Mama-ginekoloq: Pandemiya ərəfəsi daha çox immunitetə bağlı ginekoloji xəstəliklərə rast gəlirirk

Ginekoloji sağlamlıq sadəcə sağlam nəsilartırma qabiliyyəti deyil, həm də qadın sağlamlığıdır. Bunun üçün də, ginekologiya sahəsi təkcə reproduktiv sistemin xəstəliklərinin müalicəsi ilə deyil, qadının hərtərəfli sağlamlığı ilə məşğul olur. Lakin qadın cinsi orqanları müxtəlif xəstəliklərə çox meylli olur. Odur ki, hər bir qadın mütəmadi ginekoloq müayinəsindən keçməlidir.

 

Aztibb.az ginekoloji sağlamlıq, hamiləliyin riskə atılmaması üçün diqqət ediləsi məqamlar, çox rastlanan ginekoloji xəstəliklər və digər bu kimi mövzularda Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Nərmin Muradova ilə müsahibəni təqdim edir.

 

Nərmin xanım, qadınlara həkim müayinəsinə hansı araqlıqda getməyi tövsiyə edirsiniz?

 

Qadınlar ildə bir dəfə, tək ginekoloji məqsədlə deyil, ümumi “check up” müayinədən mütləq keçməlidirlər. Bura bir sıra analizlər və müayinə metodları daxildir. Biz ulturasəs və adi müayinə, yəni güzgü ilə müayinə aparırırq. Bu müayinə metodunun əhəmiyyəti nədən ibarətdir? Bəzən qadınlar deyir ki, ulturasəs müayinəsindən keçdim, hər şey normaldır. Güzgü müayinəsinə isə önəm verilmir.

 

Əksər hallarda qadında daxildə, uşaqlıq boynunda hər hansı bir yara, ektropion, yaxud, uşaqlıq boynu eroziyası olur. Belə olduqda, bu kontak zamanı, yaxud adi vaxtda qanama ilə nəticələnə və ya polip ola bilər ki, çox vaxt qadın bundan xəbərsiz olur. Bəzən qadının narahtlıqla bağlı şikayəti də olmur. Baş verə biləcək bu halların qarşısını almaq üçün güzgü müayinəsi və ardınca USM aparılmalıdır.

 

COVID-19 xəstəliyinə qarşı peyvəndin hamilə qadınlar üçün effektli və təhlükəsiz olması haqqında açıqlama vermişdiniz. Bu halda hamiləliyin riskə atılmaması üçün nələrə diqqət edilməlidir?

 

Hamiləliyin əsasən son üç ayında hamilə qadın koronavirus xəstəsi olmasa belə, erkən doğum riskləri başlayır. Suyun gəlməsi, fərqli vaginal axıntılar ola bilər ki, infeksiya da bunlara qoşulduqda daha da ağırlaşmalar baş verir. Ona görə də, ilk növbədə infeksiyadan qurtulmaq üçün müayinə getməlidir. Sağaldıqdan sonra isə növbəti addımda sadəcə immuniteti güclü saxlamağa çalışılmalıdır ki, təkrar virusa yoluxma baş verməsin.

 

 

 

Azərbaycanda xüsusilə orta yaşlı qadınlar ginekoloqa müraciət etməkdə tərəddüd edirlər, odur ki, bir çox xəstəliyə qarşı tədbir görməyi gecikdirirlər. Bu vəziyyəti necə qiymətləndirirsiniz?

 

Qadınlarımız orta yaşa gəldikdə sanki özlərini unudurlar. Gündəlik ailə-məşət qayğıları səbəbindən sağlamlıq barədə düşünmək arxa plana keçir. Nə vaxt ki, xəstəlik narahat etməyə başlayır, artıq ağırlaşma mərhələsində həkimə müraciət olunur. Yaşa dolduqca qadınlarda cinsi fəaliyyətin pozulması həyat fəaliyyətinə və sağlamlığına mənfi təsir edir, bir çox xəstəliklərin yaranmasına yol açır.

 

Ginekoloji xəstəlikləri vaxtında aşkar etmək üçün hansı müasir metod və aparatlardan faydalanılır?

 

Hazırda tibdə robotik cərrahiyyəyə daha çox üstünlük verilir. Hələ ki, ölkəmizdə ginekologiyada robotik əməliyyatlar tətbiq olunmur. Daha çox laparoskopik ginekoloji əməliyyatlar aparılır.

 

Bundan əlavə, ginekologiyada uşaqlıq boynu xərçəngindən qorunmaq üçün ginekoloji yoxlanışlar sırasında PAP-test edilməsi tövsiyə edilir. Bu test vaxtında edildikdə qadınlar 4-5 il ərzində onlarda bu xəstəliyin baş vermə riskini aşmış olurlar. Çünki qadın öz xəstəliyini bilməyə bilər, aşkar edildikdə isə gec olur.  

 

Ölkəmizdə ən çox rast gəlinən və ən çox yayılmış ginekoloji xəstəliklər hansılardır?

 

Pandemiya ərəfəsi daha çox immunitetə bağlı ginekoloji xəstəliklərə rast gəlirirk. Məsələn, qadınlarda cinsiyyət orqanlarının xoşxassəli şişi olan kondiloma qadınlarda sıx rastlanır. Bildiyimiz kimi, bu virus xəstəliyinin törədicisi olan insan papilloma virusu – İPV geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı törədən virusdur.

 

Eləcə də qadınlarda müəyyən hallardan sonra tez-tez baş verən qanaxmalar çox görülən haldır. Bu da  çox vaxt peyvəndən sonra, yaxud COVID-19 xəstəliyi sonrası immunitetin düşməsi səbəbiylə baş verir.

 

    Mənbə:
    0
    45
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar