Aralıq dənizində Türkiyə-Azərbaycan-Pakistan HƏRBİ TƏLİMİ - TAP İttifaqı güclənir?!

"Türkiyə-Azərbaycan-Pakistan hərbçiləri Egey və Aralıq dənizdə hərbi təlim keçirə bilər. Burada təəccüblü bir şey yoxdur. Nəzərinizə çatdırım ki, bundan öncə hər üç ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021” beynəlxalq təlimi keçirildi. Necə ki, Türkiyə və Azərbaycan həm quruda, həm də dənizdə təlimlər keçirir, bu üç qardaş ölkənin də quruda keçirilən bu təlimləri dənizdə də keçirməsi tamamilə mümkündür.”.

Bunu Azerforum.com-a açıqlamasında siyasi analitik Turab Rzayev Türkiyə, Azərbaycan və Pakistan hərbçilərinin yaxın müddət ərzində Egey və Aralıq dənizdə baş tutacaq hərbi təlimi haqda yayılan xəbərləri şərh edərkən deyib.

Analitikin sözlərinə görə, 44 günlük vətən müharibəsində qeyd-şərtsiz bizim yanımızda olan və haqq davamıza dəstək verən Türkiyə və Pakistan ilə ittifaqımızı - mənim "TAP İttifaqı" adı verdiyim bu üçlü formatı - günü-gündən inkişaf etdirməliyik:

"Demək istərdim ki, hər üç qardaş ölkə hərbçilərinin iştirakı ilə quruda və suda keçirilən hərbi təlimlər, dövlət başçıları və ölkə rəhbərlərinin mütəmadi görüşləri artıq Türkiyə-Azərbaycan-Pakistan ittifaqının (TAP ittifaqı) bizim xəyal dünyamızdan addım-addım reallığa çevrildiyindən, prosein bu istiqamətdə inkişafından xəbər verir.  Ayrıca Türkiyə-Azərbaycan-Pakistan hərbiçilərinin yaxın müddət ərzində Egey və Aralıq dənizdə baş tutacaq hərbi təlimlərinə münasibət bildirsək, bu hərbi təlimlər ilk növbədə Türkiyənin Şərqi Aralıq Dənizi və Şinali Afrika bölgəsindəki geopolitik rəqiblərinə veriləcək açıq və ciddi mesaj olacaq. Türkiyəyə qarşı son illərdə bu bölgədə fərqli siyasi və hərbi koalisiyalar qurulur. İqtisadi böhran içində çırpınan, xarici borclarını ödəyə bilmədiyi üçün özünü müflis elan edib, suverenliyini itirən Yunanıstan bu yaxınlarda Fransadan üç milyard dollarlıq hərbi gəmi və sualtı qayıq siafişi verdi. Əslində, bu tablo özü də ssenarinin rəsmi Parisdə yazıldığını bir daha sübut edir. Fransanın bəzən açıq şəkildə dəstək verdiyi və daxil olduğu, bəzən isə altdan dəstəklədiyi bu koalisiyaya Türkiyə bu təlimlərlə sərt zərbə vuracaq.”.

Siyasi analitik onu da bildirib ki, Türkiyə, Azərbaycan və Pakistan hərbiçilərinin ortaq iştirakı ilə növbəti təlimlər Pakistanda da keçirilə bilər:
 
"Əlbəttə ki, üç qardaş ölkə arasında keçirilən hərbi təlimlərin əsas məqsədi hərbçilər arasında təcrübə mübadiləsi və hərbi əməkdaşlıq imkanlarını nəzərdən keçirmək olsa da, digər məqsədi də TAO İttifaqı ölkələrinin geopolitik rəqiblərinə açıq mesaj verməkdir. Ona görə də istər Azərbaycanda, istər Türkiyədə, istərsə də Pakistanda  keçiriləcək bir Türkiyə-Azərbaycan-Pakistan hərbi təlimləri həm də hər üç ölknin regional və qlobal rəqiblərinə açıq mesaj kimi də qiymətləndirilə bilər.”

0
4930
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar