ABŞ Dövlət Departamenti: İranda dinc nümayişçilərə qarşı zorakılıqları qınayırıq

ABŞ Dövlət Departamenti İranda son günlər hökumət əleyhinə keçirilən nümayişlərlə bağlı bəyanat verib.

“İranda Xuzistan vilayətində quraqlıq, pis idarəetmə və hökumətin səhlənkarlığı səbəbi ilə su çatışmazlığı ilə əlaqədar başlayan etirazlar indi Tehran, Kərəc və Təbriz də daxil olmaqla müxtəlif şəhərlərə yayılıb. İran xalqı indi yalnız qarşılanmayan ehtiyacları deyil, həm də bütün dünyada insanların haqqı olduğu insan hüquqlarına hörmət edilməsi ilə bağlı istəklərini diqqət mərkəzində saxlayır,” Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqladığı bəyanatda qeyd edilir.

Bəyanatda Birləşmiş Ştatların təhlükəsizlik qüvvələri tərəfindən etirazlarda iştirak edən dinc nümayişçilərə qarşı zorakılıqların tətbiq edilməsini qınadığı bildirilir.

“İran xalqının narazılıqlarını dilə gətirmək və hökumətlərini cavabdeh tutmaq hüququ var, lakin biz təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açması nəticəsində çox sayda insanın ölümü ilə bağlı həyəcan doğuran xəbərlərin şahidi olduq. Biz dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edilməsini qınayırıq,” Dövlət Departamenti bildirilir.

“Biz iranlıların zorakılıq və təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmaq qorxusu olmadan dinc toplaşmaq və özlərini ifadə etmək hüquqlarını dəstəkləyirik. Biz həmçinin regionda internetin yavaşladığı barədə məlumatları da izləyirik,” - deyə bəyanatda deyilir.

Bəyanatda həmçinin Birləşmiş Ştatların “İran hökumətini öz vətəndaşlarına ifadə azadlığı hüququndan istifadə etməyə və internet daxil olmaqla azad şəkildə informasiya əldə etmələrinə imkan verməyə çağırdığı” qeyd edilir.

Cebhe.info


Bizi Telegramda izləyin

Mənbə:
0
70
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar