Daha 5 erməni hərbçisi İrəvana aparıldı - SON DƏQİQƏ - General Muradov özü

Rusiya Sülhməramlılarının keçmiş rəhbəri Rüstəm Muradov xüsusi missiya ilə Bakıda olub.

Azerforum.com xəbər verir ki, o, buradan İrəvana uçub. General Muradov İrəvana gedərkən özü ilə xüsusi "yük" də aparıb.


Məlumatımıza görə, o, təhlükəsizlik qüvvələrimiz tərəfindən tutularaq həbs edilən beş erməni hərbçisini özü ilə götürüb.
Caliber.az xəbər verir ki, söhbət Azərbaycan ordusuna və əhalisinə qarşı ağır cinayətlərdə iştirak etməyən və hazırda Azərbaycan tərəfindən məhkum edilmiş erməni əsgərlərindən gedir.

Məlumatda vurgulanır ki, Muradova təhvil verilən ermənilərin ikisi 27 may 2021 -ci ildə Kəlbəcərdə Azərbaycan ərazisinə girmək istəyərkən saxlanılan hərbçilərdir.

Heç şübhəsiz, bu aksiya Bakının daha bir humanist jestidir. Lakin əminliklə deyə bilərik ki, bunun qarşılığında Ermənistandan hansısa bir güzəşt əldə edilib.
Əlavə məlumat veriləcək.

0
3722
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar