Fransa səfiri Belarusdan niyə qovuldu?

Fransa Belarusda baş verən hadisələrə açıq müdaxilə edir. Fransanın Belarus Prezidenti Aleksandr Lukaşenkoya yaratdığı problemi biz küçə mitinqlərindən də, etiraz aksiyalarından da görə bilərik. Bu etiraz aksiyalarında Litva, Polşa açıq iştirak edirdisə, burda görünməz əllərdən biri də Fransa idi. Belarus hakimiyyəti ölkəsinin qarışdırılmasını, küçədə etiraz aksiyalarını görmək istəmir. Fransanın Belarusdakı səfiri Nikola de Buyan de Lakostun rəsmi Minskin tələbi ilə ölkəni tərk etməsində bu amil də rol oynayır.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi, analitik Turab Rzayev deyib. Azerforum.com o şərhi təqdim edir:

Siyasi analitik T.Rzayev bildirib ki, Rusiya öz ətrafında Fransanın və ya Avropa İttifaqının bu qədər aktiv olmasını istəmir:

“Bu hadisədə Rusiyanın da əli var. Gəlin, son zamanlar baş verən hadisələrə nəzər salaq: Fransa Rusiyanın özünə “arxa bağça” saydığı bir neçə ölkədə müəyyən fəaliyyətlə məşğuldur. Təbii ki, bu, heç bir halda Rusiyanın maraqlarına cavab vermir. Fransanın Ermənistana olan təsiri, hətta az qala ölkənin birbaşa Fransa Prezidenti Makron tərəfindən idarə edilməsi, Parisin İranı öz ittifaqlarına cəlb etməsi Rusiyanı narahat edirdi. Ümumiyyətlə, Fransanın Ermənistan, İran və Gürcüstanla münasibəti və bunun nəticəsində Rusiyanı bölgədən kənarda qoyma cəhdləri rəsmi Moskvanı qıcıqlandırırdı. Böyük ehtimal ki, eyni proses Belarusda da davam etdi və buna qarşı da addım atıldı”.

Qeyd edək ki, səbəblərdən biri kimi ötən il Belarusa gələn fransız səfirin etimadnaməsini Aleksandr Lukaşenkoya təqdim etməməsi göstərilir.

0
5145
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar