• Şikayət et

ABŞ-da yük maşınında ölən miqrantların sayı 51 nəfərə çatıb

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində yük maşınında ölən miqrantların sayı 51 nəfərə çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Daha əvvəl sürücünün tərk etdiyi yük maşınında 46 nəfərin meyitinin tapıldığı bildirilirdi. Maşında halsız vəziyyətdə olan daha 16 nəfər xəstəxanalara aparılıb. Onlardan bir neçəsi xəstəxanada ölüb.

Yük maşınında aşkarlananların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları bildirilir.

Mənbə:
0
153
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar