İran Azərbaycana müharibə zamanı belə xəyanət edib! - SENSASİYA - VİDEO

İran 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan ordusu barədə kəşfiyyat məlumatlarını toplayıb Ermənistana ötürürmüş. Bununla bağlı siyasi analitik Turab Rzayev Öndər TV kanalımıza açıqlama verib:

İran 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan ordusu barədə kəşfiyyat məlumatlarını toplayıb  Ermənistana ötürürmüş.

Bununla bağlı siyasi analitik Turab Rzayev öz səhifəsində paylaşım edib. Azerforum.com o paylaşımı təqdim edir:

 

Dağlıq Qarabağ müharibəsində sərhəddin sıfır nöqtəsində müasir radar sistemləri və ratsiya dinləmə stansiyası quran İran, daha sonra əldə etdiyi məlumatları Erməistan ordusunun baş qərargahı ilə paylaşdığı bəlli olub.  

İran daha əvvəllər də 27 sentyabrda yenidən başlayan İkinci Qarabağ müharibəsində, Azərbaycan və Ermenistan arasında davam edən savaşda Ermənistanın tərəfini tutmuş, minlərlə tır silahı, sursatı texnikanı Ermənistana ötürmuşdü. İndi isə İranın hm də rəsmi İrəvana kəşfiyyat dəstəyi versiyi üzə çıxıb.  Belə ki, əldə edilən məlumata görə, İranın Qarabağ il sərhəddində, düz sərhəd xəttinin yanında 70-80 nəfərlik xüsusi təchiz edilmiş komanda və xüsusi texniki təchizat ezam edilib. Cəbrayıl rayonuna daxil olan Xudafərn körpüsü ərazisinin İran tərəfində baza qurulub, və bu bazada yerlşən iranlı hərbçilər PUA, dron, döyüş təyyarələri, vertolyotların hava istiqamətləri, uçuş trayektoriyasını izləyiblər. Bundan başqa həmin əraziyə yaxın döyüşən Azərbaycan hərbçilərinin ratsiya danışıqları da dinlənilib və yazılıb. Məlumatı olan mənbə bildirirki, 70-80 nəfərlik hərbçilərin çoxu texniki şəxslər olublar. Arazboyu inşa edilən müasir radar sistemləri və ratsiya dinləmə stansiyasından əldə olunan materiallar daha sonra Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahına göndərilirmiş.  

Mövzu ilə məlumat verilən İranlı mənbə də,fars rejiminin yerli Azərbaycan əhalisindən çəkindiyini göstərir. Belə ki, Tebriz vilayətinin ərazisində - sərhəd xəttində inşa edilən bazaya uzun müddət heç bir yerli əhalinin yaxınlaşmağına icazə verilməyib. Yerli məndə bildirib ki,:  “O ərazi tamamilə Türk (Azərbaycan) kənd və qəsəbələrindən ibarətdir. Ona görə də İran hərbçiləri hərbi bazanın ətrafını fövqəladə təhlükəsizlik tədbirləri ilə qorudu. ”

-Bundan başqa müharibə iştirakçısı olmiuş zabitlərin bildirdiyinəgörə,bir çox hallarda, İran Azərbaycan Ordusunun hərbi birləşmələrinin ratsiya əlaqəsinə özünün REM  (radioelektron mübarizə) texniki vasitələri ilə müdaxilə edərək, hərbi birləşmələr arasında rabitə əlaqəsini kəsməyə və ya zədələməyə çalışıb.

0
3807
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar