"Chronimet" alman şirkətinə sertifikat verən firmalara şikayət edilib

Alman–Azərbaycan Mədəniyyət Mərkəzi və Kölndəki Azərbaycan Evi ölkəmizin işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayıın kütləvi şəkildə çirkləndirilməsində məsuliyyət daşıyan "Chronimet" alman şirkətinə sertifikat verən firmalara şikayət məktubu ilə müraciət edib.

Məktubda bildirilib ki, mədən sənayesində fəaliyyət göstərən "Chronimet" şirkəti ferro-titan maddəsindən istifadə edir. Oxçuçaya tökülən sənaye tullantılarında da bu maddə aşkarlanıb. Bu maddədən istifadə etmək üçün hər bir şirkət sertifikat əldə etməlidir. "Chronimet" şirkətinin malik olduğu 7-8 sertifikatın 3-ü alman mənşəlidir. Sertifikat verən firmalar "Chronimet" şirkətinə müəyyən adla sertifikat verərək bunun əsasında ətraf mühitin qorunması və ümumilikdə ekoloji qaydalara əməl edilməsi şərtini qoyur. Lakin Oxçuçayın iri miqyasda çirkləndirilməsi, ətraf mühitə, flora və faunaya, insan sağlamlığına təhlükə yaranması göstərir ki, "Chronimet" şirkəti üzərinə götürdüyü öhdəliklərə əməl etmir.

Soydaşlarımız yaranmış mövcud vəziyyətlə əlaqədar "Chronimet" şirkətinə sertifikat verən firmaların müvafiq tədbirlər görməsini tələb ediblər.

Mənbə:
0
65
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar