“5G” şəbəkəsinin sürətli qatarda sınağı keçirilib

Yaponiyanın “East Japan Railway” dəmiryolu şirkəti “NTT Docomo” mobil rabitə operatoru ilə birlikdə beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) “Alfa-X” ekspress qatarının köməyi ilə siqnalın ötürülməsini sınaqdan keçirib. Nəticədə 500 Mbit/saniyə sürətində siqnalın qəbulu, 100 Mbit/saniyə sürətində ötürülməsinə nail olunub.

Testlər zamanı “Docomo” operatorunun infrastruktur və avadanlığı, eləcə də 360 km/saat sürətlə hərəkət edən “Alfa-X” qatarı cəlb olunub. İki baza stansiyası yolda bir-birindən 900 metr aralıda olmaqla 1-1,5 km məsafədə quraşdırılıb, kommutasiya avadanlığı isə qatarda yerləşdirilib.

Sınaqlar 4,85 QHs tezlik diapazonunda 100 MHs zolaq genişliyində aparılıb. Sınaqlar ötən ilin oktyabr-dekabrında keçirilib.

“East Japan Railway” və “Docomo” tərəfindən aparılan uğurlu testdən məlum olub ki, sistem həm yol infrastrukturunda, həm də qatarda video rejimində “4К/8К” təsvir ölçülü görüntünü dayanıqlı şəkildə ötürə bilir.

Mənbə:
0
1319
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar