ABŞ: “Türkiyə dünyanın nizamlanmasında bizə və NATO-ya böyük töhfələr verən çox önəmli ölkədir”


 
 
“Türkiyə dünyanın dörd bir yanında NATO-nun bir çox missiyasını yürüdən və bu missiyaya ən böyük töhfələr verən çox önəmli ölkədir”.
 
Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Senatın Xarici Əlaqələr Komitəsinin təşkilatçılığı ilə keçirilən "ABŞ-ın Türkiyə siyasəti" adlı toplantısında bir çıxış edərkən belə deyib.
 
Vaşinqtonla Ankaranın Ukrayna və Liviya kimi regional məsələlərdə, xüsusilə terrorizmlə mübarizədə sıx əməkdaşlıq etdiklərini söyləyən Nuland, Türkiyənin 4 milyon Suriyanı Əsəd rejiminin hücumlarından qoruduğuna diqqət çəkib. O vurğulayıb ki, Türkiyənin bu xidmətləri olmasa, dünya yeni bir qaçqın böhranı ilə üz-üzə qala bilərdi.
 
"3,6 milyon Suriyalı qaçqına qucaq açan Türkiyə dünyanın ən böyük qaçqın barındıran ölkəsi halına gəlib və biz bu siyasəti yürütmək üçün davamlı səylər göstərdiyinə görə Ankaraya minnətdarıq", - Nuland deyib.
 
Sözçü, Türkiyənin Əfqanıstanda yeni missiya boynuna götürmək istədiyini xatırladaraq, bunun ABŞ və NATO üçün mühüm əhəmiyyət daşıdığını ifadə edib: “ABŞ və NATO-nun Əfqanıstandakı hərbi missiyaları sona çatarkən Türkiyə Kabil hava limanında qüvvələrin saxlanılmasında maraqlı olduğunu bildirib və Vaşinqton Ankaranın bu təşəbbüsdən son dərəcə məmnundur. Bu töhfə bizim müttəfiqlərimiz və tərəfdaşlarımızın qoşunlarımızı geri çəkdikdən sonra Kabildə güclü bir diplomatik varlığımızı davam etdirməyimiz üçün həyati əhəmiyyət daşıyır", - Nuland belə deyib.
 
Nə ABŞ-ın, nə onun müttəfiqlərinin, nə də tərəfdaşlarının Əfqanıstandakı varlıqlarını Kabil hava limanının təhlükəsizliyi olmadan qoruya bilməyəcəyinə diqqət çəkən Nulanda görə, Türkiyənin həm əfqan xalqı, həm də bölgədəki digər aktyorlarla özünəməxsus əlaqəsi mövcuddur və bu səbəbdən də bölgədə uzunmüddətli qalıcı perspektivə malikdir.
 
Nuland, ABŞ ilə arasındakı bir çox problemlərə, xüsusən də S-400 məsələsinə baxmayaraq, Türkiyənin dünyanın NATO missiyalarına əhəmiyyətli töhfə verdiyini və hər iki tərəfin bu kritik missiyanı həyata keçirmək üçün çalışdıqlarını vurğulayıb. Sözçü həmçinin ABŞ-la Türkiyənin Kabil hava limanının təhlükəsizliyi və digər məsələlərdə birlikdə çalışmağa davam etdiklərini bildirib.
 
0
97
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar