər vs Təchizatçılar “Neft və Qaz bazarının tələbatında olunan təchizatçı necə olmaq olar”, “Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi”, “Neft sənayesində SƏTƏM idarəetməsi”. Həmçinin iştirakçı şirkətlərin təqdimatları da keçiriləcək.
Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisi keçiriləcək. Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.
“Xəzər Neft və Qaz” sərginin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bəri “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Sərgi yarandığı ilk günlərdən Respublika rəhbərliyinin ciddi diqqəti altındadır. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğur qazandıqları üçün sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktubları göndəriblər.
Sərgidə Almaniya, Rumıniya, Rusiya Milli pavilyonlar iştirak edəcək. Bu ilin yenilikləri arasında: bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma Memorandumları, yaşıl hidrogen və ixrac məsələləri.
Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.
Ənənəvi “Xəzər Neft və Qaz” sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən energetika sənayesinin liderlərini bir araya gətirəcək.
Bu il Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi “Caspian Power” 10 illik yubileyini qeyd edir. Ənənəvi olaraq, Beynəlxalq Xəzər Neft və Qaz sərgisi ilə eyni platformada Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan 10-cu Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji “Caspian Power” 2022 sərgisi keçiriləcək. Sərginin ekspozisiyası beynəlxalq və yerli şirkətlərinin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində ən son təkliflərini təqdim edəcək. Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Qarabağda işğaldan azad edilmiş ərazilər “yaşıl enerji” ilə təmin olunması üçün bərpa olunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanları genişlənəcəkdir.
2 – 3 İyun tarixlərində Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu keçiriləcək. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.
Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25 mövzusu daxildir. Plenar iclas “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.
Forumun proqramına aktual mövzular da daxil edilib: Rəhbər şəxslərin müzakirələri. qlobal enerji perspektivləri; Xalis sifira aparan yol; Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensiali; Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarin xəritəsi; Ekoloji və sənaye təhlükəsizliyin təmin edilməsi: yeni yanaşma və yeni texnologiyalar; Neft-kimya kompleksinin inkişaf perspektivləri: cari və gələcək layihələr; Xüsusi sessiya: “Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi” World Bankın təşəbbüsü ilə Bakı Enerji Forumunun çərçivəsində keçiriləcək.
Аzərbaycan dövlət neft və sənaye universiteti və bp eksploreyşn (kaspian si) limited şirkəti arasinda bərpa olunan enerji mənbələri üzrə ali təhsil proqraminin həyata keçirilməsi ilə bağlı çərçivə sazişi də imzalanacaq.
Tədbirin məruzəçiləri arasında: Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirləri; Moldova və Serbiyanın baş nazir müavinləri; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF); ABŞ-nın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələri; SOCAR, bp, TPAO, Equinor, Uniper, Tenaris, TotalEnergies, Masdar, ACWA Power və digər enerji sektorunun şirkət rəhbərlərinin çıxışları.
Yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər forumun proqramına daxildir.
Forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək.
Beləliklə, sərgilər və forum enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsulları görmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq.
Tədbirlərin təşkilatçıları “Iteca Caspian” və onun beynəlxalq tərəfdaşlarıdır. 2022-ci ildə sərginin tərəfdaşları arasında “Hilton Baku” mehmanxanası (rəsmi otel) yer alır. “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsidir.
Aqrar Sığorta Fondu fermerlərə müraciət edir.
Müraciətdə deyilir:
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasında məhsul təminatına dair sığorta müqavilələri üzrə sığorta hadisəsi məhsulun inkişaf dövründə baş verərsə, onun tam məhv olduğu hallar istisna olmaqla, müstəqil ekspert qiymətləndirmə apararaq sığorta hadisəsi barədə rəyini təqdim edir, idarəedici qurum isə öz növbəsində sığortalanmış məhsulun yığım dövründə zərərin dəqiq qiymətləndirilməsi və məhsuldarlığın ölçülməsi üçün biçindən əvvəl yenidən müstəqil ekspert təyin edir.
Aqrar Sığorta Fondu 43 növ bitki və məhsulu sığorta edir. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalayır. Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
2022-ci ilin yanvar-aprel ayları ərzində 107 min 552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.
4 aylıq göstəricinin 26 min 354-ü (24,5%-i) ilkin, 81 min 198-i (75,5%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ilkin qeydiyyat 13,7% artıb.
Daşınmaz əmlakın ilkin qeydiyyatı
Qeyd edilib kli, ölkə başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 4 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 14 min 197 olub.
Fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım müşahidə edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 2022-ci ilin yanvar-aprel ayları ərzində 4,2% artaraq 5 min 50 olub.
Cari ilin yanvar-aprel ayları ərzində texniki pasportun və ipoteka müqaviləsinin sayı
Cari ilin yanvar-aprel ayları ərzində 84 min 862 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artım deməkdir. 2022-ci ilin ilk 4 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 48,6% artaraq 22.101 olub.
24 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110002950 ISIN-li, 10 milyon manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 86.8990 (8.8914%) və 94.85 (7.2716%) manat olan 8 sifariş təqdim edilib.
İstiqrazların ödəmə tarixi 30 yanvar 2029-cu ildir.
Hərrac iştirakçıları 25 may 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Cənubi Koreyanın elektronika nəhəngi “Samsung Electronics” şirkəti yarımkeçiricilər, biofarmasevtiklər, süni intellekt və yeni nəsil texnologiyalar sahəsində artımı sürətləndirmək üçün növbəti 5 il ərzində 450 trilyon von (356 milyard ABŞ dolları) sərmayə qoyacaq.
Bu barədə xarici mətbuat xəbər verir.
Məlumata görə, investisiyalar şirkətin çip sənayesi kimi strateji sahələrdə uzunmüddətli böyüməsini təmin edəcək.
“Yerli çip və biotexnologiya tədarük zəncirlərinin təhlükəsizliyi strateji əhəmiyyət daşıyır və Cənubi Koreyanın iqtisadi təhlükəsizliyi üçün əhəmiyyətlidir. Odur ki, yarımkeçirici/bio təchizat zəncirinə sahib olmaq strateji əhəmiyyət kəsb edir", - deyə şirkətin açıqlamasında qeyd olunub.
“Samsung Electronics” nəzərdə tutuduğu investisiyaların 80%-ni Cənubi Koreyaya yatıracaq.
Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Sammitinin zirvə toplantısında təntənəli imzalanma mərasimi ilə türkdilli ölkələrin sığortaçılar birliklərindən ibarət Türk Dünyası Sığorta Birliyi yaradılıb.
ASA-dan Marja-ya verilən məlumata görə, Türk Dünyası Sığorta Birliyinə Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Türkmənistanın sığortaçılar assosiasiyaları üzvdür.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
Məlumatda qeyd olunur ki, dünyada ilk dəfə yaradılan belə bir Birliyin başlıca məqsədi Birliyə üzv olan türkdilli ölkələrin sığorta sektorlarının inkişafında güclərin və imkanların birləşdirilməsi, üzv ölkələrin sığorta bazarları arasında kadr, təcrübə və məlumat mübadiləsinin təmin edilməsi, eyni zamanda türk dünyası sığorta sektoru üçün vahid sığorta hovuzunun yaradılması və bazarlar arasında təkrarsığorta istiqamətlərinin formalaşdırılıb inkişaf etdirilməsindən ibarətdir.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin yaradılması fikri Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və bir təşəbbüs nəticəsində gerçəkləşib.
"İsmayıl Kredit İttifaqı" MMC-nin 31 dekabr 2021-c il tarixində bitən il üzrə maliyyə hesabatları.
“BTB Kapital İnvestisiya Şirkəti” ASC 2021-ci ili təxminən 120 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 222 min manat xlias mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2020-ci ildə “BTB Kapital İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 749 min manat ikən, 2021-ci ildə 1 milyon 112 min manata yüksəlib (363 min manat və ya 48,5% artıb).
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2021-ci ili təxminən 115 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 58 min manat xlias mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2020-ci ildə “Xalq Kapital İnvestisiya Şirkəti”nin gəlirləri (komissiya və dividend gəlirləri) 107 min manat ikən, 2021-ci ildə 115 min manata yüksəlib. Şirkətin faiz gəlirləri isə 38 min manatdan 51,6 min manata qalxıb.
Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.
O qeyd edib ki, Həcc ziyarətinin qiyməti 5 350 ABŞ dolları müəyyən olunub:
"Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”.
QMİ nümayəndəsi bildirib ki, sabahdan, mayın 25-dən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır:
“Prosesin iki həftə ərzində yekunlaşması planlaşdırılır”.
Xatırladaq ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.
Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.
Builki qiymət 2020-ci ilki müvafiq rəqəmdən 860 dollar çoxdur. Həmin vaxt Həcc ziyarətinin qiyməti 4 490 dollar müəyyən edilmiş, lakin pandemiya səbəbindən ziyarət ləğv edilmişdi.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© "Report"
“Expressbank” Bakı, Sumqayıt, Qaradağ, Xaçmaz, Qusar, Bərdə filialları üzrə pərakəndə bankçılıq üzrə universal bank işçiləri axtarır.
Namizədə tələblər:
-Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
-Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dilini bilənlərə üstünlük verilir);
-MS Office (Word, Excel) proqramları üzrə biliklər;
-Bank və ya kredit təşkilatlarında istehlak kreditləri üzrə minimum 1 il iş təcrübəsi;
-Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
-Yüksək qavrama və öyrənmə qabiliyyəti;
-Məsuliyyət, işdə dəqiqlik, ünsiyyət qurma, analitik zəka və müştəri ilə işləmə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
-ARMB-nın bankdaxili prosedur və qaydalara əsasən fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
-Mövcud müştəri bazasına uyğun bank məhsullarının və xidmət satışını həyata keçirmək;
-Fəaliyyətinə uyğun bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;
-Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətləri vermək;
-Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;
-İdarə etdiyi portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək;
-Görülmüş işlər üzrə hesabatlar vermək.
Biz sizə nələr təklif edirik:
-Tibbi sığorta;
-Bonus sisteminin mövcudluğu səbəbindən əmək haqqıdan əlavə gəlir imkanı;
-Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
-Əmək fəaliyyətinin qiymətləndirilməsi nəticəsində karyera inkişafı imkanı;
-Peşəkar korporativ mühitdə işləmə imkanı.
Müraciət etmək istəyən şəxslər qeyd edilən mail ünvanına müvafiq başlıq altında vakansiyanın adını qeyd edərək CV-ərini [email protected] mail ünvanına göndərə və ya 132 Məlumat Mərkəzinə zəng edə bilərlər.
2022-ci ilin iyun ayının 22-də saat 12:00-da "Bakelektro" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Marja.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
"Bakelektro" ASC-nin nizamnamə kapitalının səhmlərin nominal dəyərinin artırılması yolu ilə artırılması.
2. Nizamnamə kapitalının artması ilə əlaqədar Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi. Nizamnamənin yeni redaksiyada təsdiqi.
3.Digər məsələlər.
Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ev 625 ünvanında keçiriləcək.
"Bakelektro" şirkəti əsasən elektrik enerjisilə bağlı sistemlər, avadanlıqlar, kabellə və s. təklif edir.
Hazırda "Bakelektro" ASC 61 min 608 manat nizamnamə kapitalına malikdir.
"Bakelektro" ASC-nin direktoru Rzayev Emin Hüseynağa oğludur. O, "Azərenerji" dövlət şirkətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevin qardaşıdır.
2022-ci ilin iyun ayının 22-də saat 12:00-da "Bakelektro" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Marja.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
"Bakelektro" ASC-nin nizamnamə kapitalının səhmlərin nominal dəyərinin artırılması yolu ilə artırılması.
2. Nizamnamə kapitalının artması ilə əlaqədar Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi. Nizamnamənin yeni redaksiyada təsdiqi.
3.Digər məsələlər.
Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ev 625 ünvanında keçiriləcək.
"Bakelektro" şirkəti əsasən elektrik enerjisilə bağlı sistemlər, avadanlıqlar, kabellə və s. təklif edir.
"Bakelektro" 31 dekabr 2020-ci il tarixində 61 min 608 manat nizamnamə kapitalına, 13 milyon manata yaxın bölüşdürülməmiş mənfəətə malik idi.
“Bank of Baku” ASC 31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatları və Müstəqil Auditorların Rəyini rəsmi İnternet səhifəsində dərc edib.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
XALİS MƏNFƏƏTİ 2 DƏFƏDƏN ÇOX ARTIB
Marja.az audit olnmuş maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Bank of Baku” 2021-ci ili 33 milyon 284 min manat xalis mənfəət ilə bağlayıb. Bank 2020-ci ili 15 milyon 158 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Bank of Baku”nun xalis mənfəəti 2,2 dəfə artıb. 2020-ci ildə "Bank of Baku"nun ehtimal olunan kredit zərərlərinin bərpasından gəlir xaric xalis mənfəəti 5 milyon 56 min manat ikən, 2021-ci ildə 6 milyon 4 min manat təşkil edib. Ötən il “Bank of Baku”nun xalis mənfəətinin daha çox olması həm gəlirlərinin artmasından, həm də ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlirin artmasından qaynaqlanıb.
GƏLİRLƏRİ ARTIB
Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə “Bank of Baku”nun faiz gəlirləri 17,6% artaraq 62 milyon 898 min manat, haqq və komissiya gəlirləri isə 46,2% artaraq 8 milyon 694 min manat təşkil edib.
CƏMİ GƏLİRLƏRİ 100 MİLYON MANATI AŞIB
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə “Bank of Baku”nun cəmi gəlirləri 72 milyon 281 min manat, cəmi xərcləri isə 57 milyon 123 min manat təşkil etmişdi. O cümlədən, gəlirlərin 9 milyon 526 min manatını borc maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlir təşkil etmişdi.
KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB
2020-ci illə müqayisədə 2021-ci ildə “Bank of Baku”nun kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 121 milyon 594 min manat və ya 49,1% artaraq 369 milyon 185 min manata çatıb. İl ərzində Bankın cəmi aktivləri isə 100 milyon 068 min manat və ya 23,9% artaraq 519 milyon 455 min manata yüksəlib.
2020-ci illə müqayisədə 2021-ci ildə “Bank of Baku”da depozitlər (müştərilərə ödəniləcək məbləğlər) 25,3% artaraq 246 milyon 506 min manata çatıb.
“Bank of Baku”nun 31 dekabr 2021-ci il tarixinə Bakıda və digər şəhərlərdə 18 filialı (2020-ci ildə: 17) və 3 xidmət məntəqəsi (2020-ci ildə: 3 xidmət məntəqəsi) mövcud olub.
31 dekabr 2021-ci il tarixində “Bank of Baku”nun səhmdarları “NAB Holding” (35%), Hikmət İsmayılov (31.11%), “Azpetrol Neft Şirkəti” MMC (28.89%) və Elçin İsayev (5%) olub.