Lənkəranda "Zabitlər evi" sökülməyəcək - Binanı alan iş adamı danışdı - ÖZƏL

Ötən əsrin 50-ci illərində Lənkəran şəhərində inşa olunmuş "Zabitlər evi” hasara alınıb. Bununla əlaqədar binanin söküləcəyi və yerində yeni obyektin tikiləcəyi barədə söz söhbətlər yayılıb. Etiraz edən vətəndaşlar keçmiş SSRİ dövründə bir çox tanınmış müğənnilərin konsertlərnin keçirildiyi binanın sökülməsini məsuliyyətsiz qərar adlandırırlar. Amma binanın, adının anonim saxlanmasını istəyən yeni sahibi Anews.az-a eksklüziv açıqlamasında Lənkəran əhalisi arasında yayılan bu söz-söhbətin əsassız olduğunu bildirir. O, deyir ki, binanın əsas karkası saxlanılmaqla, içi dəyişdiriləcək və ticarət mərkəzi kimi fəaliyyət göstərəcəkdir.
"Anamın gəncliyi həmin binada keçib. O bina ilə bağlı çoxlu xatirələrim var. Binanın sökülməsindən söhbət gedə bilməz. Əksinə bina çox yararsız haldadır, əsaslı təmir olunaraq çox gözəl vəziyyətə gətiriləcək. Lahiyəmiz hazırdır. Bu yaxınlarda Lənkəran rayon İcra Hakimiyyətinə, Arxitektura Komitəsinə və FHN-ə müraciət edəcəyik. Bizə rəy verildikdən sonra təmir işlərinə başlanacaq. Artıq həmin tikilidə fəaliyyət göstərmək istəyən brend firmalarından müraciətlər almışıq”, – deyə sahibkar əlavə edib.
"Zabitlər evi”- adlanan tikili 2020-ci ilin dekabrında Lənkəran Əmlak komitəsi tərəfindən hərraca çıxarılıb və müsahibimiz tərəfindən alınıbdır. 10 ilə yaxındır ki, orada heç bir fəaliyyət yoxdur.
" Lənkəran turist zonadır. Həm görüntüsü, həm də yeməkləri ilə Azərbaycanın başqa bölgələrindən seçilir. Düşünürük ki, müasir ticarət mərkəzinin açılmasına ehtiyac var. Bu prosesdə iqtisadiyyat nazirliyi də bizə dəstək olub. Ümid edirəm ki, əhalidə yaranan tənqidi fikirlərə layihə hazır olduqdan sonra münasibət dəyişəcək”, – deyə sahibkar vurğulayır.
Sahibkarın dediklərini Lənkəran İcra hakimiyyəti və Əmlak Komitəsinin rəsmiləri də təsdiqlədi.
Gülnar Nazimqızı

Mənbə:
0
1648
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar