"Görüşdə Azərbaycan-Ermənistan sərhədlərinin rus əsgərlərinin qoruması müzakirə mövzusu ola bilər”

Noyabrın 10-da liderlərin görüşəcəyi iddiası vardı. Bu görüşü Rusiya təşkil etmək istəyirdi, Azərbaycan və Ermənistan tərəfi istəmədi. Bundan başqa son zamanlar Qərb bu iki dövlətlə pərdəarxası danışıqlar aparırdı. Bunu Rusiya bildi və qəsdən sərhədə gərginlik yaratdı. Nəticədə hər iki tərəf itikilər verdi. Sonra gərginliyi dayandırdı. Sonra Azərbaycan və Ermənistan liderlərinin Belçikada görüşəcəyi xəbəri yayıldı. Rusiya buna qarşı Soçidə təcili görüş təşkil etmək qərarına gəldi. Bunu Azerforum.com-a siyasi analitik Teymur Qasımlı noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşə münasibətində deyib. Sual ortaya çıxır Rusiya bu görüşü niyə bü günə qədər etmirdi: "Çünkü öz şərtlərini irəli sürürdü, bu şərtlər Azərbaycan maraqlarına xidmət etmirdi.Ona görə Azərbaycan tərəfi dövlət maraqları çərçivəsində Qərblə danışıqlar aparırdı. Digər tərəfdən Ermənistan tərəfinə də Rusiyanın şərtləri qane etmirdi. Ancaq sərhəddə baş verən gərginlikdən sonra Rusiyanın irəli sürdüyü şərtlərə razıyam dedi. Ancaq bu şərtlər nədir, hələki bilinmir”. Analitik onu da qeyd edib ki, Rusiya tərəfindən Soçi görüşü Belçikada olacaq görüşə qarşı təşkil olunub. Görüşdə hər hansı sənədin imzalanacağına hələ ki görsənmir: “Bunu Ermənistan baş nazirinin müavini təsdiqləyir. Düşünürəm ki, bu görüşdə Rusiyanın irəli sürdüyü şərtlər müzakirə oluna bilər. Əsirlərin Ermənistana verilməsi gündəmdə olacaq. Zəngəzur dəhlizi, sərhəd delmitasiya məsələləri müzakirə oluna bilər. Ən önəmlisi, görüşdə Azərbaycan-Ermənistan sərhədlərinin rus əsgərlərinin qoruması müzakirə mövzusu ola bilər”.

 

Nicat

Mənbə:
0
2338
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar