“Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə 29 iyun 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndindəki “Ağıllı kənd” yaşayış massivində təşkil olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələrinin, nüfuzlu beynəlxalq təşkilatların üzvlərinin, ekspertlərin iştirakı ilə hibrid formatda keçirilən tədbirdə su ehtiyatları sahəsində davamlı inkişafın məqsəd və hədəflərinə nail olmaq üçün səylərin səfərbər edilməsi, bu məsələnin qlobal və regional həlli məqsədilə beynəlxalq səviyyədə dialoqun yaradılması, transsərhəd kontekstdə tərəfdaşlığın qurulması kimi aktual istiqamətlər müzakirə mövzusu olub. Konfransda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilən ərazilərdə ekosistemin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, ətraf mühitin monitorinqi stansiyalarının yaradılması, yaşıllıqların salınması, meşəbərpa tədbirləri, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, balıq növlərinin yetişdirilərək su hövzələrinə buraxılması sahəsində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiət obyektlərinə dəymiş ziyan, Oxçuçayın və digər su hövzələrinin Ermənistan tərəfindən vəhşicəsinə çirkləndirilməsinin davam etdirilməsi, ekoloji terrorun fəsadlarının aradan qaldırılması və bölgənin ətraf mühitinin yaxşılaşdırılması mövzuları ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
 Nazir BMT və digər beynəlxalq, regional təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin su ilə bağlı məqsəd və hədəflərinin həyata keçirilməsində bütün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Konfransda kənd təsərrüfatı nazirinin müavini İlhamə Qasımova, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Algayerova, BMT-nin Su Konvensiyasının katibi Sonja Koeppel, BMT-nin Ətraf Mühit Proqramının Avropa ofisinin direktoru Bruno Pozzi və digər rəsmilərin iştirakı ilə geniş müzakirələr aparılıb.
 Konfransın sonunda, 30 iyun tarixində Estoniyada keçiriləcək Su Konvensiyası ilə bağlı tədbirə töhfə olacaq nəticə sənədi qəbul olunub. Qeyd edək ki, Azərbaycan Respublikası 2000-ci ildə Konvensiyanı ratifikasiya edib və Konvensiyanın işində fəal iştirak edir.
 Beynəlxalq Konfrans çərçivəsində diplomatik korpus nümayəndələri “Ağıllı kənd”də yaradılan infrastrukturla tanış olublar. 
Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı araşdırma aparılır. 1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə iyunun 16-da şəhər ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda baş verib. Şəhər sakini Sənubər Baxşəliyeva ilə sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Bu zaman qadın avtobusdan yerə yıxılıb. Faktla bağlı polisə müraciət olunub və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır. "Sumqayıt Nəqliyyat-1" MMC-nin direktoru Elgiz Fərəcovun verdiyi məlumata görə, sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Hadisə zamanı xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Qeyd edək ki, sərnişin avtobusunda baş verən məlum hadisə barədə sosial şəbəkədə videogörüntülər yayılıb. <iframe allow="accelerometer;" autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="" frame height="315" src="https://www.youtube.com/embed/ZHQM2VZZecE" title="YouTube" video player" width="560"> 
1news.az
NATO İsveç və Finlandiyanı rəsmən alyansa üzv olmağa dəvət edib.
1news.az xəbər verir ki, bu barədə NATO-nun Madrid Sammitində qəbul olunan bəyannaməsində deyilir.
İyunun 29-da İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Şuşa şəhəri və Daşaltı kəndini ziyarət ediblər.  1news.az xəbər verir ki, İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha, Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti Şuşa şəhərində işğal müddətində erməni vandalizminin qurbanı olmuş Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərində aparılan bərpa və təmir işləri ilə tanış olublar. Həmçinin qonaqlar Daşaltı kəndinin turizm imkanları, burada turizm və rekreasiya zonasının yaradılması üçün mövcud potensial haqqında məlumatlandırılıblar. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu ərazilərin turizm potensialının istifadəsi üçün Agentlik tərəfindən Şuşa şəhərinin turizm inkişaf strategiyasının və Daşaltı turizm inkişaf konsepsiyasının hazırlandığını diqqətə çatdırıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov tərəfindən Şuşanın tarixi, Vətən müharibəsindən sonra aparılan yenidənqurma və bərpa işləri haqqında nümayəndələrə buradakı İslam irsinə məxsus tarixi və mədəni abidələr haqqında ətraflı informasiya verilib. Qeyd edək ki, İƏT-in Turizm Nazirlərinin Bakıda keçirilən 11-ci Konfransı çərçivəsində üzv ölkələrin turizm nazirləri, nazir müavinləri, səfirlər və turizm üzrə səlahiyyətli şəxsləri bu gün Füzuli Hava Limanında olublar. 
30 iyun saat 08:00-dan 3 iyul saat 20:00-dək Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə 1news.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib. Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. 1news.az xəbər verir ki, İran Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi: - Sizi görməyimə çox şadam. Keçən dəfə də burada - Türkmənistanda görüşmüşdük, bu dəfə də. Keçən görüşdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır. Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. Bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə. Ona görə əminəm ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək. Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir. x x x <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 İran Prezidenti Seyid İbrahim Rəisi dedi: - Mehriban və bağışlayan Allahın adı ilə. Mən də Sizinlə görüşməkdən çox məmnunam. Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər. Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var. Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər. 14:27 İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. 1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 
İntensiv yağıntıların və sel sularının Goranboy və Göygöl rayonlarında su mənbələrinə vurduğu ziyanın fəsadları aradan qaldırılır. Hazırda su mənbələrində infiltrasiya qurğusunun təmizlənməsi işləri intensiv qaydada davam etdirilir. "Azərsu" ASC-dən 1news.az-a bildirilib ki, son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Göygöl rayonlarında şəhər mərkəzlərini və bəzi kəndləri içməli su ilə təmin edən Ballıqaya, Bənövşəli və Kürəkçay mənbələrinə ciddi ziyan vurub. İyunun 22-də sel nəticəsində Qaraçay çayından gələn ağac qırıntıları, daş və lil Ballıqaya sutəmizləyici qurğusunun infiltrasiya sahəsini bərk kütlə ilə doldurub və qurğuda emal prosesi tam dayanıb. Qısa müddətdə qurğuda təmizləmə işləri aparılaraq suyun verilişi bərpa olunsa da, iyunun 25-də selin təkrarlanması emal prosesinin yenidən dayanmasına səbəb olub. Nəticədə, Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılıb. “Azərsu” ASC tərəfindən əraziyə xüsusi texnika və maşınlar cəlb olunaraq təmir-bərpa işlərinə başlanılıb. Artıq qurğunun bir hissəsi təmizlənib. Goranboy, Naftalan şəhərlərinə və Ağcakənd qəsəbəsinə, eləcə də bir sıra kəndlərə içməli suyun verilməsi qismən bərpa olunub. Sel və daşqınlar Göygöl şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən Kürəkçay və Bənövşəli mənbələrinə də ziyan vurub. Selin gətirdiyi lil və bərk maddələr qurğularda emal proseslərinin dayanmasına səbəb olub. Hazırda mənbələrdə təmir-bərpa işləri davam etdirilir. Artıq Bənövşəli mənbəyinin fəaliyyəti bərpa edilib, Kürəkçay mənbəyində isə işlər davam etdirilir. “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “Sutikinti” Müəssisəsinin, regional sukanal idarələrinin nümayəndələri su mənbələrinə baxış keçiriblər. Sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb. Əhalinin içməli suya olan tələbatını ödəmək üçün hər iki rayona sudaşıyan nəqliyyat vasitələri səfərbər olunub və mənbədə emal prosesi bərpa olunana qədər sakinlər maşınlarla daşınan su ilə təmin olunacaqlar. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub. 1news.az xəbər verir ki, dövlətimizin başçısını Aşqabadda salamlamaqdan məmnunluğunu bildirən Prezident Sərdar Berdiməhəmmədov Zirvə Toplantısına dəvəti qəbul edib iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. İlk sammitin 2002-ci ildə Aşqabadda keçirildiyini xatırladan Türkmənistan Prezidenti həmin tədbirdə uzunmüddətli perspektiv üçün əməkdaşlığın əsasının qoyulduğunu vurğuladı. Sərdar Berdiməhəmmədov 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına toxundu, Xəzər dənizində nəqliyyat, gəmiçilik, sülhün, ekoloji təhlükəsizliyin qorunması, balıqçılıq, fövqəladə hallar barədə xəbərdarlıq və onların qarşısının alınması sahələrində əməkdaşlıq barədə bir çox müqavilə üzrə işin aparıldığını dedi. Xəzər dənizinin ümumi sərvət olduğunu deyən Türkmənistanın dövlət başçısı regionda səmərəli qarşılıqlı fəaliyyətin inkişafına verdiyi şəxsi töhfəsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. x x x Dəvətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev, ilk növbədə Sərdar Berdiməhəmmədovu Türkmənistan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə şəxsən təbrik etdi, fəaliyyətində uğurlar arzuladı. Azərbaycan Prezidenti bununla bağlı Sərdar Berdiməhəmmədova məktub ünvanladığını və telefonla təbrik etdiyini məmnunluqla xatırladı. Dövlətimizin başçısı son vaxtlar Türkmənistanda əldə olunan davamlı inkişafın Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə də davam etdiriləcəyinə əminliyini bildirdi. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Zirvə Toplantısının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev 20 il əvvəl Xəzəryanı dövlətlərin sammitinin keçirilməsinin təşəbbüskarının Türkmənistanın olduğunu qeyd etdi və həmin sammitin Xəzərdə geniş və çoxtərəfli əməkdaşlığın əsasını qoyduğunu, Konvensiyanın imzalanmasının önəmini vurğuladı. Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti bugünkü Zirvə Toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirdi. Xəzərin əsrlər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Prezident İlham Əliyev regionumuzda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini bildirdi, bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğuladı. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bildirdi ki, biz bu əlaqələri yüksək qiymətləndiririk. Prezident İlham Əliyev gələcəkdə dövlətlərarası əlaqələrimizin səviyyəsini daha yüksəyə qaldırmaq üçün Prezident Sərdar Berdiməhəmmədov ilə ikitərəfli formatda da fəal işin aparılacağına əminliyini ifadə etdi. 13:05 İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub. 1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir. 
Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. 1news.az xəbər verir ki, o təşəkkürünü iyunun 29-da Aşqabadda Prezident İlham Əliyevlə görüşündə ifadə edib. Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qəbul edilməsinə və fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini, ölkəsinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına geniş nümayəndə heyəti ilə qatıldığını deyib. Bu il Azərbaycan ilə Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Qurbanqulu Berdiməhəmmədov ötən illər ərzində siyasi, iqtisadi-ticari və mədəni-humanitar sahələrdə böyük işlərin görüldüyünü vurğulayıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Türkmənistanın neytral statusunu daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Azərbaycan Prezidentinin beynəlxalq arenada qarşılıqlı hörmətə və etimada əsaslanan təşəbbüslərinə verdiyi daimi dəstəyi qeyd edib. Qurbanqulu Berdiməhəmmədov dövlətlərimizin birgə təşəbbüsləri ilə logistika və nəqliyyat-tranzit dəhlizlərinin qurulmasının önəmini, iqtisadi əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyini vurğulayıb. 
1news.az
İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb. 1news.az xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü keçirilib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Hazırda Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş davam edir. 
Türkiyənin Muğla şəhərinin Marmaris rayonundakı meşə yanğınlarının söndürülməsində iştirak edən azərbaycanlı yanğınsöndürənlər Türkiyədən Azərbaycana yola salınıb.
1news.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Sumqayıtda marşrut avtobusunda sürücü ilə sərnişin arasında insident baş verib. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb. İlkin məlumata görə, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Qadın yüngül xəsarət alıb. Hazırda vəziyyəti yaxşıdır. DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Hazırda Bakının Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrində 3-cü mkr dairəsi istiqamətində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 7A, 7B, 9, 52, 61, 67, 79, 83, 85, 92, 119, 165, 205 və 211 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslar gecikmə ilə hərəkət edir. Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Vahid Dispetçer Xidmətinin məlumatına görə bu dəqiqələrdə qeyd olunan ümumilikdə 14 marşrut xətti üzrə 25 ədəd avtobusun hərəkət intervalında 16-20 dəqiqə lənginmə var. Hazırda Bakının Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrində 3-cü mkr dairəsi istiqamətində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 7A, 7B, 9, 52, 61, 67, 79, 83, 85, 92, 119, 165, 205 və 211 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslar gecikmə ilə hərəkət edir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
1news.az
Bakıda yaşayış binasında yanğın olub.
FHN-dən 1news.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz sobası və mebel 1 p.m yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad Əl-Nuaiminin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfər edib. Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olan nümayəndə heyətinə Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.
 Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.
 Görüş zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçılarının birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, dərin tarixə və mədəni köklərə söykənən ikitərəfli münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.
 Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin çağdaş dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
 Baş prokuror Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Qətər Dövlətinin ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirib.
 Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri İssa bin Səad Əl-Nuaimi təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.
 Görüşdə, həmçinin hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.
 Görüşdən sonra nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yoluna, eyni zamanda 44 günlük Vətən müharibəsinə həsr olunan, eləcə də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə müharibədən sonrakı dövrdə həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirən guşə və eksponatlarla tanış olmuşlar.
 Daha sonra Baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
 Tədbirlərdə Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al-Hinzab və ölkəmizin Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov da iştirak ediblər.
Dövlət İmtahan Mərkəzi 6 və 7 iyul 2022-ci il tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. DİM-dən 1news.az-a verilən məlumata görə, Mərkəz tərəfindən iyulun 6-da III ixtisas qrupu, iyulun 7-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 7-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Məlumat üçün qeyd edək ki, imtahanlar saat 10:00-da başlanacaq. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Çilidə bir şirkət səhvən işçisinə 330 misli pul ödəyib və onunla əlaqə kəsilib. 1news.az milli.az-a istinadən bildirir ki, bu barədə Oddity Central məlumat yayıb. Bir kişinin aylıq əmək haqqı 500 min Çili pesosu (təxminən 550 dollar) idi. Ona ödənilməli olan məbləğ əvəzinə 165,4 milyon Çili pesosu (təxminən 181 940 dollar) alıb. Çilili səhvi görəndə işəgötürənlə əlaqə saxlayıb, hadisəni xəbər verib və ertəsi gün banka gedib pulu şirkətə qaytaracağına söz verib. Ancaq bu baş vermədi: adam əlaqə saxlamağı dayandırdı və bundan sonra ümumiyyətlə işəgötürənə istefa məktubu göndərdi. İndi şirkət onu məhkəməyə verəcək və pulları mənimsəməkdə ittiham edəcək. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
1news.az
Kürdəmirdə 2 yaşlı körpə dərmandan zəhərlənib. 1news.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Pirli kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü Zeynalov Murad Roman oğlu bilmədən təsərrüfatda istifadə olunan zəhərli maddəni içib. Azyaşlı dərhal valideynlərinin köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər körpəyə ilkin tibbi yardım göstəriblər. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Fakt araşdırılır. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
1news.az
Quş qripi ilə əlaqədar hazırda Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq edilən ölkələrin sayı açıqlanıb. 1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib. O bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Ümumdünya Ticarət Təşkilatı ilə razılaşmasına görə, heyvan mənşəli məhsulların, o cümlədən də ətin dövriyyəsi ÜHST-nin verdiyi məlumata əsasən tənzimlənir: "Biz də təşkilatın üzvüyük və hər gün hansı ölkədə hansı xəstəliklərin qeydə alınması ilə bağlı məlumat alırıq. Buna uyğun da hansı ölkəyə məhdudiyyət, hansına qadağa tətbiq olunması qərara alınır. Biz gözləyə bilmərik ki, hansısa ölkədən bizə məhsul gətirilir, ya gətirilmir. Məsələ ondadır ki, heç bir sahibkar hansısa ucqar ölkədən məhsul gətirməsin. Ona görə də biz qabaqlayıcı tədbirlərimizi elan edirik". <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Şöbə müdirinin sözlərinə görə, müxtəlif xəstəliklər üzrə məhdudiyyət tətbiq olunan ölkələrin sayı fərqlidir: "Məsələn, quş qripi ilə əlaqədar hazırda 70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub. Amma burada bütün ölkə yox, ayrı-ayrı bölgələrin adları var. Hansı zonada xəstəlik aşkarlanıbsa, 10 kilometr ərazidə məhdudiyyət tətbiq edilir. Məhdudiyyətlərin müddəti də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə tənzimlənir və 3 aydan 12 ayadək davam edə bilər". 
1news.az
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dünya ictimaiyyəti ərzaq qıtlığı ilə üz-üzədir, iqlim dəyişikliklərinin təzahürləri özünü göstərir. Lakin Azərbaycan hələ ki ərzaq qıtlığı ilə üz-üzə deyil. 1news.az xəbər verir ki, bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda müşahidə olunan iqlim dəyişikliyinin 150 il ərzində nəticəsini göstərəcəyi gözlənilir. Buna xüsusi hazırlıq lazımdır və bunun üçün də ilk növbədə ərzaq ehtiyatı artırılmalıdır: “10 il bundan əvvəl 1 milyard 300 milyon insan qıtlıqdan əziyyət çəkirdisə, son illərdə bu rəqəm xeyli azalıb. Belə ki, hazırda 850-900 milyon ətrafında insan aclıqdan əziyyət çəkir”. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Şöbə müdiri həmçinin vurğulayıb ki, yoluxucu xəstəliklərin 60 faizi heyvan mənşəlidir. “Bioloji silah kimi istifadə olunan törədicilərin 82 faizini heyvan mənşəli olanlar təşkil edir. Ət və süd məhsulları xəstəlikyayma baxımından olduqca əlverişli vasitədir”. 
1news.az