Kloppun əlini sıxmadı, bəhanəsi bu oldu ki... "Xoşuma gəlmir"

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Atletiko” – “Liverpul” qarşılaşmasından sonra Yurgen Klopp Dieqo Simeoneyə əlini uzatsa da, o, almanın əlini sıxmaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, “Atletiko”nun baş məşqçisi bu davranışını belə izah edib:

“Mən həmişə oyundan sonra rəqibin baş məşqçisi ilə görüşmürəm. Bu, ənənə xoşuma gəlmir.

Hesab etmirəm ki, bu, yaxşı adətdir. Hər halda mənim fikrim belədir. Amma yəqin ki, Kloppla növbəti dəfə rastlaşanda onun əlini sıxacağam”.

“Liverpul” “Atletiko”ya səfərdə qalib gəlib – 3:2.

Mənbə:
0
31
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar