Təhsil İnstitutunun təşkilatçılığı ilə Təhsil Nazirliyinin maliyyələşdirdiyi “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində təlimlərə start verilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, təlimlərin məqsədi Azərbaycan Texniki Universitetinin (AzTU) akademik və inzibati heyətinin elmi-tədqiqat potensialının artırılmasıdır.

Layihə çərçivəsində 13 nəfərdən ibarət birinci qrup üçün elmi məqalənin yazılması qaydaları, elmi işlərin yazılmasında modern yanaşmalar, tədqiqat metodları və s. mövzularda təlimlər keçirilib. Təlimlər institutun Təhsildə strateji tədqiqatlar şöbəsinin əməkdaşları Könül Abaslı, Leyla Sultanlı və Heydər Rzayev, Xəzər Universitetinin əməkdaşı və müəllimi Cavid Cəfərov tərəfindən aparılıb.

Qeyd edək ki, 20 nəfərdən ibarət ikinci qrup üçün eyni təlimlər mayın 26-dan iyunun 3-dək keçiriləcək.

Danışıq bloku üzrə mövzular ümumi dil bacarıqlarını, təhsil, mədəniyyət, turizm, işlə təmin olunma, asudə vaxtın səmərəli keçirilməsi, elm, innovasiya və digər ümumi sahələri əhatə edir. Xarici dildən danışıq bloku üzrə imtahan üç mərhələdən ibarətdir.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin yutub və feysbuk səhifələrində təşkil etdiyi canlı yayımda Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib.

DİM-in şöbə müdiri qeyd edib ki, namizəd kompüterin qarşısında əyləşir, prosesi özü idarə edir, qeydiyyatdan keçir. Birinci mərhələdə şəkil təqdim olunur və onu təsvir etmək tələb edilir. Bununla bağlı internetdə kifayət qədər resurslar var. Sonra şəkildəki mövzu ilə bağlı sual tələb olunur. İkinci mərhələdə fikir, müzakirə mövzusu qoyulur. Onun lehinə və əleyhinə fikirlər təqdim edilir. Namizəd bu fikirlərdən hansını seçməsinə özü qərar verir. Üçüncü mərhələdə həmin mövzu ilə bağlı sual verilir. Danışıq blokunda namizəd 18-20 dəqiqə müddətində imtahanı vermiş olur. Namizəd vaxtının qurtarmasına nə qədər qaldığını özü izləyə bilər.

Qeyd edək ki, DİM-in bugünkü canlı yayımında doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı, iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı ilə əlaqədar ətraflı məlumat verilib.

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat mayın 29-dək davam edəcək.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-19-da keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının əməkdaşlığı ilə həyata keçirilən “Məktəbli startapçılar” layihəsi davam edir.

AzEdu.az xəbər verir ki, layihədə paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunur.

Bakı məktəblərində təhsil alan startapçılar təhsil həyatları, ideyaları, təqdim etdikləri yeniliklər və gələcək planları barədə məlumatları bizimlə bölüşürlər.

Layihə çərçivəsində növbəti qonaq “DemeterZ” startapı ilə bitkilərin yetişdirilməsi sahəsində yenilik edən Fərid Hüseynovdur.

Müsahibəni təqdim edirik:

AzEdu.az təhsil portalının nəzdində Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd dövlətin təhsil siyasətinə dəstək, dərsliklərdəki yanlışlıqların aradan qaldırılması və təhsil üçün faydalı işlər görməkdir.

Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzinin gələcək fəaliyyəti haqqında AzEdu.az Təhsil Portalının baş redaktoru Elmin Nuri Modern.az-a danışıb.

E.Nuri bildirib ki, ilk növbədə təhsil üzrə tanınmış mütəxəssislərlə, hazırda təhsil sahəsində məsul və rəhbər vəzifədə çalışan şəxslərlə, eləcə də dərslik müəllifləri olan insanlarla məsləhətləşmə aparılıb:

"Bəziləri ilə şəxsən görüşdük, bəzilərindən virtual olaraq məsləhətlər aldıq. Sonra düşündük ki, bu prosesi, ideya halında olan işi gerçəkləşdirməyə dəyər. İdeyanın təşəbbüsü AzEdu.az təhsil portalının direktoru Elşad Eyvazlıdan gəldi. Öncə qeyri-rəsmi, informasiya tərəfinin olmaması şərti ilə məşvərət-məsləhət xarakterli görüşlər keçirildi. Görüşlərdəki insanların zəruri təkliflərini və faydalı düşüncələrini aldıqdan sonra qərara gəldik ki, bu mərkəzi hərəkətə gətirmək zəruridir”.

Baş redaktorun sözlərinə görə, dərsliyin kökündə çox vacib məsələlər dayanır:

"Adətən, dərsliklərdəki problemlə bağlı danışıdıqda söyləyirik ki, hansısa çalışmada yanlışlığa yol verilib, haradasa hərf səhvi buraxılıb. Xeyr, bu dərslik xətası deyil, sadəcə, mexaniki səhvdir. Bizim əsas prinsipimiz məhz həmin məsələni bundan sonra gündəmdə saxlamaq, dövlətin təhsil siyasətinin, dərsliklərdəki vacib nöqsanların bir daha təkrarlanmamasının informasiya, vətəndaş cəmiyyəti olaraq həyata keçirilməsinə nail olmaqdır. Əsas məqsədimiz rəsmi qurumlara bu işdə yardımçı olmaq və vətəndaşları, təhsilverənləri, eləcə də təhsilalanları və onların valideynlərini bu istiqamatlərdə məlumatlandırmaqdır".

E.Nuri qeyd edib ki, ilk iş dərsliklərin ümumi monitorinqi olub:

"Nöqsanlar ümumiləşdirildi. Bundan sonrakı müddətdə əsas proses hər fənn üzrə monitorinqlərin aparılması, çatışmazlıqların üzə çıxarılması olacaq. Dərslik təhsilin əsas sütununu, bünövrəsini təşkil edir.

Bu gün dərsliyin necəliyi bizim təhsilin ümumi mənzərəsini özündə əks etidirir. Bugünkü dərslik proqramımız necədirsə, təhsilimizin də səviyyəsi elədir. Təhsil Nazirliyinin təsdiqlədiyi dərsliyin proqramı, DİM-in özünəməxsus qeyri-rəsmi proqramı ilə uyuşmadığı üçün, hətta ondan geri qaldığı üçün bizim təhsildə repetitor asılılığı öz sözünü deyir”.

Mayın 24-də Xaçmaz rayonuna mediatur təşkil edilib.

AzEdu.az xəbər verir ki, mediaturun məqsədi sözügedən rayonda icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq, eləcə də Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə bir sıra ibtidai sinif müəllimlərinin iştirakı ilə təhsilverənlərin sertifikatlaşdırılmasına dair məlumatverici görüşün təşkilidir.

Mediaturda millət vəkilləri, Təhsil Nazirliyinin əməkdaşları, blogerlər, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak edirlər.

Mediatur çərçivəsində əvvəlcə Xaçmaz rayonu Arzu qəsəbə və şəhər 5 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq olub. Qonaqlara məlumat verilib ki, Arzu qəsəbə tam orta məktəbdə icma əsaslı məktəbəqədər təhsil qrupu 2021-ci ildə yaradılıb. Qrupda 21 uşaq məşğələyə cəlb edilib. Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbdə 2020-ci ildən fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupunda isə 24 uşaq var.

Mediatur iştirakçılarının diqqətinə çatdırılıb ki, 2017-ci ildə UNİCEF tərəfindən pilot olaraq icrasına başlanılan “İcma əsaslı məktəbəqədər təhsil qrupu” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində daha da genişləndirilib.

Hazırda Təhsil İnstitutu tərəfindən icra olunan layihə ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, məktəbəqədər təhsilin inkişafı və təhsildə valideyn iştirakını təmin etməklə xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinə nail olmaq, valideyn-icma-məktəb əməkdaşlığının yaradılması, 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, məktəbəqədər təhsilin inkişafı nəticəsində ibtidai təhsilin də keyfiyyətininin artırılması məqsədini daşıyır.

2018-ci ildə 50 qrup ilə fəaliyyətə başlayan layihə çərçivəsində 2019-cu ildə qrupların sayı 321-ə, 2020-ci ildə isə 500-ə çatıb. 2021-ci ildə daha 350 yeni qrupun yaradılması ilə hazırda layihədə 850 qrup və bu qruplar üzrə 761 tərbiyəçi-müəllim fəaliyyət göstərir. 4 il ərzində layihədə iştirak edən 3-4 yaşlı uşaqların sayı 15 dəfə artıb. 2020-ci ildə artıq ölkənin 50 şəhər və rayonunda 10000 nəfər 3-4 yaşlı uşaq layihədə iştirak edib. Layihə 2021-2022-ci tədris ilində ümumilikdə 16000 uşağın məktəbəqədər təhsil almasına imkan yaradır.

Mediatur Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə bir sıra ibtidai sinif müəllimlərinin iştirakı ilə sertifikatlaşdırma ilə bağlı görüşlə davam etdirilir.

İmtahanda iştirak etmək istəyən namizədlərin bilikləri nitq fəaliyyətinin bütün növləri üzrə qiymətləndirilir.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin yutub və feysbuk səhifələri ilə bağlı təşkil etdiyi canlı yayımda Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib.

O qeyd edib ki, xarici dillər üzrə fəlsəfə doktoru imtahanı iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan-19-dək keçirilməsi planlaşdırılır.

Canlı yayımda doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı, iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı ilə əlaqədar ətraflı məlumat verilib.

Xatırladaq ki, doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat mayın 29-dək davam edəcək.

Bugünkü saata əsasən doktorantura və dissertanturaya xarici dil üzrə 710 nəfər qeydiyyatdan keçib. Fəlsəfə doktoru üzrə iddiaçıların sayı 225-dir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı ilə əlaqədar 4 nəfər qeydiyyatdan keçib.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin yutub və feysbuk səhifələri ilə bağlı təşkil etdiyi canlı yayımda Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib.

Xatırladaq ki, doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat mayın 29-dək davam edəcək.

Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin mayın 22-dən 25-dək Böyük Britaniyanın London şəhərində ənənəvi keçirilən Dünya Təhsil Forumunda iştirakı davam edir.

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın təhsil naziri forumun “Ümid etdiyimiz cəmiyyəti necə uğurla qura bilərik” mövzusunda təşkil olunmuş 7-ci plenar sessiyada çıxış edib və ölkəmizdə təhsil sahəsində həyata keçirilən fəaliyyət haqqında forum iştirakçılarını məlumatlandırıb.

Səfər çərçivəsində təhsil naziri E.Əmrullayev, həmçinin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə işgüzar görüş keçirib. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) işçi qrupu müxtəlif sahələrdə təcrübələrin araşdırılması məqsədilə akademik səfər proqramı çərçivəsində Türkiyənin Yaxın Şərq Texniki Universitetində (ODTÜ) ezamiyyətdə olub.

UNEC-dən AzEdu.az-a bildirilib ki, işçi qrupu ODTÜ Dizayn fabrikinin təcrübəsi ilə tanış olub, Mühəndislik fakültəsinin müəyyən ixtisas proqramları üzrə magistratura səviyyəsində ikili diplom proqramlarının tətbiqinin mümkünlüyü və bakalavr səviyyəsində təhsil alan UNEC tələbələrinin müəyyən fənləri ODTÜ-də dinləmələri barədə fikir mübadiləsi aparıb, Sənaye məhsulları dizayn kafedrasında tədrisin təşkilini yaxından izləyib.

Proqramın ikinci günündə isə işçi qrupu UZEM (Distant təhsil mərkəzi), Keyfiyyətin idarə olunması və Akkreditasiya, ODTÜ Tədqiqatlar koordinatorluğu tərəfindən həyata keçirilən işlərlə, İnformasiya və əməliyyatlar mərkəzində (Computer Center) işin təşkili və professor Kürşat Çağıltay tərəfindən əsası qoyulan Təhsil texnologiyaları laboratoriyasında aparılan tətbiq yönümlü tədqiqatlarla tanış olublar.

UNEC nümayəndə heyəti ODTÜ-nün rektoru professor Mustafa Verşan Kök ilə görüşüb. Tərəflər magistratura səviyyəsində mühəndislik ixtisaslarında ikili diplomların tətbiqi və bakalavr səviyyəsində UNEC tələbələrinin ODTÜ-də müəyyən fənləri dinləməsi barədə təşəbbüslərin reallaşdırılması, distant təhsil, keyfiyyətin idarə olunması və akkreditasiya, gənc müəllimlərin tədris prosesinə və akademik mühitə orientasiyasının təşkili sahələrində ODTÜ təcrübəsinin UNEC-də tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb, qeyd olunan sahələrdə əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə edilib.

Son zamanlar təhsil sahəsində müəllimlərin şagirdlərə şiddət tətbiq etməsi ilə bağlı videolar yayılır. Bu görüntülər insanlar tərəfindən birmənalı qarşılanmır.

Bəzi şəxslər cəza tədbiri olaraq həmin təhsil işçilərinin həbsinin vacibliyini vurğulayır.

Bəs müəllimlər şiddət göstərdiyi təqdirdə həbs oluna bilərmi?

AzEdu.az-a danışan vəkil Elvin Əliyev məsələnin hüquqqi tərəflərindən söz açıb:

“Nə təhsil işçiləri, nə də başqa şəxslərin kiməsə fiziki şiddət göstərməyə haqqı yoxdur. Müəllimlərin bu kimi addıma əl atması yolverilməzdir.

Təhsil işçisinin vəzifəsinə xitam verilməsi ya məhkəmə qərarı, ya da işlədiyi müəssisənin tabeliyində olduğu nazirliyin tətbiq etdiyi cəzalardan biri kimi əsaslandırıla bilər”.

Hüquqşünas şiddət göstərilən halda hansı cəzaların tətbiq edilməsini vurğulayıb:

“Əgər müəllimin əməlində cinayət və inzibati xətalar məcəlləsinin hansısa bir tərkibi yaranırsa, müxtəlif cəza mexanizmləri tətbiq edilir. Biz müxtəlif videolarda bu kimi şiddət hallarını müşahidə edirik, burada döymə faktı baş verir. Bu da inzibati xətalar məcəlləsinin 157-ci maddəsinin tərkibini yaradır, bu zaman inzibati cərimə və həbs də nəzərdə tutula bilər. Ancaq müəllimin vəzifədən kənarlaşdırılması məhkəmə qərarı və işlədiyi qurum tərəfindən tətbiq edilə bilər. Yəni, müəllim bu halda həbs oluna bilər.

Baş verən şiddət halları ilk olaraq hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Əgər müəllimlərin əməlində döymədən əlavə yetirdiyi xəsarət ciddi xarakter daşıyırsa, o zaman cinayət məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan cəzalərdən biri tətbiq edilir. Mühafizə orqanları şiddət törədən şəxsin əməlində hər hansı cinayət tərkibi aşkarladıqda, həmin məlumatı məhkəməyə göndərir. Məhkəmə bu əməli törədən şəxsi sübuta yetirdikdən sonra maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan birini tətbiq edir”.

Paytaxt məktəbində Mirzə Fətəli Axundzadənin 210 illik yubileyi və “Şuşa İli” ilə əlaqədar xeyriyyə tamaşası nümayiş olunub.

AzEdu.az xəbər verir ki, tamaşada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, şəhid anaları, qazilər, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, YUNİSEF-in əməkdaşı Məsmə Xeyrullayeva, müəllimlər və şagirdlər iştirak ediblər.

M.F.Axundzadənin "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası əsasında hazırlanan xeyriyyə tamaşası Bakı şəhəri 18 nömrəli tam orta məktəbin şagirdləri və həmin məktəbdə pedaqoji təcrübə keçən Bakı Slavyan Universitetinin tələbələrinin iştirakı ilə təşkil olunub.

Çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva gənclərin incəsənətə marağının daha da artırılması, onların ölkənin mədəni həyatında fəal iştirakının təşviq edilməsi, milli mədəniyyətimizə sahib çıxacaq gənclərin formalaşdırılması baxımından bu cür təşəbbüsləri təqdirəlayiq hal kimi qiymətləndirib.

M.Vəliyeva Azərbaycan mədəniyyətində, ədəbiyyatında, elmində, ictimai fikrində rol oynayan M.F.Axundzadənin milli mədəniyyətimizə böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Çıxış edənlər Azərbaycan ictimai fikir tarixinin çox uca zirvəsində dayanan M.F.Axundzadə kimi böyük mütəfəkkirin əsərinin şagirdlər və tələbələrin iştirakı ilə səhnələşdirilməsini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, tamaşadan əldə olunan vəsait "YAŞAT" Fonduna köçürüləcək.

Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

AzEdu.az xəbər verir ki, aşağıdakı kateqoriyadan olan abituriyentlər mayın 24-dən 31-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər:

- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il buraxılış imtahanı verən, lakin 5-25 aprel 2022-ci il tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;

- Keçən il buraxılış imtahanı (qəbul imtahanı) verən və müsabiqə şərtlərini ödəyən, lakin lakin 5-25 aprel 2022-ci il tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları.

Ərizələrin qəbulu 2022-ci il 31 may saat 23:59-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan (şəxsi kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Qeyd 1. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanı nəticələri müsabiqə şərtlərini ödəməyən abituriyentlər ərizə qəbulunda iştirak edə bilməzlər. İmtahan nəticəsi hələ elan olunmayan abituriyentlər isə qeydiyyatdan keçə bilərlər.

Qeyd 2. 5-25 aprel 2022-ci il tarixlərində ərizə təqdim etmiş abituriyentlərin yenidən qeydiyyatına ehtiyac yoxdur. Hazırki qeydiyyat vaxtında ərizə təqdim etməyənlər üçündür.

“Rusiya Boloniya təhsil sistemindən imtina etməlidir”.

AzEdu.az  xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Onun sözlərinə görə, Rusiya mütəxəssislərin hazırlanmasında öz təcrübəsindən istifadə etməyə başlamalıdır: “Hazırda bizim tələbə və müəllimlərimiz faktiki olaraq Qərbin elm və təhsil sferasından sıxışdırılır. Hesab edirəm ki, Boloniya təhsil sistemindən imtina edib, dünyanın ən yaxşı yerli təhsil modelinin təcrübəsinə qayıtmaq məqsədəuyğun olar”. (azpost.info)

Mayın 24-də Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirir.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edəcək.

Test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 ünvanında yerləşən binasında keçirilir.

İmtahanı DİM-in saytında canlı izləmək olar.

Namizədlərin sənəd qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 70 nəfər qeydiyyatdan keçib.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinə müraciətlərin qəbulu prosesi başa çatıb.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə ümumilikdə 400-ə yaxın müraciət daxil olub. Hazırda təqdim edilən materialların müsabiqənin Təşkilat Komitəsi tərəfindən təhlili aparılır. Təhlil işləri yekunlaşdıqdan sonra qaliblər elan ediləcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.

Son zamanlar təhsil sahəsində müəllimlərin şagirdlərə şiddət tətbiq etməsi ilə bağlı videolar yayılır. Bu görüntülər insanlar tərəfindən birmənalı qarşılanmır.

Bəzi şəxslər cəza tədbiri olaraq həmin təhsil işçilərinin həbsinin vacibliyini vurğulayır.

Bəs müəllimlər şiddət göstərdiyi təqdirdə həbs oluna bilərmi?

AzEdu.az-a danışan vəkil Elvin Əliyev məsələnin hüquqqi tərəflərindən söz açıb:

“Nə təhsil işçiləri, nə də başqa şəxslərin kiməsə fiziki şiddət göstərməyə haqqı yoxdur. Müəllimlərin bu kimi addıma əl atması yolverilməzdir.

Təhsil işçisinin vəzifəsinə xitam verilməsi ya məhkəmə qərarı, ya da işlədiyi müəssisənin tabeliyində olduğu nazirliyin tətbiq etdiyi cəzalardan biri kimi əsaslandırıla bilər”.

Hüquqşünas şiddət göstərilən halda hansı cəzaların tətbiq edilməsini vurğulayıb:

“Əgər müəllimin əməlində cinayət və inzibati xətalar məcəlləsinin hansısa bir tərkibi yaranırsa, müxtəlif cəza mexanizmləri tətbiq edilir. Biz müxtəlif videolarda bu kimi şiddət hallarını müşahidə edirik, burada döymə faktı baş verir. Bu da inzibati xətalar məcəlləsinin 157-ci maddəsinin tərkibini yaradır, bu zaman inzibati cərimə və həbs də nəzərdə tutula bilər. Ancaq müəllimin vəzifədən kənarlaşdırılması məhkəmə qərarı və işlədiyi qurum tərəfindən tətbiq edilə bilər. Yəni, müəllim bu halda həbs oluna bilər.

Baş verən şiddət halları ilk olaraq hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Əgər müəllimlərin əməlində döymədən əlavə yetirdiyi xəsarət ciddi xarakter daşıyırsa, o zaman cinayət məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan cəzalərdən biri tətbiq edilir. Mühafizə orqanları şiddət törədən şəxsin əməlində hər hansı cinayət tərkibi aşkarladıqda, həmin məlumatı məhkəməyə göndərir. Məhkəmə bu əməli törədən şəxsi sübuta yetirdikdən sonra maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan birini tətbiq edir”.

Yaponiyanın Azərbaycandakı səfirliyi 2022-2023-cü tədris ili üzrə Yaponiya Dövlət Təqaüd Proqramı üzrə sənəd qəbuluna başlayıb.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı üç istiqamət üzrə təklif olunur və ali təhsilin müxtəlif səviyyələrini əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix iyunun 3-ü və 10-u (proqramdan asılı olaraq) nəzərdə tutulub.

Təqaüd proqramı barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Qeyd olunan proqramlar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat 1-3 iyun tarixlərində aparılacaq

AzEdu.az xəbər verir ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etməsi üçün qeydiyyatı 1 – 3 iyun 2022-ci il tarixlərində aparılacaq.

Qabiliyyət imtahanları isə 8–17 iyun tarixlərində keçiriləcək.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Diplomu olmayan din xadimləri var və hələ də fəaliyyət göstərirlər. Onların işdən azad edilməsi mərhələli şəkildə getməlidir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib:

"Biz desək ki, sabahdan onları işdən azad etməliyik bu doğru olmaz. Bu mərhələli şəkildə həyata keçiriləcək. Bununla bağlı attestasiya nəzərdə tutulub. Mərhələli şəkildə diplomu olan din xadimlərilə əvəz olunacaq”.

modern.az