Dünyanın bir nömrəli tennisçisi Tokio-2020-ni medalsız başa vurdu

Dünya tennisinin 1 nömrəsi, serbiyalı Novak Cokoviç Tokio-2020-də mübarizəni dayandırıb. 

Qaynarinfo yarışın rəsmi saytına istinadən xəbər verir ki, Olimpiadanın səkkizinci günündə Cokoviç ispaniyalı tennisçi Pablo Karreno Busta ilə qarşılaşıb.

"Ariake Tennis Park"ın mərkəzi kortunda ispan həmkarı ilə mübarizə aparan "Böyük Dəbilqə"nin 20 qat çempionu məğlub olub. Güclü rəqibi ilə görüşdə qələbə qazanan (6-4, 6-7, 6-3) Busta bürünc medala sahib çıxıb. 

Beləliklə Tokio-2020-nin favoritlərindən sayılan Cokoviç Olimpiadanı medalsız başa vurub.

Səbuhi Həsənov

Mənbə:
0
154
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar