Avstraliyada tətbiq ediləcək karantin rejiminə etirazlar başladı

Nümayişçilər peyvənd və karantin əleyhinə pankartlar tutub, şüarlar səsləndiriblər

Ölkənin üç ən böyük şəhərində – Sidney, Melburn və Brisbendə minlərlə insan yenidən tətbiq ediləcək karantin rejiminə etriaz etmək üçün küçələrə çıxıb.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Avstarliyada COVID-19 ilə mübarizədə görüləcək tədbirlərin artırılması etirazlarla qarşılanıb. Karantin və peyvənd əleyhinə çıxış edən on minlərlə insan etiraz üçün küçələrə çıxıb. Ölkənin Sidney, Melburn, Brisben şəhərlərində etirazçıların izdihamı yaşanıb.

Nümayişçilər peyvənd və karantin əleyhinə pankartlar tutub, şüarlar səsləndiriblər. Paytaxt Sidneydə yan prospektlərdən şəhər mərkəzinə çatan etirazçılar polis nəzarəti ilə qarşılaşıblar. İki tərəf arasında gərginlik artıb və izdihamda sosial məsafə, maska qaydasına əməl etməyən çox sayda insan polislər tərəfindən saxlanılıb.

Əyalət polisi açıqlamasında əməliyyat zamanı çox sayda insanın nəzarətə götürüldüyünü deyib. Eyni zamanda bildirilib ki, nümayiş dağıldıqca şəhərin mərkəzindəki nəqliyyat rahatlaşacaq və şəhərin kənarlarına doğru hərəkət sürətlənəcək. İctimai nəqliyyat xidmətlərinin də çətinləşdiyi Sidneydə bəzi qatar stansiyalarının bağlı olduğu bildirilib.

Dövlət Polis Komissarının müavini maska və məsafə qaydalarına uyğun gəlməyən nümayişlərin xalq sağlamlığını ciddi şəkildə təhdid etdiyini bildirib: “Etirazçıların epidemioloji vəziyyət qaydalarına riayət etmələrini təmin etmək üçün təşkilatçılarla işləməyi planlaşdırırıq. Bu, olmazsa, Sidneyə yayılan etirazlar deyil, bir “fəlakət”olacaq”.

Ölkənin səhiyyə naziri Brad Hazzard isə bu etirazları axmaqlıq adlandırıb: “Biz demokratik ölkədə yaşayırıq və normal olaraq insanların etiraz etmək hüququnun tərəfdarıyam, amma düşünürəm ki, indiki halda bu, həqiqətən də axmaqdır”.

Oxşar etirazlar Viktoriya əyalətinin paytaxtı Melburnvə Qvinləndin mərkəzi Brisbendı də keçirilib. Hər iki etirazda da polislər əsəbi kütləni idarə etməyə çalışıb.

Mənbə:
0
144
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar