Deputat prezidentin medal verdiyi jurnalistin hələ də həbsdə qalmasına etiraz etdi

Jurnalist Niyaz Niftiyev niyə hələ də həbsdə saxlanılır? Bu sözləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı deyib. "Dünyada cəzanın yüngülləşdirilməsi prosesi gedir. Uzun illər jurnalistika sahəsində çalışan Niyaz Niftiyev "Tərəqqi” medalı alıb, prezident ona ev hədiyyə edib, kitabların müəllifidir. "Sonra gedib bələdiyyə seçkilərinə qatılıb və Binəqədidə onu bələdiyyə sədri seçiblər. Bir həftə sonra isə 214 manat rüşvət almaqla ona məhkəmə işi açıblar. Üstündən 1 il 3 ay keçir. 1 il 3 aydır məhkəmə başa çatmayıb. Ailəsi çətin vəziyyətdədir, oğlu əsgərlikdədir, xəstə anası var. Yaxşı, məhkəmə başa çatmırsa, onu niyə həbsdə saxlayırsınız? Jurnalistdir, onun keçdiyi yola hörmət etmək lazımdır” - deyə millət vəkili qeyd edib.

Mənbə:
0
1902
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar